33°21′ şm. e. 126°31′ ş. u.126°31′45″ECoordinates: 33°21′42″N 126°31′45″E _region:KR_type:city HGYO

Hallasan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hallasan

Hanqıl: 한라산

Hanca: 漢拏山
Cecudo adası, Hallasan
Cecudo adası, Hallasan
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1,947.06 m
Hündür zirvəsi Hallasan
Yerləşməsi
33°21′ şm. e. 126°31′ ş. u.126°31′45″ECoordinates: 33°21′42″N 126°31′45″E _region:KR_type:city HGYO
Ölkə Koreya Respublikası
Regionlar
  • Cecudo adası
[[Fayl:|280px|Hallasan xəritədə]]
Hallasan
Hallasan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hallasan Cənubi Koreyanın Çejudo adasında yerləşən Qalxanvari vulkandır. Cənubi Koreyadakı ən yüksək dağdır. Dağ və ətrafındakı ərazi Hallasan Milli Parkı (한라산국립공원, 漢拏山國立公園) kimi təyin olunmuşdur. CirisanSoraksan ilə birlikdə Hallasan Cənubi Koreyanın üç əsas dağından biri hesab olunur.

Hallasan Cənubi Koreyadakı ən yüksək zirvədir və koreyalılar burda müxtəlif allahların və ruhların yaşadığına inandığı üçün bu dağa sitayiş edir. Bu dağın adı Şimali Koreyada Çosungulda Hannasan (한나산) kimi yazılır, lakin yenə də Hallasan olaraq tələffüz olunur. Keçmişdə bu dağ Buaq (부악/釜岳), Vonsan (원산/圓山), Cinsan (진산/鎭山), Sonsan (선산/仙山), Dumuaq (두무악/頭無岳), Burasan (부라산/浮羅山), Yonqcusan (영주산/瀛州山), və Hyolmanqbonq (혈망봉/穴望峯) kimi bir çox digər adları ilə tanınmışdır. Bu adların hər birinin mənaları və əfsanələri var.

Han kainatı təmsil edir və la isə "dartmaq" mənasına gəlir. Hər iki söz birlikdə dağın kainatı dartacaq qədər hündür olduğunu ifadə edir. Qədim əfsanəyə görə, əgər kimsə dağa qalxsa, ulduz görsə və '노인성' (noinsonq) deyə qışqırsa, daha uzun bir ömür sürə bilər.

Bu ad şəhərin arxa hissəsində yerləşən və şəhər sakinlərini qoruyan dağı təmsil edir. Hallasan Sakit okeandan əsən küləyin qabağını kəsdiyi və şəhər sakinlərini qoruduğu üçün Cecu camaatı tərəfindən Cinsan adlandırılmışdır.

Dumuaq Hallasanın bir digər adıdır. Dağın qalın zirvəsini təmsil edir. Əfsanəyə görə, bir ovçu təsadüfən Allahın göbəyini yarır. Allah buna qəzəblənərək Hallasanın zirvəsini qoparıb atmışdır. Dağın qoparılan hissəsi Sanbanqsan (산방산) və yerdə qalan hissəsi isə Beknoqdam (백록담) adlandırılmışdır.

Hallasanın ən yüksək hissəsi mərkəzində yerləşdiyi və dağ dairəvi konus kimi göründüyü üçün Vonsan olaraq adlandırılmışdır. Çox aydın bir gündə Hallasanı materikdən görmək mümkündür.

Yonqcusanın insanlara əbədi həyat verən bitki növünün təbii yetişmə yeri olduğuna inanılırdı. Əfsanəyə görə, Koreyanın ölməz sehrbazları Hallasanda yaşayırdı. Onlar xüsusi bitki sayəsində əbədi həyat sürürdü. Qinshi Huang əbədi yaşamaq üçün bu bitkini istəyir və adamlarına bu bitkini gətirməyi əmr edir (e.ə 200).

Hallasan zirvəsinə görə bu adı almışdır. Dağın krateri böyük bir gölməçəyə bənzəyir. Əfsanəyə görə, ağ bir maral burdan su içirmiş.

Hallasan Təbii Qoruğu Cənubi Koreyanın təbii bir abidəsidir.

