[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

Məsləhət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör. Solon
  • Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var. Sədi
  • Ağıllı məsləhətə qulaq asmaq heç vaxt gec deyil. Samuel Conson
  • Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr. Başqırd atalar sözləri
  • Bivecə məsləhət verərsən, sənə düşmən olar. Ərəb atalar sözləri
  • Bizdən əvvəlki müdriklər deyib: "Köhnələri oxumamış təzə kitablar oxuma". Özüm yazıçı olaraq heç kimə məsləhət görmürəm ki, bu qaydaya ciddi əməl etsin. Uinston Çörçill
  • Kərəm (kəramət) ona deyilir ki, nəfs ümumun xeyrinə olan işlər üçün asanlıqla çoxlu mal-dövlət paylaya bilsin, məsləhət olduqda miqdarını daha da artırsın. Nəsirəddin Tusi
  • Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır. Onore de Balzak
  • Məsləhət eləyən səhv eləməz. Lak atalar sözləri
  • Məsləhət istəmək bir insanın digərinə göstərdiyi ən böyük etibardır. Frensis Bekon
  • Məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var. Mövlana Cəlaləddin Rumi
  • Məsləhət və məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır. Həzrəti Əli
  • Nadan adama məsləhət vermək kor üçün şam yandırmaq kimi bir şeydir. Pyer Büast
  • Yaxşı bir ad və yaxşı bir məsləhət, atanızın sizə verə biləcəyi tək şeydir. Harri Trumen
  • Yaxşılıq etməyi məsləhət bilən adamın gördüyü iş də yaxşı olmalıdır. Məhəmməd peyğəmbər

İstinadlar

[redaktə]