[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

Deyl Karnegi

Deyl Karnegi
Doğum tarixi 24 noyabr 1888
Doğum yeri Merivill
Vəfat tarixi 1 noyabr 1955
Vəfat yeri Forest Hills, Nyu-York
Dəfn yeri Belton Cemetery
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Deyl Karnegi (24 noyabr, 1888–1 noyabr, 1955) — Amerika psixoloqu, yazıçı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
  1. Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
  2. Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
  3. Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
  4. Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
  5. Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
  6. Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. "Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun".
  7. Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
  8. Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
  9. Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar.
  • And içməyə gərək qalmayacaq qədər sözlərinə sadiq ol.
  • Anlaşılmazlığa mübahisə ilə deyil, yalnız nəzakət, diplomatiya, dostluq və həmsöhbətin nöqteyi-nəzərini anlamaq üçün rəğbət hissi ilə son qoymaq olar.
  • Başqaları ilə maraqlansan iki ay içində bir çox dostlar qazana bilərsən; başqalarının səninlə maraqlanmasını gözləsən, iki ildə belə tək dost qazana bilməzsən.
  • Başqalarına xoş gəlmək üçün danışmayın.
  • Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz olun, çünki "paxıllıq cəhalətdir" və "təqlid intihardır".
  • Bədbəxtlik böyük bir lupaya bənzər: xətalarımızı olduğundan böyük göstərər.
  • Bir iş haqqında qərar verməzdən öncə başqalarının da öyüd-nəsihətlərinə qulaq asmaq lazımdır.
  • Birinin qəlbini ələ almaq istəyirsənsə, ona xoşu gələn mövzulardan danışmasına imkan ver.
  • Biz səhvlərimizdən öyrənirik.
  • Bizim əsas vəzifəmiz gələcəyin dumanlı məsafəsinə baxmaq deyil, indi, görə bildiyimiz istiqamətdə hərəkət etməkdir.
  • Bu dünyada vacib və yaddaqalan şeylərin çoxu heç bir ümid qalmadığı halda belə cəhd etməyə davam edən insanlar tərəfindən əldə edildi.
  • Bütün boş vaxtınızı qəzetlə keçirməyin, ona ayıracağınız vaxtın yarısını sizə yeni şeylər öyrədəcək kitablara ayırın.
  • Daim özündən kifayət qədər dürüst olub-olmadığını soruşan həqiqətən dürüstdür.
  • Dünyada mübahisədə qalib gəlməyin bir yolu var – ondan imtina etmək.
  • Düşmənlərimizə nifrət etdiyimiz zaman onlara öz üzərimizə güc veririk — onlar bizim yuxumuza, iştahımıza, təzyiqimizə, sağlamlığımıza və xoşbəxtliyimizə təsir edir… Nifrətimiz onlara zərər vermir, əksinə gecə-gündüzümüzü kabusa çevirir.
  • Etdiyiniz yaxşılıqların əvəzini gözləməyin. Yaxşılıq etmək insan üçün adi haldır və buna görə də mükafat ummaq nadanlıqdır.
  • Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir.
  • Əgər həyatda həqiqi xoşbəxtliyi tapmaq istəyirsinizsə, o zaman nankorluq hissi haqqında düşünməyin. Fədakarlığın bəxş etdiyi mənəvi sevincə təslim olun.
  • Əgər siz haqsızsınızsa, onu tez və cəsarətlə etiraf edin.
  • Əgər tale sizə limon bəxş edərsə, siz də ondan limonad hazırlamağı öyrənin.
  • Əvvəlcə öz səhvlərinizdən danışın, sonra həmsöhbətinizi tənqid edin.
  • Görəcəyin işlə bağlı əvvəlcə ağıllı bir insanla məsləhətləşsən, işin bir hissəsini həll etmiş olarsan.
  • Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın.
  • Heç bir halda düşmənlərinizlə hesablaşmağa cəhd etməyin. Unutmayın ki, bu davranışla siz onlara yox, özünüzə daha çox zərər yetirə bilərsiniz.
  • Həmsöhbətinin ürəyincə danış.
