Zauropodlar
Zauropodlar | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Zauropodlar |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Zauropodlar (lat. Sauropoda — "Kərtənkələayaq dinozavrlar") — Dördayaqlıların ən iri qrupuna daxil olan və otyeyən dinozavrlar. Onlar Yura dövründən Təbaşir dövrünə qədər ki, müddətdə (200–85 milyon öncə) yaşamışlar[1]. Bütün materiklərdə infradəstəyə 130 növ, 13 fəsilə və 70-ə yaxın cins daxildir. Zauropodlərin bütün nümayəndələrinin nəsli kəsilmişdir. Ən çox adı çəkilən nümayəndəri: Diplodocus, Brachiosaurus və Apatosaurus.
Məlumat
[redaktə | mənbəni redaktə et]Zauropodlar öz növbəsində nəhəng dinozavrları birləşdirir. Bu nəhənglik bütün bədən üzvləri ilə birlikdə nəzərdə tutulur. Onla elə də böyük olmayan başlar və uzun boğazlara malik imişlər. Bəzi növlərdə boyunlar 9–11 metr olurdu. Dişləri isə kiçil olurmuş. Bu nəhənglərin ümumi çəkiləri 15–35 ton təşkil edirmiş. Bu qrupun ən iri nümayəndəsi Seismosaurusdur ki, onunda uzunluğu 36 metr olurmuş.
Kəllə
[redaktə | mənbəni redaktə et]Zauropodlar bədən ölçülərinə görə kiçik kəlləyə sahib olurlar. Bədənlərinin digər yerlərinə nisbətdə paleontoloqlar üçün kəllələr nadir tapıntı hesab edilir. Bütov kəllənin tapıntısı az məlumdur. Bu səbəbdən paleontoloqlar bu məsələ ilə daha çox maraqlanırlar. 2010-cu ildə yaxşı saxlanılmış kəllə aşkarlanmışdır[2].
Ayaqlar
[redaktə | mənbəni redaktə et]Kərtənkələayaq dinozavrlar adlanmasına baxmayaraq onların ayaqları filin ayaqlarına bənzəyir. Ön ayaqları bura daxil növlərin çoxunda arxa ayaqlarına nisbətən uzun olur. Bu isə bu canlıların arxa ayaqları üzərində duraraq iri ağacların yarpaqları ilə qidalanırdılar. Bəziləri isə su bitkiləri ilə qidalanırdılar.
Quyruq
[redaktə | mənbəni redaktə et]Belə fikir irəli sürülür ki, quyruqları çütləşmə mövsümlərində onların karına gəlirmiş. Belə ki, erkəklərin quyruqları nisbətən iri olurdu. Quyruqları ilə yerə güçlü zərbə vururdular. Bu minvalla ən güclü səs çıxaran erkək dişiyə sahib olurdu. Digər fərziyə isə quyruğun müdafiə funksiyası yerinə yetirməsi idi.
Bəzəkləri
[redaktə | mənbəni redaktə et]Bir çox zauropodlar, məsələn Amargasauruslar üzərlərində qabarcıqlı sərt qabığa və ya müxtəlif iri çıxıntılara malik idilər. Ola bilsin ki, bu qabarcıqların mövcudluğu obların cinsi yetkinliyə çatmalarını bildirir. Müdafiəyəyə gəldikdə isə üzərlərində olan bu "bəzəklər" hec də onların karına gələ bilmirdi.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Zauropodlar ot yeyən olmuşlar. Böyük ehtimal ki, onlar qidanı çeynəmirdilər. Bir başa udulan qida mədədə həzmə gedirdi. Uzun zaman yarımsu canlıları hesab edilirdi. Bu fikir dinozavrların skledində öz əksini tapmamışdır[3]. Boyunlarının üzməyə xidmət etməsi fikri öz təstiqinin tapmamasının əsas səbəbi sinə hissəsinin üzəngi formasına malik olmamasıdır[4].
Əsas versiyaya görə uzun boyunlar ağacların yarpaqları ilə qidlanmasına xidmət edirdi. Bu versiya R. Seymura aiddir (2009)[5]. Boyunlarını dik qaldırmaq üçün bu canlılarda yüksək arterial təziq olmalı idi. Üstəlik canlının güçünün böyük hissəsi başını qaldırmağa sərf olunmalı idi.
Zauropodların böyük hissəsi böyük ehtimal ki, sürü halında yaşamışlar. Bu fikirin əsas səbəbi paleontoloqlar bu dinozavların qalıqlarını aşkarlayarkən onları qrup halında aşkarlayırdılar.
Zauropodlar heç vaxt 5 km/saat -dan yüksək sürət yığa bilməzdilər. Bunula belə olar kiçik hündürlüyə tullana bilirdilər. Bu minvalla kiçik yırtıcı dinozavrları asanlıqla əzə bilirdilər.
Yayılması
[redaktə | mənbəni redaktə et]Alimlər belə düşünürlər ki, Teropodlar Qondvana ərzisində meydana gəlmişlər. Sonradan bütün materiklərə yayıldılar. Eradan 200 milyon il önçə digər dinozavlarla bərabər bütün dünyada yayıldılar[6]. Zauropodların ən qədim nümayəndəsi Isanosaurus (Tayland) və Vulcanodon (Zimbabve) olmuşlar. Onlar Tetis okeanının sahillərimdə yayılmışdılar. Zauropodlar uzun müddət dəyişmə dövrü keçirmişlər.
190 milyon il önçə Zauropodlar Hindistana yayılırlar (Barapasaurus, Kotasaurus). Bundan sonra onlar artıq Cənubi Afrikaya qədər yayıla bilmişdilər. Tapıntılar onu göstərir ki, təxmini 190–180 milyon il önçə onlar artıq Çin (Zizhongosaurus, Kunmingosaurus), Avropada (Ohmdenosaurus) və Mərakeşdə (Tazoudasaurus) yayılırlar.
