Çöl şpatları
Çöl şpatları | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Vikianbarda əlaqəli mediafayllar |
Çöl şpatları — litosferin üst hissəsində ən çox yayılmış süxurəmələgətirən minerallar
Haqqında
[redaktə | mənbəni redaktə et]Çöl şpatları - litosferin çəkisinin təxminən 50% və ya maqmatik süxurların həcminin 60% təşkil edirlər. Çöl şpatları geniş yayılması və onların kimyəvi tərkibinin müxtəlif olması püskürmə süxurlarının təsnifatının əsasını təşkil edir. Çöl şpatları peqmatitlərin, qneyslərin, kristallik şistlərin çoxunun və müxtəlif metasomatitlərin əsas komponentidir. Qırıntılı süxurlarda bunlar kvarsdan sonra ən geniş yayılmış minerallardır. Çöl şpatları kimyəvi cəhətdən Na, K və Ca, bəzən Ba alümosilikatlarıdır. Çöl şpatları az miqdarda izomorf qatışıqlar (Fe3+, Fe2+, Li, Rb, Cs, Sr, Mg və b.) olur. Çöl şpatları əksəriyyəti Na[AlSi3O8] - K[AlSi3O8] - Ca[Al2Si2O8] üçlük sistemə daxildir. Bu sistemin sonuncu üzvləri müvafiq olaraq albit, ortoklaz (mikroklin, sanidin) və anortitdir. Na[AlSiO8] və K[AlSi3O8] aralıq çöl şpatları qələvi çöl şpatları, Na[AlSi3O8] və Ca[Al2Si2O8] arasındakı çöl şpatları isə plagioklazlar adlanır. Qələvi çöl şpatları sülb məhlulunda ~5-10 mol.% anortit ola bilər. Barium çöl şpatları (selzian və hialofan) nisbətən az yayılmışlar. Çöl şpatları ümumi xassələri: monoklinik və ya triklinik (psevdomonoklinik) İkiləşmə sadə və ya polisintetik (plagioklazlar). Ayrılma {001} üzrə mükəmməl və {010} üzrə ~86° bucaqla orta. Əsas etibarilə açıq rəngli, yalnız əsasi plagioklazlar tünd rəngdə olur. Parıltı: şüşəli. Kövrək. Sərt. 6. Xüsusi çəki 2.5-2,9. Çöl şpatları çoxu üçün pertit və antipertit daxilolmaları səciyyəvidir. Çöl şpatları əsas quruluşu sonsuz üçölçülü karkasdır. Bütün çöl şpatları elementar özəyinin ölçüləri bir-birinə yaxındır. Çöl şpatları karkasında Si, Al və kationların yerləşməsi nizamlı, nizamsız və aralıq ola bilər. Yüksək temperaturlu (yüksək), aşağı temperaturlu (aşağı) və aralıq çöl şpatları üçün müvafiq olaraq nizamsız, nizamlı və aralıq struktur hal səciyyəvidir. Effuziv süxurlardakı çöl şpatları əksər hissəsi nizamsız tipə, dərinlik və metamorfik süxurların çöl şpatları nizamlı tipə aiddir. Çöl şpatları qranit, siyenit və nefelin peqmatiti, həmçinin alyaskit qraniti və qneys-qranit yataqlarından çıxarılır. Çöl şpatları bəzi növləri zinət və yarımqiymətli daş kimi, habelə keramika və şüşə sənayesində farfor, yüksək gərginlikli izolyator, radiokeramik məmulatlar, şüşənin xüsusi və optiki növləri, abrazivlər, qaynaq elektrodları və başqa materialların hazırlanmasında istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.