  • Hər cür mübahisədən ilandan və ya zəlzələdən qaçdığın kimi qaç.
  • Hər insan gündə ən azı beş dəqiqə axmaqdır. Əsl hikmət bu vaxtı aşmamaqdır.
  • Hər kəsin sizi sevməsini istəyirsinizsə, gülümsəyin.
  • Hər zaman nəsə bir fəaliyyətlə məşğul olmağa çalışın. Məşğuliyyət, kainatın ən ucuz və ən effektiv müalicə üsullarından biridir.
  • Həyatda heç vaxt heç kimi tənqid və mühakimə etməyin. Heç nədən şikayətlənməyin.
  • Xoşbəxt deyilsizsə belə, arzuladığınız xoşbəxtliyi artıq tapmış insan kimi davranın. Əmin olun ki, çox qısa zamanda həqiqətən də xoşbəxt birinə çevriləcəksiniz.
  • Xoşunuza gəlməyən insanlar barədə heç vaxt düşünməyin.
  • İctimai həyatda ən faydalı dəyər tolerantlıqdır.
  • İdeya böyük bir gücdür.
  • İnsanın bədbəxtliyi savadsızlıqdan deyil, tənbəllikdən doğur.
  • İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar.
  • İnsanlar üçün yaxşı bir reputasiya yaradın ki, onlar buna haqq qazandırmağa çalışacaqlar.
  • İnsanları ələ salmaq xatirinə gülməyin.
  • İnsanları öz fikrinə şərik etməyin 12 üsulu:
  1. mübahisədə ən yaxşı nəticə əldə etməyin yeganə üsulu mübahisədən yayınmaqdadır;
  2. başqasının fikrinə hörmətlə yanaşın;
  3. haqlı deyilsinizsə, bunu dərhal sidq — ürəkdən etiraf edin;
  4. əvvəlcə öz dost münasibətinizi nümayiş etdirin;
  5. qoy həmsöhbətiniz lap əvvəldən sizə "bəli, bəli" deməyə məcbur olsun;
  6. imkan verin həmsöhbətiniz ürəyini boşaltsın;
  7. qoy o hiss eləsin ki, ideya məhz ona məxsusdur;
  8. məsələyə onun mövqeyindən baxmağa çalışın;
  9. müsahibinin fikir və istəklərinə rəğbətlə yanaşın;
  10. nəcib niyyətlə söhbət edin;
  11. öz istəklərinizi aydın bildirin;
  12. ən başlıcası isə söhbəti yarımçıq qoymayın və fikrinizdən dönməyin.[1]
  • İnsanları sevsən, sevilərsən.
  • İnsanların çoxunu kədərləndirən — əllərindəki pulun az olması deyil, əllərindəki pulu necə sərf edəcəklərini bilməmələridir.
  • İnsanların sizinlə görüşməkdən xoşbəxt olmasını istəyirsinizsə, onları sevinclə qarşılamalısınız.
  • İnsanlarla münasibət qurarkən, məntiqli varlıqlarla deyil, qərəzli, qürur və boşboğazlıqdan qaynaqlanan varlıqlarla məşğul olduğunuzu unutmayın.
  • İstənilən axmaq öz səhvini müdafiə edə bilər .. və çoxları bunu edir.
  • Kimsə öz məqsədləri naminə sizdən yararlanmağa çalışırsa, həmin insanı ümumiyyətlə öz tanışlarınız sırasından çıxarın.
  • Qadının bişirdiyi yeməyi tərifləsən onu xoşbəxt etmiş olarsan.
  • Qadının üzünün ifadəsi onun geyimindən əhəmiyyətlidir.
  • Qulaq asmağı bacarmayana qulaq asmazlar.
  • Nankorluqdan narahat olmaqdansa, buna hazır olun. Xoşbəxtliyi tapmağın yeganə yolu şükür gözləmək deyil, ondan gələn sevinc üçün yaxşı işlər görməkdir.
  • Nələrisə öyrənə biləcəyiniz adamlarla ünsiyyət saxlayın.