Şimali Amerika ərazisində onlar daha sonra meydana gəlirlər. Bu hadisə artıq Trias dövrünün sonlarına təsadüf edir. Ancaq bunu isbat edən dəlil yoxdur. Bəzi alimlər onların bütün Şimali Amerikaya yayılmamasının səbəbi kimi iqlimi göstərirlər[7]. Növ müxtəlifliyinin həcmi Yura dövründə ən yüksək səviyəyə qalxır. Bu dövrün sonları isə növ sayı nisbətən azalır. Bu ərəfədə (Təbaşir dövrüun əvvəlləri) artıq dünyanın hər yerində onlara rast gəlin: Afrika (Brachiosaurus), Şimali Amerika (Apatosaurus, Diplodocus), Avropa (Xenoposeidon) və Asiya (Qiaowanlong)[8]. Təbaşir dövrünün sonları rəqabət edə bilməyərək azalırlar
Tapıntılar
[redaktə | mənbəni redaktə et]2004-cü ildə Avstraliyada Zauropodla aid olan ən iri dinozavr sümükləri aşkarlanmışdır. Onların uzunluğu 30 metrə çatır. Sonradan alimlər tapıntını Titanosauria qrupuna aid edirlər. Alimlərin fikirincə bu yeni tapıntı yeni növdür. Hələki ona müstəqil növ statusu verilməmişdir[9].
Klassifikasiya
[redaktə | mənbəni redaktə et]Klassifikasiya əsasən Vilson və Sereno (1998); Yates (2003) və Qalton 2001[10], Vilson 2002 və Benton 2004 tərəfindən irəli sürülür[11].
Bölgü
[redaktə | mənbəni redaktə et]- İnfradəstə: Zauropod (Sauropoda)
- Cins: Antetonitrus
- Cins: Archaeodontosaurus
- Cins: Barapasaurus
- Cins: Cardiodon
- Cins: Chuanjiesaurus
- Cins: Chuxiongosaurus
- Cins: Dachungosaurus
- Cins: Datousaurus
- Cins: Fukuititan
- Cins: Gongxiaosaurus
- Cins: Isanosaurus
- Cins: Klamelisaurus
- Cins: Kotasaurus
- Cins: Oplosaurus
- Cins: Ultrasaurus
- Cins: Xenoposeidon
- Cins: Xianshanosaurus
- Cins: Yibinosaurus
- Fəsilə: Blikanasauridae
- Fəsilə: Mamenchisauridae
- Fəsilə: Melanorosauridae
- Fəsilə: Omeisauridae
- Fəsilə: Tendaguridae
- Fəsilə: Vulcanodontidae
- Bölmə: Turiasauria
- Cins: Paralititan
- Cins: Turiasauria
- Qrup: Eusauropoda
- Fəsilə: Cetiosauridae
- Fəsilə: Euhelopodidae
- Qrup: Neosauropoda
- Fəsilə: Brachiosauridae
- Fəsilə: Camarasauridae
- Fəsilə: Dicraeosauridae
- Fəsilə: Diplodocidae
- Fəsilə: Nemegtosauridae
- Fəsilə: Rebbachisauridae
- Fəsilə: Titanosauridae
- Digər nümayəndələri
Filoqeniya
[redaktə | mənbəni redaktə et]Bu kladoqramma Vilsonun hazırladığı (Wilson, 2002) sistemdir[12].
Sauropoda |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Maraqlı fakt
[redaktə | mənbəni redaktə et]- Ən iri zauropodlar müasir Fransa ərazisində yaşamışlar. Onların nəhəng izləri (1,5 metr) həvəskar paleontoloqlar Mari-Elen Marko (Marie-Hélène Marcaud) və Patrik Landri (Patrice Landry) Lionda 2009-cu ildə aşkarlamışlar.
İstinadları
[redaktə | mənbəni redaktə et]- ↑ "Ot yeyən dinozavrlar boyunlarını yüksəyə qaldıra bilirdilər :: Statlar :: InterRight". 2010-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
- ↑ Chure, Daniel; Britt, Brooks; Whitlock, John A.; and Wilson, Jeffrey A. (2010). "First complete sauropod dinosaur skull from the Cretaceous of the Americas and the evolution of sauropod dentition". Naturwissenschaften 97 (4): 379–391. doi:10.1007/s00114-010-0650-6 [1] [ölü keçid].
- ↑ Кэрролл Р. Палеонтология и эволюция позвоночных: В 3-х т. Т. 2. Пер. с англ. М.: Мир, 1993. 283 с
- ↑ Шмидт-Нильсен К. Размеры животных: почему они так важны? Пер. с англ. М.: Мир, 1987. 259 с
- ↑ Seymour, R. S., 2009, Sauropods kept thier heads down: Science, v. 323, p. 1671.
- ↑ "Найдено переходное звено от двуногих к четырёхногим динозаврам". Lenta.ru. 11 ноября 2009. 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-13.
- ↑ "Palentoloji fikirlər". 2010-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
- ↑ "Палеонтологи нашли новый вид зауроподов". Lenta.ru. 2009-09-08. 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-13.
- ↑ "Avstraliya Titanozavrları". 2014-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
- ↑ "Re: YEAH!!! Sauropodomorph Phylogeny!". 2013-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Benton, M. J. (2004). Vertebrate Palaeontology, Third Edition. Blackwell Publishing, 472 pp.
- ↑ Wilson, J. A. (2002). "Sauropod dinosaur phylogeny: critique and cladistic analysis." Zoological Journal of the Linnean Society, 136: 217–276.