Alov (film, 1979)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alov
Janr dram
romantik
cinayət
Rejissor Lütfi Məmmədbəyli
Əsərin müəllifi Mehdi Hüseyn
Baş rollarda Həsənağa Turabov
Sadıq Hüseynov
Vəfa Fətullayeva
Kamal Xudaverdiyev
Fuad Poladov
Operator Eldar Məmmədov
Rəssam Rəfael Əsədov
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 1979
Filmin növü tammetrajlı televiziya tamaşası
Müddət 160 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1979
Rəng rəngli

Alov tammetrajlı televiziya tamaşası rejissor Lütfi Məmmədbəyli tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr baş vermiş yanğın hadisəsi ətrafında cərəyan edir. Əsas rolları Həsənağa Turabov, Sadıq Hüseynov, Vəfa Fətullayeva, Kamal XudaverdiyevFuad Poladov ifa edirlər.

Fabrikdə yanğın baş verir, cinayət isə təmiz və namuslu, yenilikçi mühəndis Cəlal Qaşqayın (Kamal Xudaverdiyev) boynuna atılır. Əsl cani, dövlətin “cibinə girmiş” istehsalat fırıldaqçısı Əmin Bəxtiyarov (Fuad Poladov) isə azadlıqda gəzir. Belə bir şəraitdə müstəntiq Fərhad Kamalovun (Həsənağa Turabov) vəzifəsi müqəssiri aşkarlamaq, haqqı, ədaləti bərpa etməkdir.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Əsər müəllifi: Mehdi Hüseyn
Rejissor: Lütfi Məmmədbəyli
Operator: Eldar Məmmədov
Rəssam: Rəfael Əsədov

Həsənağa Turabov — Fərhad Kamalov
Sadıq Hüseynov — Kərim Kərimli
Vəfa Fətullayeva — Rəfiqə Rəhimli
Kamal Xudaverdiyev — Cəlal Qaşqay
Rəcibə Heybətova — Əsmər Ziyadqızı
Fuad Poladov — Əmin Bəxtiyarov
Yaşar Nuri — Bədəl Sadayev
Hacı İsmayılov — Fərman
Məcnun Hacıbəyov — usta Əliş

Yasəmən Ramazanova- Səriyyə

Azərbaycan filmlərinin siyahısı
1979-cu ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı

  1. Aydın Talıbzadə. ""Budur, əsəri-məhəbbəti-pak, Xoş mərtəbədir bu, qılsan idrak."" (az.). Azkurs.org. İstifadə tarixi: 2018-01-05.