  • Nitq söyləmək səfərə çıxmağa bənzəyir; səfərə çıxmazdan qabaq necə hazırlıq görürüksə, nitqə də o cür hazırlaşmaq lazımdır.
  • Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.
  • Özünüzü qarşınızdakı insanın yerinə qoyun və bu yolla ona nəyin lazım olduğunu müəyyənləşdirməyə çalışın.
  • Peşəsi ona sevinc bəxş etmirsə, insan nadir hallarda hər hansı bir işdə uğur qazanır.
  • Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar.
  • Sabah qarşılaşacağınız adamların dörddə üçü təsəlli umurlar, bunu onlardan əsirgəməyin.
  • Sahibi üçün heç bir dəyəri olmayan, ancaq alan üçün qiymətsiz hədiyyə — təbəssüm.
  • Səhvi bağışlamaq mədəni şəkildə intiqam almaqdır.[2]
  • Siyasətçi insanlara təsir etmək üçün 12 qaydanı ustalıqla tətbiq etməyi bacarmalıdır:
  1. mübahisədə qalib gəlmək istəyirsənsə, rəqibinin əleyhinə çıxma;
  2. müsahibinin fikirlərinə hörmətlə yanaş və səhvlərini üzə vurma;
  3. öz səhvini başa düşdükdə, bunu səmimiyyətlə etiraf et;
  4. sakit tərzdə söhbət etməyə çalış;
  5. hikkə və qəzəbə yol vermədən müsahibindən müsbət cavablar qoparmağa cəhd elə;
  6. qarşındakına danışmaq imkanı ver, tez-tez sözünü kəsmə;
  7. öz fikirlərini ona zorla qəbul etdirməyə çalışma;
  8. heç kəslə bağlı tərəfkeşlik etmə;
  9. müsahibinin dərdlərinə şərik olmağa çalış;
  10. öz ehtiras və duyğularını nəzarət altında saxla;
  11. qarşındakının həm gözünə, həm də düşüncələrinə nüfuz etməyə çalış;
  12. öz əsas fikrini hiss olunmadan ona təlqin etməyə səy göstər.
  • Siz sahib olduqlarınıza, ya da kim olduğunuza, harada olduğunuza və ya nə etdiyinizə görə xoşbəxt və ya bədbəxt deyilsiniz; halınız bütün bunlar haqqında nə düşündüyünüzlə müəyyən edilir.
  • Sizin həmsöhbətiniz bəlkə də haqlı deyil. Amma əgər o özünü haqlı sayırsa, onu buna görə qınamayın.
  • Şəxsən mən çiyələyi kremlə yeməyi sevirəm. Amma balıqlar qurd yeməyi xoşlayır. Ona görə də mən balıq ovuna çıxanda özümün nə sevdiyi yox, balığın nəyi xoşladığını düşünürəm.
  • Təbiətin ilk qanunu nizam — intizamdır.
  • Tənqid poçt göyərçininə bənzəyir: həmişə geri qayıdır.[3]
  • Unutmayın ki, hələ heç kim yuxusuzluqdan dünyasını dəyişməyib. Yuxusuzluqdan narahat olmaq yuxusuzluğun özündən daha pisdir.
  • Unutmayın ki, xoşbəxtlik kim olduğunuzdan və nə olduğunuzdan asılı deyil; yalnız düşündüyünüzdən asılıdır.
  • Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edir.
  • Yer üzündə hamı xoşbəxtlik axtarmaqla məşğuldur. Onu tapmağın yalnız bir yolu var. Bunun üçün siz öz düşüncələrinizi idarə etməyi öyrənməlisiniz.
  • Yaxşı arvad ərinin xoşladığı şeyləri xoşlayar.
  • Zaman ötdükcə bir sıra dərdlərimiz də aradan qalxır.
  • Zəlzələdən və ya zınqırovlu ilandan qaçdığınız kimi, mübahisədən də qaçın.

İstinadlar

[redaktə]
  1. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, "Elm-təhsil" nəşriyyatı, 2012,
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.144
  3. Xəzinə. Bakı, 1997. səh.29