[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/

Qaşqaylarİranın cənub-qərbində, əsasən Fars ostanında ve əlbəttə Çaharmahal ostanı, Kohgiluyə ostanı, Xuzistan ostanı, Buşehr ostanı yaşayan türkdilli tayfalar birliyi. Qaşqay dilində danışırlar.[4][6][7][8]

Qaşqaylar
Qaşqay kişilər və qadınlar; milli geyimli müasir qaşqay ailəsi
Özünüadlandırma
Qəşqayı, قشقایه
Ümumi sayı
1 500 000 [1] - 3 500 000[2]
Dili

Azərbaycan dili (Qaşqay ləhcəsi)[3][4][5]

Dini

Şiə İslam

Mənşəyi
Azərbaycanlılar

Qaşqa Azərbaycan dilində "alın", çağatay dilində isə "alnı ağ at" mənasını verir. Bir sıra mənbələrə və V. İ. Savinanın müşahidəsinə görə, onlar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılmışlar[9]. V. V. Trubetskoy isə qeyd edir ki, qaşqay boylarının bir qismi də kaqali, xazari, quşari, mamali, qamər və sair soylarla birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışmışdır[10]. İranda "döyüşkən xalq"[11] kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan durur[12].

Etimologiyası

redaktə

Türk dillərində qaşqa, qaşğa, kaşka, kaska variantları ilə işlənən bu sözün "qaynayıb kükrəmək", "ulduz", "nişan", "ay" və "xoşbəxtlik, müqəddəslik" anlamları vardır. Heyvanların alnındakı ağ xala da "qaşqa" deyilir. Qaşqay sözündəki anlamlar bir-biri ilə bağlıdır və qədim inanışla əlaqədar yaranmış məna çalarlarıdır. Alnında ağ xal olan heyvanın doğulması qədim Aralıq dənizi ətrafında yaşayan xalqlarda xoşbəxtlik rəmzi kimi qəbul olunurdu. Həmin nişanənin ulduzla, ayla əlaqələndirilməsi qaşqay sözündə "ay" anlamını möhkəmlətmişdir. Sonrakı dövrlərdə qaşqay sözünün titul mənası da yaranmışdır. V. V. Bartold yazır ki, qırğızların şahı (xanı) yox idi, yalnız bəyləri vardı ki, onu da kaşka adlandırırdılar və həmin kaşka titulunu sonralar kalmıklar da işlədirdilər[13]. Bu sözün oyrot sənədlərində də titul bildirdiyi göstərilir[14]. M. Seyidov isə "qaşqay" sözünün yalnız ikinci hissəsinin "ay" anlamı daşıdığını yazır[15].

Qədim qaşqaylar Kiçik Asiyada, Qara dənizin güneyində idi. Təpərli döyüşçülər kimi tanınan qaşqaylar Çorox çayının başlanğıcından tutmuş, indiki Ərzincan, Tokat, Gümüşhane, Samsun istiqamətindəki geniş ərazidə hərbi demokratiya quruluşunda yaşayırdılar və əsas məşğuliyətləri də əkinçiliklə maldarlıq idi.[16] Həmin qaşqayların hansı dilli xalq olması barədə müxtəlif fikirlər vardır.

E. fon Şuler qaşqayların Kiçik Asiyaya m.ö. II minilin ortasında gəldiyini qeyd edir. Q. Qiorqadze isə qaşqayları Kiçik Asiyanın ən qədim yerli sakinləri hesab edir və onları həmin ərazidə m.ö. III minillikdə yaşamış hettlərlə qohum sayır[16][17]. Qaşqayları gürcü mənbələrində kaşaq, Bizans mənbələrində kasoqi şəklində verilən çərkəzlərlə, adıqabxazlarla eyniləşdirən tədqiqatçılar (Q. A. Melikişvili, İ. M. Dyakonov və s.) da vardır.[18][19] . Qr. Kapansyan isə hər iki qaşqay xalqının (həm qədim, həm də müasir) eyni xalq olduğunu yazır və onları İranda yaşayan qədim kassilərlə əlaqələndirir[20]. M. Seyidov da hər iki qaşqay etnoniminin eyni xalqa aid olduğunu göstərir və onların türkdilli olduğunu yazır[15].

