Jagdpanther
Jagdpanther | |
---|---|
Tipi | Tank qatili |
Ölkə | |
İstismar tarixçəsi | |
İstifadə edilən döyüşlər | İkinci dünya müharibəsi |
Xüsusiyyətləri | |
Ağırlığı | 45,5 t |
Zireh |
80 mm (öndə) 100 mm (top qalxanı) |
Mühərrik | Maybach HL230P30 (V-12 benzinli) su soyutmalı |
Güc nisbəti | 14 at gücü/ton |
Mühərrik gücü | 700 at gücü (kW) |
Əsas silah |
1x 8.8 cm Pak 43/3 ya da 43/4 L/71 57 mərmi |
Köməkçi silah |
1x 7,92 x 57 mm MG 34 600 mərmi |
Uzunluğu |
|
Eni | 3,42 m |
Hündürlüyü | 2,71 m |
Ekipaj | 5 (tank komandiri, sürücü, radio operator, silahçı, yükləyici operator) |
Vikianbarda əlaqəli mediafayllar |
Jagdpanther (“Hunting Panther”) Nasist Almaniyası ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi dövründə istifadə edilmiş və Panther tank şassisi üzərində hərəkət edən tank ovçusu. Hərəkət mənzili 250 km, maksimum sürəti saatda 46 km, dayandırma sistemi iki təbəqəli bar olmuşdur.
Yaradılması
[redaktə | mənbəni redaktə et]Bu ağır sinif tank qatili olan maşın 88 mm Pak 43 top və Panther tank şassisindən ibarət idi. 1942-ci ildə SdKfz 173 adı ilə sifariş edildi. İstehsalına 1944-cü ilin ilk aylarında başlandı və Hitler tərəfindən Jagdpanther (Azərbaycanca → “ovlanan panter”) adlandırıldı.
Maşın Tiger II tanklarının əsas silahı olan uzun lüləli 88 mm top və həmçinin mitralyoz kimi də istifadə olunan 7.92 mm MG 34 ilə silahlanmışdı. Tankın ön hissəsi əyri bir zirehlə örtülmüşdü. Jagdpanther tanklarının güc/çəki nisbəti həqiqətən çox yaxşı idi. Vasitənin istifadəsində olan top hər hansı bir müttəfiq tankını asanlıqla məhv edə bilərdi. Jagdpantherin aşağı silueti, nəqliyyat vasitəsinə asanlıqla gizlənmə şansı verir və onun müəyyənləşdirilib vurulmasını çətinləşdirirdi. Panther tankının şassisini istifadə etməyin ən vacib səbəbi bu mexaniki komponentin az problem yaratması idi.
İki modeli ayırd etmək çox asan idi. Onlardan birində topun ətrafındakı zireh qaynaqla bağlanmış, digərində isə boltlar istifadə edilmişdir. Pak 43/4 modeli boltlu modeldə top kimi istifadə edilmişdir. İlk Jagdpantherlərin silah lülələri bir parçadan ibarət idi və sürücünün iki görmə çuxuru var idi. Daha sonra bu dəliklər birə endirildi.
İstehsalı
[redaktə | mənbəni redaktə et]1944-1945-ci illər arasında cəmi 392 ədəd Jagdpanther istehsal edildi. Bu nəqliyyat vasitələri Şərq Cəbhəsində ağır tank məhv qrupları olaraq istifadə edildilər. Onlardan bəziləri müharibənin son dövrlərində Bulge Əməliyyatı zamanı istifadə edilmişdir. 12 Jagdpanther tankı Alman 654-cü Ağır Tank əleyhinə Batalyonuna (schwere Panzerjäger-Abteilung) aid olması səbəbiylə Normandiya əməliyyatı əsnasında ingilis qoşunlarına qarşı döyüşlərdə istifadə edilmişdir.
88mm Kw.K.43 L / 71 topunun zireh dağıtma dəyərləri | |||||||
Növü | Mərmi cəkisi | Lülə çıxış sürəti | 100 | 500 | 1000 | 1500 | 2000 |
PzGr.39 / 43 (Zireh dəlici ballistik başlıqlı) | 10.2 kg | 1000 m/s | 202 mm | 185 mm | 165 mm | 148 mm | 132 mm |
PzGr.40 / 43 (qatı başlıqlı zireh dəlici) | 7.3 kg | 1130 m/s | 237 mm | 217 mm | 193 mm | 170 mm | 152 mm |
HI.Gr.39 (yüksək patlayıcılı) | 10 kg | 880 m/s | 90 mm | 90 mm | 90 mm | bilinmir | bilinmir |
Dövrümüzdə qalanlar
[redaktə | mənbəni redaktə et]Yalnız bir Jagdpanther işlək vəziyyətdədir. Bu vasitə İngilislər tərəfindən qurulan (Sdkfz Association) dərnəyi tərəfindən tapılmış və 4 illik bərpa müddətindən sonra istifadəyə verilmişdir.
Daha 9 dənəsi xilas edilə bilinsə də, onlar sadəcə olaraq sərgilənə bilirlər. Bunlardan bəziləri Londondakı İmperator Müharibə Muzeyi (Imperial War Museum), Münsterdəki Almaniya Tank Muzeyi (Deutsches Panzermuseum), Fransanın Saumur bölgəsində yerləşən Zirehlilər Muzeyi (Musée des Blindés) və Aberdində yerləşən Birləşmiş Ştatlar Ordusunun Təchizat Muzeyində (United States Army Ordnance Museum) sərgilənir.