Eqils Levits

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eqils Levits
latış. Egils Levits
8 iyul 2019 – 8 iyul 2023
ƏvvəlkiRaymonds Veyonis
SonrakıEdqar Rinkeviç
6 iyul 1993 – 6 noyabr 1995
bayraq
Latviya Respublikasının Baş nazirinin Müavini
bayraq2
8 mart 1993 – 20 sentyabr 1994
bayraq
Latviya Respublikasının Ədliyyə Naziri
bayraq2
8 mart 1993 – 20 sentyabr 1994
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyun 1955(1955-06-30)[1] (69 yaş)
Doğum yeri
Partiya
  • Latviya Yolu[d]
Təhsili
  • Hamburq Universiteti[d] (–1986)
Fəaliyyəti hakim, hüquqşünas, siyasətçi, vəkil

Təltifləri Collar of the Order of the Cross of Terra Mariana "Üç Ulduz" ordeni "Etiraf" xaçı 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
president.lv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eqils Levits (30 iyun 1955[1], Riqa) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2019-cu ildən 8 iyul 2023-cü ilədək Latviya Respublikasının 10-cu Prezidenti olub. Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Eqils Levits, 1993–1994-cü illərdə Latviya Respublikasının ədliyyə naziri və Latviya Respublikasının Baş nazirinin müavini vəzifələrində çalışıb.

Eqils Levits 1955-ci il iyun ayının 30-da Riqa şəhərində yəhudi-latış ailəsində anadan olub. Onun atası yəhudi əsilli mühəndis Yonas Levits, anası isə latış əsilli müğənni İnqeborqa Levitadır. 1972-ci ildə Levits ailəsi Latviyadan Almaniyaya emiqrasiya olunur. Ailə 1990-cı ildə Latviyanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Latviya Respublikasına qayıdıb.

Eqils Levits Hamburq Universitetini hüquq ixtisası üzrə bitirib.

Eqils Levits Andra Levita ilə ailəlidir, Linards adında oğul, İndra adında isə qız övladı var.

Latviya təltifləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Egils Levits // Munzinger Personen (alm.).