 
Qaşqaylarım karvanla köçü

Kiçik Asiyanın geniş ərazisində yayılan qaşqaylar müxtəlif tarixi mənbələrdə kaska, kaskey, kaşkay, qaşqay, qaşqa, şəklində xatırlanır. Hett hökmdarı I Xantilinin (e.ə. 1590–1560) vaxtında qaşqaylar Hett dövlətinin bir sıra vilayətini tutmuşdu[21]. Sonrakı dövrlərdə isə, məsələn Muvattallinin (e.ə.1306 – 1282) vaxtında qaşqaylar Kanesə (Kayseri) qədər enmişdilər[22]. Hettşünas C. Q . Makkuin göstərir ki, qaşqay dəstələri Halis çayının şimalındakı əraziləri talan etməklə bərabər, bəzən də çayı keçib Kanesə yürüş edir, hettləri şərqlə bağlayan əsas yolu qorxu altında saxlayırdılar[23]. Kiçik Asiyada ərdəmli döyüşçü kimi tanınan qaşqaylar Arsav hökmdarlığı ilə müttəfiq idi. Hətta Misir fironu III Amonhotep (e.ə. 1552 – 1524) Arsav hökmdarına göndərdiyi məktubunda öz ordusunda qaşqay döyüşçülərindən istifadə etmək istəyini yazmış və ona qaşqay dəstələri göndərməyi xahiş etmişdir[24]. Nəhayət, bir neçə əsr sonra (e.ə. XIII) qaşqaylar "dəniz xalqları" ilə birlikdə qüdrətli Hett dövlətinə son qoydu[21]. "Dəniz xalqları" Misir mənbələrində iki dəfə e.ə. XIII və XII əsrlərdə xatırlanır[25].

Assur çarı I Tiqlatpalasar (e.ə. 1115–1077) XII əsrin sonunda Fərat çayının yuxarı axarında qaşqaylarla qarşılaşır. Sonralar Qızılirmaq və Kelkit çaylarının yuxarılarında yaranmış kiçik Qaşqay çarlığı (bəyliyi) m.ö. VIII əsrə qədər davam etdi[26]. Həmin əsrin ortalarından Azov sahillərindən bura qayıdan saqa-qamər boylarının adı il tanınan Qamər ölkəsinə qarışdı.

Qaşqayların qonşuları əsasən hettlər olsa da, onlar Kuman, Az, Toqarma (Toqar//Dügər), Urmu, Subar, Bala və Dumanna (Duman//Tuman) adlı ölkələrlə əhatə olunmuşdu. Belə ki, bəzi tədqiqatçılar xeyli hat – türk uyğunluqları ortaya çıxarmışlar.[27] Hətta hat dilində elə söz var ki, bu gün də mənasını və formasını dəyişmədən türk dillərində işlənir. Məsələn, qut sözü hər iki dildə "ruh"", "can"" anlamındadır.[28] Qaşqayların cənub – şərqində subar, mitan-ərmən, urum, kuman və başqa bölgələr vardı.

 
Qaşqay xalıları

Bir çox müəlliflər (İ. M. Dyakonov, Q. A. Melikişvili, Q. Qiorqadze, İ. Əliyev və b.) I Tiqlatpalasarın yazılarında urum və qaşqay boyları ifadəsinin başqa bir variantda urum və abeşla boyları kimi verildiyini irəli sürür və qaşqay = abeşla olduğunu iddia edirlər. Yəni qaşqay (abeşla) ilə kasoq (çərkəz, adıq) boylarını eyniləşdirirlər. Lakin nəzərə almırlar ki, söhbət həmin asur hökmdarının müxtəlif yürüşlərindən gedir. Tiqlatpalasarın ikinci yürüşündə 4 min qaşqay və urum boylarından[29], 3-cü yürüşündə isə adı mətndə oxuna bilmədiyi üçün yeri boş buraxılan bir etnonimdən sonra urum və abeşla boylarının adı çəkilmiş, onların bir neçə ölkə ilə birlikdə 22 min əskərindən söhbət açılmışdır[30].

Hett dövləti dağılandan sonra (e.ə. 1200) qaşqay boyları Kiçik Asiyanın cənub – şərqində görünür. Asuriya hökmdarı II Sarqonun yazısında artıq Kaşka ölkəsi Tabal, Xilakku, Muşku ilə yanaşı verilir, bu çarın Madadan Kaşka qədər bac aldığı göstərilir. Qaşqaylar haqqında son məlumatı III Tiqlatpalasarın yazıısnda (m.ö. 728) görürük. Burada qaşqay knyazı Dadimu adlanır[31].

