[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

Şeir

Tarixə məlum olan ən qədim sevgi şeiri. İraqın Nippur şəhərindən tapıılmışdır. III Ur dövrünə aiddir, e.ə. 2037–2029. Qədim Şərq Muzeyi, İstanbul

Şeir (ərəb. شعر‎‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir.[1]



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ana! Şeirlərimdə ananı necə vəsf edə bilərəm? Mən bunu bacarmaram və buna cürət edə bilmərəm... Bütün qəbul edilmiş etiraflar, deyilmiş sözlər onun yanında heç nədir. Mikayıl Müşfiq
  • Ayrılıq hər məhəbbət şeirinin son misrasıdır. Cənab Şəhabəddin
  • Bəzi şeylər var ki, ortalıq dözülməz görünür: şeir, musiqi, rəssamlıq, ritorika. Təmtəraqlı quru nitq və ya pis şairin tam təmtəraqla oxunduğu sadə misraları eşitmək necə də işgəncədir! Jan de Labrüyer
  • Bir şeir həzz ilə başlar hikmət ilə bitər. İngilis atalar sözləri
  • Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
  • Deyiləcək heç bir şeyim yoxdur və onu deyirəm, və o, da şeirdir. Filip Qlass
  • Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan. Ömər Xəyyam
  • Dinin olmadığı yerdə heç bir şey yoxdur; yoxluq belə yoxdur... Şeir və sənətsə heç yoxdur... Nəcib Fazil Qısakürək
  • Elmsiz şeir təməli olmayan divara bənzər və təməli olmayan divar da tez yıxılar. Məhəmməd Füzuli
  • Ədəbi zövqünüzü inkişaf etdirmək üçün şeir oxumalısınız. İosif Aleksandroviç Brodski
  • Əgər aktyor öz hərəkətlərində azacıq da olsa ritmi pozarsa, yaxud şeir söyləyərkən hər hansı bir hecanı ya qısa, ya da uzun tələffüz edərsə, onu fitə basacaqlar. Hər hansı bir şeirdən daha nizamlı hərəkətdən daha çox tədbirlər tələb edən həyatda isə ən azı bir hecada səhv buraxmağın mümkün olduğunu hesab edirsən? Mark Tulli Siseron
  • Əgər kiçik lirik şeir həqiqi sənət əsəridirsə o heç zaman ictimai fikirdən kənarda qala bilməz. İlyas Əfəndiyev
  • Ən gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər “iki dəfə iki dörd edər”dən daha gözəl misra yazılmayıb, məncə. Əziz Nesin
  • Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk (Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır.
  • Fars dili əsrlər boyu Orta Şərqin, xüsusən, türklərin də ədəbi dili kimi işləndiyi üçün Azərbaycan, osmanlı, cığatay ədəbiyyatlarında, xüsusən, şeir və qəzəldə farsca estetik ifadələr bol işlənmişdir. Füzulinin ədəbi dili də bu qaydadan müstəsna deyildir. Lakin onun işlətdiyi farsca sözlər daha çox xalqına, xüsusən, ədəbi mühitə tanış sözlərdir. Cavad Heyət
  • Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir. Heydər Əliyev
  • Hər gün ən azı bir az mahnı eşitmək, yaxşı bir şeir oxumaq, gözəl bir şəkil görmək və mümkünsə, bir neçə ağlabatan söz söyləmək lazımdır. Yohann Volfqanq Göte
  • Meyxanaları həmişəlik unutmuşdum və şeir yazmaqdan imtina edərdim, yalnız payızda əlinə və saçlarına incə rənglə toxunardım. Sergey Yesenin
  • Məktəb sayəsində, məktəbin verəcəyi elm və fənn sayəsindədir ki, Türk milləti, Türk sənəti, Türk iqtisadiyyatı, Türk şeir və ədəbiyyatı bütün gözəllikləriylə inkişaf edər. Mustafa Kamal Atatürk
  • Mən İncilin şeir olduğunu bilmirdim! Bunun dindən başqa bir şey olmadığını düşünürdüm! Sinkler Lyuis
  • Mən siyasət və müharibəni öyrənməliyəm ki, oğullarımız riyaziyyat və fəlsəfəni öyrənməkdə azad olsunlar. Oğullarım riyaziyyat və fəlsəfə, coğrafiya, təbiət tarixi, gəmiqayırma, gəmiçilik, ticarət və kənd təsərrüfatı sahələrini öyrənməlidirlər ki, övladlarına rəssamlıq, şeir, musiqi, memarlıq, heykəltəraşlıq, qobelen və çini sənəti öyrənmək hüququ versinlər. Con Adams
  • Mən şeirlə evlənmək üçün romandan imtina etməyə hazır olan qadınlar görmüşəm. Con Kits
  • Mənimlə reportaja gələn hər kəs 'Manekenlər oyunçu olsunmu?' deyə soruşur. Yoruldum. Olsunlar. Tənqidçi də olsunlar, çəksinlər, şeir yazsınlar, qəzet çıxarsınlar. Hamımız xilas olaq. Əli Poyrazoğlu
  • Öz adını qeyd etmədən bu qədər şeir yazan “Anonim” böyük ehtimalla qadın olub. Virciniya Vulf
  • Rəsm səssiz şeirdir, şeir isə danışan rəsmdir. Plutarx
