Viktor Astafyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Viktor Astafyev
Виктор Петрович Астафьев
Abxaziyada Viktor Astafyevə həsr olunmuş poçt markası.
Abxaziyada Viktor Astafyevə həsr olunmuş poçt markası.
Doğum tarixi
Doğum yeri Krasnoyarsk diyarı, Ovsyanka k.
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Krasnoyarsk diyarı
Dəfn yeri
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti rus
Atası Петрович Астафьев
Fəaliyyəti nasir, dramaturq, esseist
Fəaliyyət illəri 1951-ci ildən
Əsərlərinin dili rus
Janrlar roman, povest
Üzvlüyü
Mükafatları SSRİ (1978, 1991), RF (1995; 2003, ölümündən sonra) Dövlət mükafatı laureatı
Lib.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viktor Astafyev (tam adı: Viktor Petroviç Astafyev; d. 1.5.1924, indiki Krasnoyarsk diyarı, Ovsyanka k.– ö. 29.11.2001, Krasnoyarsk) — rus yazıçısı.

Viktor Astafyev kəndli ailəsində anadan olmuş, uşaq evində böyümuşdür. 1942-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ali ədəbiyyat kurslarında oxumuşdur (1959–61). Yaradıcılığa “Mülki adam” (1951) hekayəsi ilə başlamışdır. Onun “Gələn yazadək” (1951) hekayələr toplusu ilk kitabıdır. Uşaqlıq illəri, təbiət və insan, müharibə və sevgi Viktora şöhrət gətirən “Aşırım”, “Acıçiçək” (hər ikisi 1959), “Ulduz axını” (1960) povestlərinin başlıca mövzularıdır.

1960-cı illərin ədəbi-tənqidi Astafyevin yaradıcılığını “kənd nəsri”nə aid etmişdir. Onun əsərlərində rus psixoloji nəsrinin ənənələri inkişaf etdirilir, kənd həyatı geniş təsvir olunur. “Sonuncu təzim” (196878; son fəsilləri 1992-ci ildə çap olunmuşdur) kitabında avtobioqrafik material (Sibir kəndindəki uşaqlıq və yeniyetməlik dövrü, müharibə və müharibədən sonrakı həyat haqqında xatirələr) rus kəndinin yarım əsrlik tarixi fonunda verilmişdir. “Çoban və çoban qız” (1971; sonuncu redaktəsi 1989) pastoral povestində “kənd nəsri” motivləri mənəvi aspektdə işlənmiş müharibə mövzusu nəzərə alınaraq şərh olunmuş, kəndli dünyagörüşünün bəşəri mahiyyəti mifoloji, bibliya simvolları vasitəsilə açılmışdır.

Klassik “ov əhvalatlarıənənəsini davam etdirən kəskin süjetli “Çar-balıq” (1976) əsəri ciddi diskussiyaya səbəb olaraq cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmişdir. “Həyatı yaşamaq” (1985), “Şən əsgər” (1998) povestləri, “Lyudoçka” (1989) novellası, “Qəmli detektiv” (1986), “Lənətlənmiş və öldürülmüşlər” (c. 1–2; 199294) romanları var. Astafyevin bir çox əsəri səhnələşdirilmiş və ekranlaşdırılmış, pyesləri ölkə teatrında və xarici teatrlarda tamaşaya qoyulmuşdur. Kitablrı bir sıra Avropa dillərinə tərcümə edilmişdir. [1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 141. ISBN 978-9952-441-05-5.