Vəfa Fətullayeva
Vəfa Fətullayeva | |
---|---|
Vəfa Nüsrət qızı Fətullayeva | |
Doğum tarixi | 25 avqust 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 1987 (41 yaşında) |
Vəfat yeri | |
Atası | Nüsrət Fətullayev |
Anası | Hökümə Qurbanova |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1970–1987 |
Mükafatları | |
IMDb | ID3429701 |
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
Həyatı
[redaktə | mənbəni redaktə et]Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar.
Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. Teatrda işlədiyi dövrlərdə bir-birindən bənzərsiz insan surətləri yaradıb. Yaradıcılığının çiçəklənən dövründə xərçəng xəstəliyinə düçar olan əməkdar artist 1987-ci il may ayının 21-də vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır. Vəfa Fətullayevnın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovadır.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982
- Azərbaycan SSR dövlət mükafatı — 1984
Rolları
[redaktə | mənbəni redaktə et]- Mamili ("Qış nağılı", U. Şekspir),
- Gülgəz ("Mahnı dağlarda qaldı", İ. Əfəndiyev),
- Şirin ("Məhəbbət əfsanəsi", N. Hikmət),
- Tənzilə ("Sən yanmasan", N. Xəzri),
- Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov),
- Beatriçe ("Heç nədən hay-küy", U. Şekspir),
- Bənövşə ("Kəndçi qızı", M. İbrahimov),
- Səhər ("İnsan", S. Vurğun),
- Zeynəb ("Sizi deyib gəlmişəm", Anar),
- Fəridə ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev),
- Rəna ("İblis", H. Cavid),
- Xuraman ("Vaqif", S. Vurğun),
- Pakizə ("Mirzə Şəfi Vazeh", N. Xəzri),
- Burla Xatun ("Torpağa sancılar qılınc", N. Xəzri),
- İnanc Xatın ("Atabəylər", N. Həsənzadə),
- Doktorun qızı ("Şöhrət və ya unudulan adam", N. Hikmət),
- Arzu ("Kimdir haqlı?", B. Vahabzadə),
- Qadın ("Karıxmış sultan", T.Əl-Hakimi),
- Alagöz ("Küləklər", S. Rəhman), və s.
- Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)
- Atayevlər ailəsi (film, 1978)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Firəngiz (film, 1975)
- Göz həkimi (film, 1980)
- İnsanlar bataqlıqda (televiziya tamaşası, 1982)
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Taleyini anasına pay verən Vəfa Fətullayeva Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine