Stardew Valley

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Stardew Valley
Hazırlayan ConcernedApe
Yayımlayan ConcernedApe
Buraxılış tarixləri 26 fevral 2016, 29 iyul 2016, 13 dekabr 2016, 14 dekabr 2016, 14 dekabr 2016, 11 aprel 2017, 13 aprel 2017, 5 oktyabr 2017, 22 may 2018[4], 24 may 2018, 24 oktyabr 2018, 13 mart 2019, 11 aprel 2017[5]
Sonuncu versiya
  • 1.0.2
  • 1.37
  • 1.5.6.52
  • 1.6.3[1]
Sonuncu beta-versiya
  • 1.0.2
  • 1.37
  • 1.5.6.52
  • 1.6.3[1]
Janr Simulyasiya video oyunu[6], rol video oyunu[6], həyat simulyatoru[d][6]
Texniki məlumat
Platforma Microsoft Windows[2], macOS[2], Linux[2], PlayStation 4, Xbox One, Nintendo Switch[d][3], PlayStation Vita[d], iOS, Android, PlayStation, PlayStation 3
Oyun rejimi birnəfərli oyun, çoxnəfərli oyun
İnterfeysin dili ingilis dili[2], alman dili[2], ispan dili[2], yapon dili[2], braziliya portuqal dili[2], rus dili[2], sadələşdirilmiş Çin dili[d][2], fransız dili[2], italyan dili[2], Macar dili[2], koreya dili[2], türk dili[2]
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d], optik disk, oyun kartrici[d]
İdarəetmə kompüter siçanı, klaviatura[d], sensor ekran
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stardew ValleyErik "ConcernedApe" Barone tərəfindən hazırlanmış ferma simulyasiyası videooyunu. Bu oyununda oyunçular mərhum babalarının dağılmış fermasını miras alan bir xarakterə çevrilirlər. Bu ferma Stardew Valley adlı füsunkar yerdə yerləşir. Oyun ilk olaraq 2016-cı ilin fevralında Windows üçün satışa çıxarılmış və daha sonra digər platformalar üçün də buraxılmışdır.

Stardew Valley oyunun konkret sonu və ya məqsədi yoxdur; istənilən qədər oynamaq mümküdür. Oyunda məhsul əkib məhsul yığa, heyvanlara qulluq edə, balıq ovuna gedə, yemək bişirə, əşyalar əldə edə, həmçinun bitki və digər şeyləri tapmaq üçün ərazini araşdıra bilərsiniz. Oyunçular həm də qəsəbədə yaşayan insanlarla danışıb onlarla münasibət qura bilərlər, istəsələr, hətta onlarla evlənib uşaq sahibi də ola bilərlər.

Barone tək başına vaxtının dörd il yarımını Stardew Valley oyununu hazırlamağa sərf etmişdir. O, "Story of Seasons" oyun seriyasından ilham almış və bu konsepsiya əsasında öz oyununu yaratmağa qərar vermişdir.

Stardew Valley bütün zamanların ən yaxşı videooyunlarından biri hesab edilir. Oyun 2022-ci ilə kimi 20 milyondan çox nüsxə satmağa müvəffəq olmuşdur.

Stardew Valley "Story of Seasons" oyununa bənzəyən ferma simulyasiya oyunudur.[7] Oyunun əvvəlində oyunçulardan bir xarakter yardılması tələb olunur. Oyunçu personaj bir vaxtlar babasına məxsus olan bir torpaq sahəsini və kiçik bir evi miras alır. Bu mülk "Stardew Valley"dəki Pelican Town adlı kənddə yerləşir. Oyunçular hər birinin müxtəlif özəlliyi olan ferma növlərini seçə bilərlər.[8] Ferma tamamilə qayalar, ağaclar, kötüklər və alaq otları kimi maneələrlə örtülmüş kiçik bir əkinçilik sahəsi ilə başlayır. Məqsəd bu maneələri aradan qaldırmaq və fermanı tədricən çiçəklənən kənd təsərrüfatı cənnətinə çevirməkdir.

  1. 1 2 All Stardew Valley Update 1.6.3 Patch Notes (ing.). 2024.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Steam. 2003.
  3. https://www.stardewvalley.net/stardew-valley-coming-soon-to-nintendo-switch/.
  4. https://www.stardewvalley.net/ps-vita-release-date/.
  5. Stardew Valley: Collector's Edition (2017).
  6. 1 2 3 https://store.steampowered.com/app/413150/Stardew_Valley/.
  7. Grayson, Nathan. "Steam's Latest Hit Is A Game About Farming And Relationships". Kotaku (ingilis). February 29, 2016. November 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2021.
  8. Phillips, Tom. "Stardew Valley is changing the way you start your farm". Eurogamer. September 29, 2016. September 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2016.