Çətin
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adam ancaq öz bildikləri və xatirələri ilə yaşayır və onları qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır. Alber Kamyu
- Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer
B
[redaktə]- Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin. Oskar Uayld
- Başqalarının düşüncələrini dəyişmək çox asan, öz düşüncəni dəyişmək isə çox çətindir. Oskar Uayld
- Bir işin ən çətin yönünü fikirləş ki, edərkən çətinlik çəkməyəsən. Samuel Conson
- Bu dünyada ən çətin şey insanın özünü tanımasıdır. Miletli Fales
- Bu günə hazır olmayanın sabaha hazır olmağı daha çətin olacaq. Ovidi
- Bu işi iki yolla həll edə bilərik; Birincisi, çətin yolla, ikincisi... Amma bir dəqiqə, bu birincidən də çətin oldu ki. Coni Bravo
- Bütün insanlar iki kateqoriyaya bölünür. Biirinci kateqoriyaya aid edilən insanlarla münasibət asan, onlarsız isə daha asan olur. Bir kateqoriya da var ki, onlarla hər şey çətin olur, onlarsız isə keçinmək mümkün olmur. Ernest Heminquey
- Bütün təbiəti izah etmək hər hansı bir adam üçün, hətta bütöv bir dövr üçün çox çətin məsələdir. Bunu tədricən, amma əminliklə etmək, qalanları isə sizdən sonra gələnlərə saxlamaq, əminlik olmadan hər şeyi fərziyyələr əsasında izah etməkdən daha yaxşıdır.. İsaak Nyuton
C
[redaktə]- Cəza asandır, tərbiyə - çətin. Alman atalar sözləri
Ç
[redaktə]- Çətin olduğundan cəsarət edə bilmir deyilik, tərsinə cəsarət edə bilmədiyimiz üçün çətindir. Seneka
D
[redaktə]- Dərdə-qəmə gizlicə yanmaq göz yaşı tökməkdən çətindir, çətin. Bunu yalnız dərg eləməz axmaqlar ancaq. Teodor Drayzer
- Dildə deyilməsi və yerində istifadə edilməsi ən çətin söz məndir. Alfred De Viqni
- Doğulmaq və ölmək asandı, Çətin olan həyatın özü idi... Tom Robbins
- Dünyada ən asan şey dedi-qodu, ən çətin şey isə özünü tanımaqdır. Con Lebbok
- Dünyada ən çətin iş - yaxşı ad qazanmaqdır. Gürcü atalar sözləri
- Dünyada ən ümidsiz iş insan xarakterini dəqiq müəyyən etmək cəhdidir. Çünki, hər bir insan ziddiyyətlər düyünüdür və insan istedadlıdırsa, bu cəhd daha çətin olur. Teodor Drayzer
- Dünyada heç bir şey insanları edəcəkləri şeylər haqqında düşündürməkdən daha çətin deyildir. Andre Malro
- Dünyanın həqiqətinə vaqif olanlar həyatın zinət və zivərinə çətin baş əyərlər. Əhvədi
Ə
[redaktə]- Əslində çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, Biz cəsarət edə bilmədiyimiz üçün çətindir. Seneka
G
[redaktə]- Günahım varmı, əlbəttə ki var, çətin yola zəif insanlarla çıxmağımdır ən böyük səhvim. Çarlz Bukovski
H
[redaktə]- Heyvanları - yalnız laboratoriyalarda və muzeylərdə deyil, meşə və çöllərdə, dağlarda öyrənən kimi dərhal anlayırıq ki, müxtəlif növlər arasında və xüsusən də müxtəlif heyvan sinifləri arasında böyük bir döyüş və qırğın getsə də, eyni zamanda, eyni növə və ya ən azı, eyni cəmiyyətə mənsub olan heyvanlar arasında bir o qədər, bəlkə də daha çox qarşılıqlı dəstək, qarşılıqlı yardım və qarşılıqlı müdafiə mövcuddur. Ünsiyyətçilik də qarşılıqlı mübarizə qədər təbiət qanunudur. Təbii ki, hər iki fakt silsiləsinin nisbi ədədi əhəmiyyətini təxmini olaraq təxmin etmək olduqca çətin olardı. Ancaq dolayı sınağa müraciət etsək və Təbiətdən soruşsaq: "Ən uyğun olanlar kimlərdir: daim bir-biri ilə müharibə edənlər, yoxsa bir-birinə dəstək olanlar?" biz dərhal görürük ki, qarşılıqlı yardım vərdişləri əldə edən heyvanlar, şübhəsiz ki, ən uyğun heyvanlardır. Onların yaşamaq üçün daha çox şansları var və onlar öz siniflərində ən yüksək inkişafa və bədən quruluşuna nail olurlar. Bu fikri təsdiqləyən saysız-hesabsız faktlar nəzərə alınarsa, əminliklə deyə bilərik ki, qarşılıqlı yardım da qarşılıqlı mübarizə qədər heyvan həyatının qanunudur; lakin təkamül amili kimi o, çox güman ki, daha böyük əhəmiyyət kəsb edir, çünki o, növün saxlanmasını və daha da inkişafını təmin etmək kimi vərdişlərin və xarakterlərin inkişafına, eyni zamanda, ən böyük rifah və həyatdan həzz almasına üstünlük verir. Pyotr Kropotkin
- Hər böyük iş yalnız başlanğıcda çətin görünür. Tomas Karleyl
- Hər müəllim, zamanı gəldiyində öyrətməyi buraxmasını öyrənməlidir. Bu çətin bir sənətdir. Bertolt Brext
- Hər şey qədərində yaxşıdır. Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır. İnsan nə qədər güclü olsa, məhəbbətə tuş gələr. Şeyx Ədabali
- Hər şeydən çətin elin ürəyini fəth eləməkdir. Monqol atalar sözləri
- Həyatda itirməyə bir şey olmayanda hər şeyi yoluna qoymaq çox da çətin olmur. Ernest Heminquey
İ
[redaktə]- İnsanın iradə və dözümünü çətin işlərdə yoxlamaq məsləhətdir. Con Friman
- İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan. Çarlz Bukovski
- İtirəcək heç bir şeyin olmadıqda həyatı idarə etmək çətin deyil. Ernest Heminquey
Q
[redaktə]- Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq. Viktor Hüqo
- Qısqanclıq gəncliyin vərəmidiir, onu sağaltmaq çətin olur. Hind atalar sözləri
M
[redaktə]- Mən çətin işlər üçün həmişə ən tənbəlləri seçirəm, çünki onlar çətin işləri həmişə ən sadə yol ilə həll edərlər. Bil Geyts
O
[redaktə]- Onu bütün etdiklərinə rəğmən yenə bağışlayarsan.. Amma çətin olan onu bağışladığın üçün özünü bağışlamaqdır. Çarlz Bukovski
P
[redaktə]- Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilı geri alırsan. O keçmiş kasıb və xoşbəxt olduğumuz günlərdə də Pais belə idi. Ernest Heminquey
- Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur. Yan Komenski
S
[redaktə]- Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər. Çarlz Bukovski
Ş
[redaktə]- Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı. Xudu Məmmədov
U
[redaktə]- Ulduzlarla işləmək çətin deyil. Çətin olan özünü ulduz sananlarla işləməkdi.[1] Qus Hiddink
V
[redaktə]- Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür. Şeyx Ədabali