Ümumiyətlə, digər türk dillərində olduğu kimi, qaşqay dilində də -lı şəkilçili şəxs və tayfa adına rast gəlmək olur. Hələ Kültəpə yazılarında (e.ə. XIX əsr) Tulu, Tubtulu, Arkili, Buzili, Sakli şəxs adları verilmişdir. Kiçik Asiyaya gəlib yerli camaatla ticarət edən akkad tacirlərinin yazılarında rast gəldiyimiz həmin adların qayşqaylara aid olduğuna bizdə şübhə yoxdur, çünki bir neçə əsr sonra (m.ö. XVII–XIII əsrlər) hett yazıları qaşqayları dönə-dönə yad edir. Ona görə də akkad ticarət sənədləri olan Kültəpə yazılarında keçən Ata, Tuman, Tarxun, Azu, Uzu, Buzi, Dalaş, Akuza, Takil, Tarşi, Elali, İtur, Kukran, Kura, Panak kimi yüzlərlə şəxs adındakı türk dili modeli qəribə görünməməməkdədir.[32]

Akkad tacirləri indiki Boğazköyün şimalında mis ticarəti məntəqəsi olan Turxumit (Tu-ur-hu-mi-it) toponimini tez-tez təkrar edirlər[33]. Bu yer adının Kappadokiya gil lövhələri yazılarında Turuxmiid, Turxumiid, Turuuxmiid variantları da vardır[34]

Sonrakı hett yazılarında turmitta tayfaları məhz Turxumit məntəqəsi ilə əlaqəsi olan qaşqay boyları içərisində verilir[34]. Y. Qarstanq isə Turmittanı müasir Sivas bölgəsində yerləşdirir, çünki bəzi hett yazılarında Turmitta ilə Samux adı yanaşı çəkilir[35]. Hər iki halda Turxumit qaşqay ərazisində qalır. Bu etnotoponimin kökündə türk elementi aydın görünür. Həmin elementi daha qədim formada yenə də qaşqay toponimlərində görmək olur. Məsələn, Tarkuma, Tarkumitta, Tarukka // Darukka yeradlarında sözün kökü qədim türklərin Tar tanrıadını daşıyır.[36] Bu gün Azərbaycan dilində işlənən doğub-törəmək sözlərinin kökü "doq" və "tar" şəklində qədim türk inanc terminlərindəndir.[36] Dar//Tar adı yuxarıda göstərilən sözlərdə qaldığı kimi, Daq//Taq adı da Taqqasta, Taqapu, Daxa//Taxa, Daxara, Taxatkuz, Taxaruel yeradlarında qalmışdır.

Ön Asiyada asurların cövlan etdiyi dövrdə qaşqayların bir hissəsi də Quzey Qafqaza getmişdir və özləri ilə kaşak, kasoq etnonimini aparmışdır. Lakin bunun çərkəz, adıq, abxaz etnoslarına aid edilməsinə etiraz edənV. İ. Markovin yazırdı:

"Действительно, вопрос о продвижении кашков на территорию Западного Кавказа пока еще трудноразрешим. Дело в том, что этот древний народ сближают иногда с касситами, жившими в III тысячелетии на довольно широкой территории в западных областях Мидии. Считается даже, что именно с ними связывали античные авторы название Каспийского моря и его прибрежных жителей – каспиев. Таким образом, вопрос и связи "кашков" с "касогами" (адыгами) не более как гипотеза. Она высказывалась до Л. Н. Соловьева, но и ни у кого из ученых не получила такого "широкого" развития. Культурное влияние кашков-касситов-кашков можно, очевидно, обнаружить с неменьшей долей вероятности в культуре современных азербайджанцев и дагестанцев"

В.И. Mарковин. Долмены Западного Кавказа. M. 1978, səh 288.

Qaşqay etnonimini digər türkdilli Qaş, Kaş, Kas, Kaşqar, Qaz tayfa adlarından da fərqləndirmək lazımdır. Qaşqaylarda Kassu, Altan, Qapaqapa, Asxarpaya, Kuntiya dağ adları maraqlı olduğu kimi, Daxara və Kummesmax çay adları da gərəkli material verir. Məsələn, Azərbaycanda Daxar adlı kənd (İsmayıllıda) və Dağardibi adlı çay (Xızıda) vardır. Yaxud, qaşqaylarda tərkibində suv "su" sözü olan Suvatar (su atar), Karassuv (qara su) kimi yeradları onların dil mənsubiyəti barədə tutarlı faktdır. Maraqlıdır ki, Fərat çayının qədim qaşqay ərazisinə daxil olan Ərzincan bölgəsində axan hissəsi indi Kara-su adlanır və Karassuv yeradı da həmin bölgəyə yaxın olmuşdur.

