[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

Qustav Lebon

Qustav Lebon
Doğum tarixi 7 may 1841
Doğum yeri Nojan-le-Rotru
Vəfat tarixi 13 dekabr 1931
Vəfat yeri Paris
Dəfn yeri Per-Laşez qəbiristanlığı
Vikipediya məqaləsi

Qustav Lebon — fransız antropoloq, fizik və sosioloq.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Atalar sözləri bir xalqın təcrübəsinin əks-sədasıdır və hər birinin intim düşüncələrinə uyğundur.
  • Boşboğazlıq insanın cahilliyini göstərir.
  • Dirilər ölülərin fikirlərindən faydalanır.
  • Dünya bayağı adamlara məxsusdur.
  • Əsl qəhrəmanlar deyil, əfsanəvi qəhrəmanlar kütlədə təəssürat yaratdı.
  • Fərdi sahibkarlığın çoxdan inkişaf etdiyi və hökumətlərin fəaliyyətinin daha da məhdudlaşdığı ölkələrdə müasir iqtisadi təkamülün nəticələri çətinlik çəkmədən qarşılanıb. Vətəndaşları arasında bu sahibkarlıq ruhunun mövcud olmadığı ölkələr silahsız qaldı və əhalisi əsrlər boyu onlar üçün düşünən və hərəkət edən hökmdarlarının köməyinə müraciət etmək məcburiyyətində qaldı. Bu yolla hökumətlər ənənəvi rolunu davam etdirərək, bir çox sənaye müəssisələrinə rəhbərlik etmək vəzifəsinə gətirildi. Amma dövlətin nəzarəti altında istehsal olunan məhsullar bir çox səbəblərə görə bahalı və istehsalda ləng olduğundan, etməli olduqları işi hökumətə buraxan xalqlar özlərini digərlərindən daha az sərfəli vəziyyətdə gördülər.
  • Hərbi hakimiyyət despotizmə aparır.
  • Xalqların tarixində mühüm əhəmiyyət kəsb edən və onların taleyinə dərindən təsir edən inqilablar, müharibələr deyil — onların dağıntılarının izləri tezliklə silinəcək — əsas ideyalardakı dəyişikliklərdir.
  • İdeyalar keçmişin qızları və gələcəyin analarıdır və həmişə zamanın quludur.
  • İdeyalar sözlərdən daha tez yaşlanır.
  • İqtisadi, sosial və mədəni müharibələr qanlı müharibələrdən daha təhlükəlidir.
  • İman qazanmaq on qat güclənmək deməkdir.
  • İnsanları bir-birinə bağlayan məntiq deyil, qarşılıqlı hörmət və məhəbbətdir.
  • İnsanların dəyərini onların qurduqları əsərlərin böyüklüyü ilə mühakimə etməli olsaq, deyə bilərik ki, Məhəmməd tarixə məlum olan ən böyük adamlardan biridir. Dini xurafatlar bir çox tarixçilərə onun işinin əhəmiyyətini dərk etməyə mane oldu; lakin xristian yazıçıların özləri indi ona ədalət verməyə başlayırlar.
  • İslam bütün dinlər arasında elm kəşflərinə ən çox uyğun gəlir və nəfsləri tərbiyə etməyə, onları ədalətə, xeyirxahlığa və dözümlü olmağa məcbur etməyə ən hazır olanıdır.
  • Kimin kifayət qədər böyük nüfuzu varsa və onun zəifləməsinə imkan verməsə, insanlara xor baxa bilər, onları milyonlarla öldürə bilər, ölkəni kənardan təhlükələrə məruz qoya bilər və hər şey cəzasız qala bilər.
  • Kütlə heç vaxt həqiqətə susamayıb. Kim onları illüziya ilə təmin edə bilsə, asanlıqla onların ağasıdır; onların illüziyalarını məhv etməyə çalışan hər zaman onların qurbanı olur.
  • Kütləni heyran etmək istıyirsənsə, onu həmişə məsafədə saxla.
  • Lazımsız sözlərin çoxluğu zehni çatışmazlığın müəyyən bir əlamətidir.
  • Müəyyən formulların mistik məzmunu onlara qorxulu sehrli güc verir. Minlərlə insan başa düşə bilmədiyi və heç bir rasional mənası olmayan sözlərə görə öldürüldü.
  • Nə inqilablar, nə konstitusiyalar, nə müstəqillik, nə də despotizm heç bir xalqa onda olmayan keyfiyyəti verə bilməz.
  • Roma imperiyasını incəsənət dağıtdı.
  • Siyasətçi olmaq istəyən əvvəlcə öz hikkəsinə sahib olmalıdır.
  • Son kəşflər kainatın sadəliyi ilə bağlı bütün illüziyalarımızı yox etdi.
  • Sülh zamanı vətən yolunda göstərdiyiniz xidmətlər müharibə zamanı vətən üçün nələrə qadir olacağınızı göstərir.
  • Tənbəllərin işi sözdə, zəhmətsevər insanların işi əməldədir.
  • Ümumiyyətlə, demək olar ki, xalqların böyüklüyü əsasən onların mənəviyyat səviyyəsindən asılıdır.
  • Vətənpərvərlik duyğusunu yaşamayan toplum tarixdə yox olmağa məhkumdur.
  • ...zahiri cəhətdən çox oxşar olan insanlar hiss və hərəkət tərzlərində, dolayısı ilə sivilizasiyalarında, inanclarında və sənətlərində çox fərqli ola bilər.
  • Zəif istəklər sözdə, güclü istəklər isə əməldə ifadə olunur.

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar

[redaktə]