Geologiya və Coğrafiya

[redaktə | mənbəni redaktə et]

Hallasan Cecu adasının əsas hissəsini təşkil edən və adətən adanın özünü təmsil edən qalxanvari vulkandır. Koreyada belə bir ənənəvi yerli söz var ki, "Cecu adası Hallasandır və Hallasan Cecu adasıdır." Dağı adanın hər yerindən görmək mümkündür, amma dağın zirvəsi çox vaxt buludlarla örtülü olur. Dağ Koreyanın 182 nömrəli təbii abidəsi təyin edilmişdir.

Hallasanın Cecu adasının mərkəzində yerləşdiyini göstərən peyk şəkli

Hallasan torpağı əsasən Vulkan külü, Vulkanik Qum (torpaq)Lapilli kimi maddələrdən ibarətdir. Bu torpağın üzvi tərkibi Cənubi Koreyadakı digər torpaqlardan daha yüksəkdir, lakin Drenaj da Koreyadakı hər yerdən daha yaxşıdır. Torpaq əkinçilik üçün çox yaxşı deyil. Vulkanik ada Pliosen dövründən başlayaraq, bu ərazidə Dəniz səviyyəsindən 100 m aşağıda olan Şelf üzərində qurulmuşdur. Bazalt və traxit Lava püskürmələri dəniz səviyyəsindən yuxarıda adanı əmələ gətirmişdir və ada indi 1950 m yüksəkliyə çatmışdır.

Zirvə mənzərəsi

Hallasanda Beknoqdam (백록담/白鹿潭) adlanan krater gölü var və bu ad "ağ maral gölü" mənasına gəlir. Göl maqmanın yeraltı hərəkəti ilə silsilənin yuxarı hissəsinin çökməsi nəticəsində əmələ gəlmişdir. Gölün adını təyin edən ağ maral ilə oynamaq üçün cənnətdən enmiş adamların əfsanəsi də mövcuddur. Mövsümdən asılı olaraq gölün çevrəsi 2 km-ə qədər, dərinliyi isə 100 m-ə qədər çatır.

Beknoqdam (백록담)
Hallasan dağının zirvəsi

Hallasan uzun müddət materikdən təcrid edilmiş olduğuna görə burda olan bitki və heyvan növləri bənzərsiz və materikdəki bitki və heyvan növlərindən fərqli olmuşdur. Dağın yüksəkliyi burda müxtəlif bitki növlərinin yetişməsinə səbəb olur. Dağ həm aşağı yüksəkliklərdə yetişən həm də yuxarı yüksəkliklərdə yetişən bitkilər üçün məskənə çevrilmişdir. 50-dən artıq unikal bitki növü Cecu adasında, xüsusilə Hallasanın yuxarı yüksəklik bölgəsində yetişir. Dağda müxtəlif heyvan növləri də yaşayır. Dağın coğrafiyasına görə, eyni növlər min illər ərzində fərqli yollarla inkişaf etmişdir. Bitki növləri kimi, soyuq və isti iqlimlərdə yaşayan heyvan növləri də dağdan yaşayış yeri kimi istifadə edir. Hallasandan yaşayış yeri olaraq istifadə edən cəmi 160 quş növü var. Bunlardan yalnız 19 növ təbii abidə sayılır və hökumət tərəfindən qorunur. Qarğalar əsasən yürüyüş yolunda görülür. Dağda cəmi 3,315 həşərat növü var. 254 hörümçək növü də burda yaşayır. Bir araşdırmada hörümçəklərin yaşayış yerinin daha çox dağın şimal tərəfində cəmləşdiyi ortaya çıxmışdır. Gənələr dağda yaşayır və Cecu sakinlərinə uzun müddət ərzində zərər vermişdir. Gənələrin vurduğu ziyan bu günlərdə də davam edir. Altı gənə növü ev heyvanlarına zərər verir.

Dağ adadakı ən qədim Buddizm məbədi olan Qvanımsa'nın (관음사/觀音寺) evidir. Məbəd ilk əvvəl Qoryo sülaləsi, Kral Munconqun (문종) dövründə (1046–1083) tikilmişdir. Koreyadakı bir çox məbəd kimi Qvanımsa da 1702-ci ildə dağıdılmış və 200 il bağlı qalmışdır. Məbəd 1908-ci ildə yenidən quruldu. Bu Cecu adasında Buddizmi yenidən yaydı. Məbədin xaricində 1948–1950-ci illər arasında baş verən Cecu üsyanı qurbanlarının xatirəsini yad etmək üçün bir xatirə yeri var. Bura adanın ən çox ziyarət edilən yerlərindən biridir.

Dağda eyni zamanda Buddanın qalıqlarını qoruyan bir paqoda olan Concaamci yerləşir.