Qaşqay yer adlarındakı söz kökü türk dillərinə aid olduğu kimi, bir çox şəkilçilər də eyni paralelliyi göstərir. Məsələn, Azərbaycanda -ma şəkilçili toponimlər (Yalama, Yaşma, Qızılqazma, Quruzma) işləndiyi kimi, qaşqaylarda da Tarku-ma, Xursa-ma//Hursa-ma, Kalas-ma, Kurusta-ma toponimləri vardır. Yaxud, -ka topoformantı Darukka//Tarukka, Tapikka, Kaska, kimi toponimlərdə yayılmışdır. Q. Qiorqadze qaşqay dilindəki -xa şəkilçisini də -ka ilə bağlamışdır[37]. Məsələn, Kummesma-xa, Tasma-xa, Samma-xa, Kumma-xa və s. Qaşqay dilində -sa//-şa (Qurtalissa, Tamettasa, Qakiussa), -ta//-da (Takkumitta, Kismitta, Taqqasta), -ra (Kannuvara, Tivara) kimi topoformantlar da vardır.

Bəllidir ki, türk dillərindəki -lar şəkilçisi cəmlik bildirən -la və -ar morfemlərinin qovuşmasıdır[38]. Ona görə də, qaşqay dilində daha qədim forma (-la) işlənmişdir.

Qaşqay toponimikasında maraqlı xüsusiyətlərdən biri də budur ki, Azərbaycan yeradlarında rast gəldiyimiz qoşa köklü model (Dağdağan, Düldül ocağı, Qamqam piri, Xalxal, Batabat və s.) burada da vardır. Məsələn, Qapaqapa (dağı), Xanxana, Parpara və s. Q. Qiorqadze yazır ki, nəzərdən keçirilən qaşqay coğrafi adlarında "r" ilə başlanan söz yoxdur[39]

Qaşqay coğrafi adları içərisində Armatana (Azərbaycanda – Arbatan), Karaxna, Asxaluq, Kapperi və Tessitay sözləri də nəzəri cəlb edir. Bu son sözdəki tay elementi saqaların (skitlərin) ulu babası hesab olunan Tarqitay adında da təkrar olunmuşdur. Kapperi sözünü isə Kammeri şəklində də oxumaq olar, çünki xett yazısında qaşqay sözlərinin p//m səsləri bəzən dolaşıq salınır[40]

"Ay" hat dilində kaşka sözü ilə adlanmışdır[41]. Həmin dildə Ay tanrısı dKasku şəklində, Ay sözü isə Kasku şəklində yazılmışdır. Bu fakt onu göstərir ki, əgər hatlar türkdilli deyilmişsə, onda qaşqay sözünü türkdilli qaşqaylardan almışlar.

İssık-kul qırğızları ilə bağlı bir əfsanədə qırğız tayfalarından birinin soykökü barədə deyilir ki, həmin tayfanın onqonu (kambarata) atdır və bu atın adı Toru-ayğırdır (başqa varianta görə, atın adı Toru-Kaşkadır). Tayfanın ulu babası da Çulum-kaşka adını daşayır. Tayfanın damğası Aydır. Toru-Kaşkanın təsviri belə verilir:

"Тору-Кашка, у которого на бедре была белая отметина в форме луны (ay tamqa), а на лбу белое пятно, скакал посреди бесчисленных табунов" Абрамзон С. M. Из этнической истории киргизов.

"Tюркологический сборник", M. 1966, səh 166.

