Samanilər dövləti
Tarixi dövlət | |||
Samanilər dövləti | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Buxara, Səmərqənd | ||
Rəsmi dilləri | |||
Valyuta | Dirhəm | ||
Ərazisi | 2.850.000 km² | ||
İdarəetmə forması | monarxiya | ||
Sülalə | Samanilər sülaləsi | ||
Vikianbarda əlaqəli mediafayllar |
Samanilər dövləti, Samanilər İmperiyası, Samani əmirliyi və ya sadəcə olaraq Samanilər — 875–999-cu illərdə mövcud olmuş sünni Fars (Tacik) imperiyası. İmperatorluğun mərkəzi Xorasan və Transoxiana idi; ən böyük ölçüdə müasir Əfqanıstanı, İranın böyük hissələrini, Türkmənistanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Qazaxıstan və Pakistanın bir hissəsini əhatə edirdi.
Yaranması
[redaktə | mənbəni redaktə et]Mərkəzi Asiyada Ərəb xilafətinin hakimiyyətinə qarşı xalqların azadlıq mübarizəsi onu zəiflədirdi. Xilafətin ayrı-ayrı yerlərində müstəqil feodal dövlətlər yaranırdı. Bu dövlətlərdən biri də IX əsrin sonlarına yaxın Mərkəzi Asiyada yaranmış Samanilər dövləti idi. Paytaxtı Buxara şəhəri olan Samanilər dövlətinin əsasını iri feodal sülaləsi olan samanilər qoymuşdur. Bu sülalənin banisi iri torpaq sahibi olan Saman Xudat idi. O, İslam dinini qəbul etmişdi. 806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar. İlk vaxtlarda Samanilər Xorasan valiləri Tahirilərin vassalları idilər. 873-cü ildə Tahirilərin süqutundan sonra müstəqilləşən Samanilər Mavərünnəhr və Xorasanda hakimiyyəti ələ alaraq, 875-ci ildə Samanilər dövlətini yaratdılar. Samanilər dövlətinin çiçəklənmə dövrü X əsrin birinci yarısına təsadüf edir. Bu zaman dövlətin ərazisi Mavərünnəhr, Xorasan, şimal-şərqi İranı əhatə edirdi. Xarəzm, Sistan, Qorqan, Rəşt, Qəznə, Təbəristan (indiki)Mazandaran) və s. yerlər də Samanilərin idarəsi altında idi.
Samanilər dövlətinin tərkibinə daxil olan ərazilərin çox böyük hissəsini tarixi türk torpaqları təşkil edirdi. Ölkə əhalisinin əksəriyyəti türklərdən ibarət idi. Samanilər dövlətinin idarə edilməsində türk şahzadələri və sərkərdələri üstünlük təşkil edirdilər.
Təsərrüfat. Feodal münasibətləri
[redaktə | mənbəni redaktə et]Samanilər dövlətində ölkənin kənd təsərrüfatı əhəmiyyətli yüksəliş Kənd təsərrüfatının məhsuldarlığı artmış, düyü və pambıq kimi bitkilər geniş yayılmış, ipəkçilik inkişaf etmişdi. Burada bir çox üzüm növləri yetişdirilirdi. Torpaq üzərində feodal mülkiyyəti xeyli möhkəmlənmişdi. Dövlət torpaqları azalmışdı: onlar feodallara şərti müllk (iqta) kimi paylanılırdı. İri feodallar olan dehqanların torpaqları irsi mülk sayılırdı. Torpağın bir hissəsi Samanilər sülaləsinin və dini idarələrin ixtiyarında idi. Torpaqla yanaşı, su üzərində də feodal mülkiyyəti mövcud idi. Çox vaxt feodalın öz şəxsi təsərrüfatı yox idi. Torpaq kəndlilərin istifadəsinə verilir, əvəzində onlar məhsulun bir hissəsini feodala verməli olurdular. Kəndlilər başqa feodalların yanına köçəndə torpaq payından məhrum olurdular.
Sənətkarlıq, ticarət və mədəniyyət
[redaktə | mənbəni redaktə et]Samanilər dövründə şəhərlər, sənətkarlıq və ticarət sürətlə inkişaf edirdi. Buxara, Səmərqənd, Nişapur, Mərv, Herat, Bəlx, Qəznə kimi sənət və mədəniyyət mərkəzlərinin inkişafına xüsusi diqqət yetirilirdi. Şəhərləri feodal hakimləri olan əmirlər idarə edirdilər. Hər bir şəhərdə sənətkar təşkilatları yaradılmışdı. Sənətkarlar parça toxuyur, metaldan, gildən və dəridən müxtəlif məmulatlar hazırlayırdılar. Bu ölkədən Kiyev dövlətinə, Volqaboyuna, Suriyaya, Bizansa, Çinə, İrana, Xəzər ölkəsinə, zinət əşyaları, xalça, ipək, ədviyyat və mallar aparılırdı. Zərbxanalarda qızıl, gümüş və mis pullar kəsilirdi.
Orta Asiyanın boyuk dahiləri, etnik mənsubiyyətcə fars olan Əl Fərabi və İbn Sina Samanilərin hakimiyyəti vaxtında yetişmişdilər. Samani hakimləri çoxlu məscid, mədrəsə və mavzoleylər tikdirmişdilər. Samanilər dövləti ilə Azərbaycan arasında da iqtisadi və mədəni əlaqələr mövcud idi. Azərbaycanda tapılmış Samani sikkələri və maddi-mədəniyyət abidələri də bunu sübut edir.
Zəifləməsi və süqutu
[redaktə | mənbəni redaktə et]Şəhərlərin tacir-sənətkar təbəqəsi də kəndlilər kimi feodalların hökmranlığından əziyyət çəkirdilər. 913-cü ildə Təbəristanda kəndlilərin, 930-cu ildə Buxarada, 944-cü ildə Xarəzmdə şəhərlilərin üsyanları baş vermişdi. Bu üsyanlarda şəhərlilərin aşağı təbəqələri və kəndlilər iştirak edirdilər. Mərkəzi hakimiyyət bu çıxışların qarşısını almaqda ciddi çətinliklər çəkirdi.
İri feodal mülklərinin yaranması və inkişafı ilə əlaqədar feodalların müstəqilləşməsi gücləndi. Bundan istifadə edən Qaraxanlılar 922-ci ildə Buxaranı tutdular. Qaraxanlılarla bağlanmış 966-cı il müqaviləsinə görə Zərəfşan çayından şimalda yerləşən ərazilər Qaraxanlıların tabeliyinə keçdi. 999-cu ildə Qaraxanlı və Qəznəvi birləşmiş qüvvələri Samanilər dövlətinin sonuncu hökmdarı II Mənsuru (997–999) hakimiyyətdən devirməklə Samanilər dövlətinin varlığına son qoydular.