Zabuxçay
Naviqasiyaya keç
Axtarışa keç
Zabuxçay | |
---|---|
Ölkə | Azərbaycan |
Mənbəyi | Qızıltəpə dağı |
• Yüksəkliyi | 3036 m |
Mənsəbi | Həkəriçay |
Uzunluğu | 51 km |
Su sərfi | 4,37 m³/san |
Su hövzəsi | Araz→Kür→Xəzər dənizi |
Hövzəsinin sahəsi | 527 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zabuxçay — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır.[1]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Uzunluğu 51 km, hövzəsinin sahəsi 527 km²-dir. Mənbəyi "Kiçik Qafqazın Qızıltəpə dağından (3036 m) başlayır.[2] Yuxarı axımında Ağoğlan, orta axımında isə Minkəndçay adlanır. Axımı qar, yağış və yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qarın əriməsi nəticəsində çayda daşqınlar yaranır. Aprel — iyun aylarında illik axımının 60–65%-i keçir. Axımında yeraltı suların miqdarı çox (50–55%) olduğundan yay aylarında nisbətən sulu olur. Çayın orta illik su sərfi 4,37 kub m/san-dir. Ən çox su sərfi may, ən azı isə yanvar ayında müşahidə edilir. Zabuxçaydan suvarma və dəyirmanların işlədilməsində geniş istifadə edilir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Zabuxçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Zabuxçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.