Qaşqay tayfa rəisləri

redaktə
  1. Can Məhəmməd Ağa
  2. İsmayıl xan (qardaşı elbəyi Həsən xan Nadir şah tərəfindən öldürüldü)
  3. II Can Məhəmməd xan (1818-ci ildən bəri elxan titulunu qəbul etdi, ö.1823/1824)
  4. Məhəmməd Əli xan (Hüseynəli mirzə Qovanlı-Qacarın qızı ilə evlənmişdi, oğullarından birini də Abbas Mirzənin qızı ilə evləndirdi. Ölümü 1852)
  5. Məhəmməd Qulu xan (öncəki xanın qardaşı, ölümü 1867/1868)
  6. Soltan Məhəmməd xan (öncəki xanın oğlu)
  7. ?
  8. İsmayıl xan Qaşqay (1904–1932)
  9. "4 qardaş xanlığı": Nasir xan Qaşqay (1899–1983) Malik Mənsur xan Qaşqay (1908–2006) Məhəmməd Hüseyn xan Qaşqay (1914–2010) Xosrov xan Qaşqay (1917–1982)

Qaşqay tayfaları

redaktə
 
Toxuculuqla məşğul olan qaşqay xanımları

Qaşqay elinin ən böyük beş tayfası:

Daha az saylı tayfalar:

Bayraqları

redaktə
 
Qaşqay Milli Hərəkatı tərəfindən təqdim edilmiş bayraq

2022-ci ilin noyabr ayının 11-də Qaşqay Milli Hərəkatı tərəfindən qaşqayları təmsil edən bayraq təqdim edilib. Bayraq göy, qırmızı və ağ rənglərdən ibarətdir. Bayraqdakı göy rəng türk dili və qaşqay mədəniyyətini qoruduğunu göstərərək türklüyü, qırmızı rəng demokratiya və rifahı, ağ rəng isə sülhü, millətlərin dostluğunu və qardaşlığını simvolizə edir. Bayrağın sol küncündə qırmızı rəngli ana damğasının içində aypara və səkkiz guşəli ulduz təsvir edilib[42].

Qaşqaylar şiədirlər.[43]

Dilləri

redaktə

Qaşqaylar Azərbaycan dilinin Qaşqay ləhcəsində danışırlar. Bu ləhcə Azərbaycan dilinə çox yaxın ləhcədir.[44]

Köçləri

redaktə

Qaşqaylar ilin 3, 4 ayını köç edirlər. Qalan ayları yaylaqqışlaqlarda keçirirlər. Belə qaşqaylara Badi (yel) qaşqayları, bölgələrdə yurd salıb məskunlaşan qaşqaylara isə Xaki (torpaq) qaşqayları deyirlər. Badilər əsasən heyvandarlıqla məşğuldurlar və bu səbəbdən tez-tez köç edirlər. Onların evlərı alaçıq və ya çadırlardır. Onlar alaçığı iki hissədən düzəldirlər:

  • Üst hissə, yəni tavan – qara çadır adlanır və keçi dərisindən olur.
  • Yan hissə, yəni divarlar – çıq ya çit adlanır və qamış, eləcə də keçi dərisindən olur.

Həyat tərzləri

redaktə

Qaşqay kişiləri yaxşı at çapmaları və papaqları ilə tanınırlar. Qadınlar əyinlərinə üç qatlı rəngbərəng don geyinirlər. Onlar köç zamanı yığdıqları bitki və böcəklərdən əlvan boyalar hazırlayır, ipləri və qoyun yununu bu boyalarla boyayırlar.

Tanınmış qaşqaylar

redaktə
  • Zəman Xan — Səfəvilər rəhbərlik
  • İsmayıl xan Qaşqay — Qaşqay elinin elxanı.
  • Əmanallah Qara Bəygi — farsimdan tayfasından olan şair;
  • Əfsanə Cahangiri — xanəndə;
  • Teymür Gördani — böyük kəşkölli tayfasindan olan şair;
  • Həbiballah Gərginpur —
  • Xosrov xan Qaşqay
  • Davud Hüseyn Ağayi Kəşkölli — böyük kəşkölli tayfasından olan şair;
  • Furud Gərginpur —
  • Məzun Qaşqayi — şair;
  • Mirzə Cahangir xan Qaşqay
  • Nasir Qaşqayi —
  • Yüsif Qaşqayi — qaşqayların tanınmış el şairi
  • Mirəli Qaşqay — akademik

Maraqlı faktlar

redaktə

Nissan Motors 2006-cı ildə çıxartdığı modelin adını Qaşqay qoymuşdur.[45][46][47]

Mənbə

redaktə
  • Die Kaškäer: Ein Beitrag zur Ethnographie des alten Kleinasien. Autor: Einar von Schuler. Berlin: Walter de Gruyter & Co, 1965, XV+197 seiten.
  • Статьи из "Энциклопедии ислама". — Кашкайцы, стр. 503. // Академик В. В. Бартольд. Сочинения. Том VII: Работы по истории и исторической географии Ирана. Ответственный редактор: И. П. Петрушевский. Москва: Издательство "Наука" Главная редакция восточной литературы, 1971, 663 стр.
  • Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 11: Италия — Кваркуш. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1973, стр. 558.

