İsmayıl xan Qaşqay
Sövlətüddövlə İsmayıl xan Dərab xan oğlu Qaşqay (1878, Firuzabad, Fars ostanı – 8 oktyabr 1932) — Qaşqay elinin elxanı.
İsmayıl xan Qaşqay | |
---|---|
İsmayıl xan Darab xan oğlu Qaşqay | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 1932 |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHələ 1905–1911-ci illər Məşrutə inqilabını dəstəkləyən Qaşqaylar və onların rəhbəri Sövlətüddövlə böyük başarılar əldə etmiş, öz silahlı qüvvələri ilə xalq əncümənlərini və Şiraz əhalisini əksinqilabi qüvvələrin hücumundan müdafiə etmişlər. Qaşqaylar I Dünya müharibəsi illərində ingilis müstəmləkəçilərinə qarşı üsyan edən Təngistan və Dəştistan mücahidlərinə, Fars əyalətinin demokrat təşkilatlarına da yardım göstərmiş, Sövlətüddövlənin rəhbərliyi altında Fars əyalətini ingilis işğalından xilas etmiş və hətta 1920-ci ildə İngiltərənin işğalçı qoşunlarının İran ərazisini tərk etməsində mühüm rol oynamış və bununla da İran deyilən məmləkətin xalqlarının mübarizəsi tarixində silinməz izlər buraxmışdır. Heç təsadüfi deyil ki, ingilislərin təhriki ilə Qaşqayların lideri, vətənpərvər qəhrəman Sövlətüddövlə ingilis nökəri Rza şah tərəfindən 1932-ci ildə Qəsri-Qacar zindanına salınaraq qətlə yetirilmişdir.
Ailəsi
redaktəİsmayıl xan Sövlətüddövlə qaşqay elinin elxanı Darab xanın oğlu idi.
İsmayıl xan, Xədicə bibi adlı qadınla ailə qurmuşdu. Onların Məhəmmədnasir xan, Məlik Mənsur xan, Məhəmmədhüseyn xan, Xosrov xan adlı oğulları, Fərrux bibi və Mülki bibi adlı qızları var idi.
İsmayıl xan iranlı tarixşünas Kavə Bayatın babasıdır.