  • Sevginin dəqiq tərifi yoxdur. Şeir də belədir. Hazırlanan və hazırlanacaq reseptlərin hər biri dənizdən gələn bir dolça su kimidir. Şübhəsiz ki, dəniz suyudur, amma dəniz deyil. Sevgini dənizə, resepti bir dolçaya bənzədirsinizsə, əldə etdiyiniz bir sevgi vəziyyətinin izahından başqa bir şey deyil. Geniş, sahilsiz, rəngsiz, dalğasız, dərinliyi olmayan bir izah. Peyami Safa
  • Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır. Həsən Nail Canat
  • Şairlər şeiri hikmətlə deyil, peyğəmbərlərdə və ya görücüdə tapıla bilən bir növ ilham yolu ilə yaradırlar, çünki nə demək istədiklərini bilmədən çox gözəl şeylər söyləyə bilirlər. Sokrat
  • Şeir ağacın yarpaqları kimi təbii gəlmirsə, heç gəlməsə yaxşıdır. Con Kits
  • Şeir ağılın açdığı yaraları sağaldır. O, əks komponentlərdən, ucaldan həqiqətdən və ləzzətli illüziyadan ibarətdir. Novalis
  • Şeir - azadlığım, şeir - həyatım, ömrüm, səadətim, müqəddəratım! [4] Məhəmmədhüseyn Şəhriyar
  • Şeir başqalarının varlığını öz varlığında əridir. Novalis
  • Şeir, bir ağıl xəstəliyidir. Alfred De Viqni
  • Şeir bir istehsal formasıdır. Çox çətin, çox mürəkkəb, amma istehsaldır. Vladimir Mayakovski
  • Şeir bir ürəyin döyüntüsü, bir ruh həyəcanı və göz yaşıdır. Əbdülfəttah Şahin
  • Şeir boğazda bir düyün, yanlışlıq hissi, vətən həsrəti, sevgi həsrəti kimi başlayır. Robert Li Frost
  • Şeir böyük və incə olmalıdır, elə bir şey olmalıdır ki, hər kəsin ruhuna girsin və onu özü ilə deyil, mövzusu ilə təəccübləndirsin. Con Kits
  • Şeir elə bir orkestrdir ki, bütün təbiətin və insanların səsini əks etdirir. Viktor Hüqo
  • Şeir gizli sözlərin bəyan edilməsinin bir növüdür. Viktor Hüqo
  • Şeir ibadəti sevmir. Sergey Qriqoryeviç Qubernaçuk
  • Şeir insan duyğularının zahirə təzahürünü təmin edən bir yoldur. İmmanuel Kant
  • Şeir intellektualdan daha çox fizikidir. Alfred Hausman
  • Şeir kədər haqqındadır. Siyasət şikayətlə bağlıdır. Robert Li Frost
  • Şeir kədərlərin ən şirinidir. Alfred de Müsse
  • Şeir qanı axan yaranın və ya gülümsəməyən dodaqların nəğməsidir. Cübran Xəlil Cübran
  • Şeir ləzzətlə başlayır, hikmətlə bitir. Robert Li Frost
  • Şeir mədəniyyət, incəsənətdir,
    İncə ruh, incı zövq, incə sənətdir.
    O da musiqitək qəlbin səsidir,
    Həyatın ən böyük möcüzəsidir. Məhəmmədhüseyn Şəhriyar
  • Şeir. Mən onu sevmirəm; Bu xırdalıqdan daha vacib şeylər var. lakin onu tam nifrətlə oxuyanda, hər şeydən əvvəl, onda bəzi həqiqətləri tapmaq olar. Edvard Kamminqs
  • Şeir mənalı olduqda belə - adətən olduğu kimi - onu qavramaq arzuolunmaz ola bilər - ideal anlayış bəzən həzzi az qala söndürür. Alfred Hausman
  • Şeir o zamandır ki, bir duyğu öz fikrini, fikrin söz tapmasıdır. Robert Li Frost
  • Şeir teorem olmalıdır: dilə qənaət və resurslara qənaət; minimumla maksimuma nail olmaq. Nikanor Parra
  • Şeir tərcümədə itirilən şeydir. Robert Li Frost
  • Şeir tərcüməsi ali və çətin sənətdir. Mən ilk baxışdan paradoksal görünən, amma mahiyyətcə dəqiq iki müddəa irəli sürərdim: Birinci. Şeir tərcüməsi mümkün deyil. İkinci. Bu, hər dəfə istisnadır. Əgər tərcüməçi öz işinə məhz bu cür yanaşırsa (əslində, təkcə tərcüməçi yox, həm də hər bir şair), o nəyəsə nail ola bilər. Doğrudan da, nə isə alınanda bu necə də böyük xoşbəxtlik olur! Samuil Marşak
  • Şeir yazmağı bacaramaq hələ şair olmaq deyil. Bütün kitab köşkləri bu həqiqətin sübutları ilə doludur. Vissarion Belinski
  • Şeirdən və şairdən umduğumuz əsas şey hisslərimizin poetik ifadəsidir.[5] Alan Bennet
  • Şeirin şeir adlanması üçün o ya sevindirməli, ya da kədərləndirməlidir. Ellen Molton
  • Şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişə onunladır. Anatol Frans
  • Şeirlər dünyanın ağlı və ürəyidir və səmimiyyət və təbiilik onları əlaqələndirir. Mikayıl Müşfiq
  • Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır. Həsən Əliyev

İstinadlar

[redaktə]
  1. Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, 1988, s.257-258
  2. Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372-75 şəmsi, 3-cü cild, səh. 946-947
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.412.
  4. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.
  5. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.411