İstinadlar

redaktə
  1. "Etnologue 14 report for Qashqai". 2007-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
  2. Ппроект ETHEO, Языки народов мира :Азербайджанский язык (Azerbaijani language)
  3. Н. А. Баскаков. «Введение в изучение тюркских языков» — ИВШ, 1969 — стр. 267
  4. 1 2 Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 1: А — Ангоб. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1969, стр. 277.
  5. Народы и религии мира. Энциклопедия. Главный редактор: В. А. Тишков. Москва: Научное издательство «Большая Российская Энциклопедия», 1999, стр. 230. ISBN 5852701556
  6. "Энциклопедия народов мира". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-16.
  7. "Современная энциклопедия". 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-16.
  8. "QASHQA'I: a language of Iran". 2008-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-03.
  9. В.И. Савина. Этнонимы в топонимии Ирана. – "Ономастика Востока", M. 1980, səh 154; 50; 55
  10. В. В. Tрубецкой. Бахтияры (расселение, хозяйство, общественные отношения). – "Этнические процессы и состав населения в странах Передней Азии", M. 1963, səh 165
  11. Гр. Капанцян. Хайаса – колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947
  12. Современный Иран. (Справочник). M. 1957, səh 28
  13. В. В.Бартольд, Сочинения, V т. M., 1968, səh 216
  14. Исследования по Восточной филологии. M. 1974, səh 115
  15. 1 2 M. Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. "Ulduz", № 12, 1985, səh 42
  16. 1 2 Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961
  17. История Древнего Востока. M. 1988, səh 119
  18. Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 200
  19. В.Г. Арзинба. "Послесловие о некоторых новых результатах в исследовании истории, языков и культуры древней Анатолии", səh 158
  20. Гр. Капанцян. Хайаса – колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947, səh 113
  21. 1 2 В.Г. Арзинба. "Послесловие о некоторых новых результатах в исследовании истории, языков и культуры древней Анатолии", səh 157
  22. Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 196
  23. Дж.Г. Mаккуин. "Хетты и их современники в Mалой Азии". M. 1983, səh 92
  24. Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 194
  25. Всемирная история (в десяти томах), I–II тт. M. 1966, I t. səh 382
  26. История Древнего Востока. M. 1988, səh 107
  27. İ. Məlikov. – Xatt – ümumtürk dil paralelləri
  28. C. Məmmədov "Qut" sözünün mənşəyinə dair. – "Azərbaycan dilçiliyinin aktual problemləri". "Elm" nəşri, B. 1989
  29. АВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", № 10
  30. АВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", № 11
  31. АВИИУ – И. M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", № 2–3, 1951, № 44
  32. Клинописные тексты из Кюль-тепе. M. 1968
  33. Клинописные тексты из Кюль-тепе. M. 1968, səh 123
  34. 1 2 Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 173
  35. J. Garstang. Samuha and Malatia. – JNES, 1. 4, 1942, səh 456–459
  36. 1 2 F. A. Cəlilov. Proto-azərbaycan teonimləri. "Azərbaycan tarixi üzrə qaynaqların öyrənilmə problemləri". ADU nəşri, B. 1988
  37. Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 202
  38. F. A. Cəlilov. Azərbaycan dilinin morfonologiyası. B. 1988, səh 193–196
  39. Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 209
  40. Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 208
  41. Г.Г.Гиоргадзе. К вопросу о локализации и языковой структуре каскских этнических и географических названий. – "Переднеазиатский сборник. Вопросы хеттологии и хурритологии". M. 1961, səh 199
  42. "پرچم قشقایی؛ پرچم رسمی مبارزاتی حرکت ملی قشقایی معرفی شد" (fars). baydaq.com. 23 noyabr 2022. Archived from the original on 2022-11-13. İstifadə tarixi: 6 dekabr 2022.
  43. "Bethany World Prayer Center". 2006-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-03.
  44. Ethnoloq saytı
  45. "Arxivlənmiş surət". 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-03.
  46. "Arxivlənmiş surət". 2008-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-03.
  47. "Arxivlənmiş surət". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-03.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə