Veles (tanrı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Veles
Mifologiya Slavyan
Cinsi kişi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı.

Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu.[1]

V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır.

İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır.

Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir. O buynuzlu və dırnaqlıdır, daşda ağacda, heyvanda və s-də öz təcəssümünü tapa bilir. Velnyas su ildə musiqi və rəqslə əlaqədardır (Vesnyasın gözü bataqlıqda pəncərədir). Bəzən o axirət dünyasının qədim tanrısı kimi çıxış edir. Yer altı dünyanın, mal-qaranın allahı hesab olunan Velesin funksiyalarını yerinə yetirir. Ona "ölülər günü" - "veli" həsr olunmuşdur. "Vele" ölənlərin ruhu və yaxud kölgəsidir.

Bu sıraya öz mənşəyinə görə slavyan "vila"ları uyğun gəlir. Bəzi slavyan xalqlarında Veles ayı- oktyabr hesab olunur. Oktyabrın ölənlərin xatırlanması mərasiminin keçirdiyi gün Veles günü sayılırdı. Elə həmi vaxtda heyvanların sümüklərini mal-qaranın hamısı Vlasiyanın şərəfinə yandırılırdı.

Hind-Avropa ənənələrində axirət dünyası ölənlərin otlağı kim, qədim yunan Elisey çölü "valu" kökündən əmələ gəlmişdir ki, bu da "ölmək" deməkdir.

Artıq yuxarıda qeyd etdiyimiz kimi Perunun rəqibi kimi Veles ilanların nümayəndəsi kimi çıxış edir. Görürük ki, saçın "uzun", "buruq" olması ifadəsi buradan yaranmışdır. Qədim Avropa mifologiyasında bu ideya səma başlanğıcı quşla- yer başlanğıcı- ilanın əbədi mübarizəsini əks etdirirdi. Belə süjetlərlə Misir, İran, Hindistan, Babilistan və s. qədim şərq ölkələrinin təsvirində rast gəlmək mümkündür. Sonralar o quşların və atların ilan qarşı mübarizəsini əks etdirən səhnələrdə də özünü göstərmişdir. Məsələn, Misir allahı quş (şahin) başlı Allah Qorun atda oturub əlindəki nizə ilə ilanı öldürməsi təsvir olunur. Rusiyada isə müqəddəs Georgi at üstündə ilanı öldürməsi səhnəsinə rast gəlmək olar. Əslində bütün hallarda burada ruhi başlanğıcla maddi başlanğıc arasında gedən əbədi mübarizə, eləcə də ümumi təzahürlərində xeyirlə şərin mübarizəsinin ifadəsini əks etdirməsi ilə özünü göstərir.

Qədim rus mənbələrində, o cümlədən Oleqin yunanlarla müqaviləsindən (967-ci il) başlayaraq, "keçmiş illərin povestinə" qədər Veles mal-qara allahı, ev heyvanlarının hamısı, hakimiyyət və mal-dövlət allahı kimi təqdim olunmuşdur. Yunanlarla müqvilədə Veles qızılla, Perun isə silaha aid edilirdi.

Veles

Velesin təcəssümü

[redaktə | mənbəni redaktə et]

Perun və Veles özlərində hərbi və təsərrüfat-təbiət xüsusiyyətlərinin və funksiyalarını təcəssüm etdirirlər. Onlar öz aralarında qorxulu təklükəli mifik iştirakçıları kimi əlaqədardılar. İldırım tanrısı Perun səmada, dağların zirvəsində məskunlaşmasına baxmayaraq özünün aşağıda yerdə yaşayan və ilanabənzər düşmənini daim təqib edir. Onların düşmənçiliyinin səbəbi, Velesin mal-qaranı, insanları, bəzi variantlarda isə İldırım allahının arvadının oğurlanmasıdır. Təqib edilən Veles ağac altında, daşların arxasında gizlənir, bəzən insana, ata inəyə çevrilir. Veleslə təkbətək döyüşdə ağacları kökündə çıxarır, daşları parça-parça edir, saysız hesabsız daşlar yağdırır. Qələbə məhsuldarlıq gətirən yağışla tamamlanır.

Xristianlıq qəbul edildikdən sonra Volos-Velesin oxşarı- müqəddəs Vlaysu Sovastysku meydana çıxmışdır. XIV əsrdə Novqoroda qədim Volos küçəsində(görünür burada onun bütü olmuşdur). Müqəddəs Vlasi kilsəsi tikilmişdir. Devrilmiş tanrının bütünün yerində tikilən orta əsrlər kilsəsi adətən o xristian müqəddəsinin adını daşıyırdı ki, o həqiqətən bütpərəst tanrısı əvəz etmişdi. Deməli, həmin müqəddəs qədim bütpərəst slavyan mifologiyasının müqəddəsinin xələfi hesab oluna bilərdi. Veles müqəddəs Vilası ilə əvəz olunmuşdur. Xristian təqvim bayramlarına nəzər yetirdikdə, orada da bütpərəst protiplərini görmək mümkündür. Müxtəlif slavyan tayfalarında bunu müşahidə etmək olar. Məsələn, Bolqarıstanda yeni il mərasimlərində 1-6 yanvarda 12 ağsaqqal heyvan və ev heyvanları maskaları geyərək müxtəlif kəndlərə gedərək (bəzən onları ayı adlandırırdılar) çoxsaylı ayin və mərasimləri nümayiş etdiridilər. Bolqarda müqəddəs Vlasinin son gücü 7 yanvar hesab olunurdu. Bu zaman Kolyadnikaların rəhbəri maskalarda gələn öz durjinasını qonaq edirdi. Ayı maskası məcbur idi. Çox ehtimal ki, mərasimdə iştirak edən müqəddəslər iki hissəyə bölünürdü: Birinci qrup yeni il gecəsi də daxil olmaqla gələcək məhsulu və evlənmə məsələrinə dair fala baxmağa həsr olunurdu. İkinci qrup isə yeni il gecəsindən başlayaraq mal-qara ilə, vəhşilərlə və "vels gününü" təmsil edirdi. Deməli, veles vəhşi heyvan və mal-qaranı təcəssüm etdirir. O meşənin çarı ayı obrazında, öküz obrazında, buynuzlu sərvətin nümayəndəsi kimi iştirak edirdi. Rusiyada veles- Vlasi kultu ayıya heyvanların sahibi inamı ilə əlaqələndirilirdi. Ümumiyyətlə Volos (Veles) canlı təbiətin təcəssümü (ayı, ilan və s.) hesab olunurdu. Tədqiqatçıların bəziləri bu fikirdədir ki, nə vaxtsa neolit cəmiyyətində Volosa meşənin sahibi kimi etiqad edilirdi, ovçuluq qəniməti allahı olaraq ayı simasında təsəvvür olunurdu. Akademik B.A.Rıbakovun fikrincə ola bilər ki, onun əsil adının üzərində tabu qoyulmuşdur. Volos- tüklü, pırtlaşıq saçlı- sonrakı ayı isə- rusca "medved vedayuşiy" - balla əlaqədar başa düşülsün. Nə vaxtsa tülkülük mərasimlərdə də özünü göstərmişdir. Məsələn, Mərasim zamanı cadugər-kahin ov səhnəsi canlandırmaqdan ötəri vəhşi heyvan dərisinə bürünürdü. Sonrakı ayı ovçuları onun dərisindən maska kimi istifadə etmirdilər. Lakin ayı dərisi ritual paltarı kimi XIX əsrə qədər özünü qoruyub saxlaya bilmişdir.

Velesin müasir bütü Çexiyada

XX əsrə qədər Veles

[redaktə | mənbəni redaktə et]

Etnoqrafların qeydlərinə inansaq XX əsrin ortalarına qədər Yeni il ərəfəsində köhnə illə vidalaşarkən kəndlərdə adətən xeyli mifoloji hekayətləri oxutdururdular. Ənənəyə gəldikdə isə əksər slavyan xalqlarında Yeni il Veles bayramı hesab olunurdu. Yeni il mahnı, rəqs bayramları da bu ad altında keçdiyindən çox vaxt Velesi mahnı hekayət bir sözlə poeziya hamisi hesab edilirdilər. Ritual poeziyasının ifaçıları tam hüquqla "Velesin nəvələri " adlandırıla bilərdilər. "İqor polklu dastanın"da da bu sözlərə rast gəlmək mümkündür.

Xristianlığa qədər bütpərəst slavyanların ali tanrıları içərisində Peruna qarşı dura bilən, onun rəqibi kimi tanınan tanrılarından biri Volos (Veles) hesab olunur.

Salnamədə Volos "mal-qara tanrısı" kimi səciyyələndirilir. Bu isə imkan verir ki, kultun ən zəruri tərəfini başa düşəsən. Volos maldarlığın, məhsuldarlığın və sərvətin hamisi olmuşdur. Belə hesab edirlər ki, Volos kultu slavyanların vəhşi heyvanları əhilləşdirdiyi vaxt meydana gəlmişdir. Elə həmi dövrdə qəbilənin əsas və başlıca sərvəti mal-qara olmuşdur. Bu isə tunc dövrünə təsadüf edir.[2]

Slavyan mifologiyasının tədqiqatçılarının əsas diqqəti ona yönəldilir ki, Şərqi slavyanların dini etiqadları özlündə təbiət əcdadlar kultu olmuşdur. Perus, Volos və digər tanrıların obrazlarını təhlil etməklə dediklərimizə əminlik yarada bilər. Bəzi tədqiqatçılar onun "ölülər kultu" ilə əlaqəsinin qədim dövrdə geniş yayıldığını irəli sürürlər.

Əgər Volos - mal-qara hamisidirsə. bəs Boyana "İqor polku dastanı"nda verilən adı, necə qiymətləndirmək olar? Orada Boyan "Volosun nəvəsi" adlandırılır. Görünür, mal-qara hamisi həm də çobanların allahı və çoban poeziyasının tanrısı olmuşdur. Məşhur tədqiqatçı xalq nəğmələrinin birində "velas" (volos) sözünün çoban mənasında işləndiyini qeyd etmişdir. Digər tədqiqatçı E.V.Aniçkovun fikrincə isə maldarlıq tanrısı Volos eyni zamanda ticarət və mədəniyyət tanrısı da ola bilərdi.

Salnaməçi Nestor "keçmiş illərin povesti"ndə knyaz Vladimirin allahlar panteonundakı tanrıları sadalayarkən vacib adlardan biri kimi Volosu da qeyd edir. Volosa bütün şərqi slavyan ərazilərində etiqad edirdilər: N.M.Qalkovski ona diqqət yetirmişdir ki, şərqi slavyanların dini etiqadlarının əsasında təbiət kultu və əcdadlar kultu dururdu.[3] Bu fikrə Perun Volos(Veles) və digər allahların obrazlarını təhlil etmək sayəsində gəlmək mümkündür.

Kiyevdə Volosun bütü təpədə, yüksəklikdə qoyulmuşdu, aşağıda isə yəni Podolda çay sahilində artıq digər tanrılara qarşı birinici növbədə isə Peruna qarşı qoyulmuşdur.

  1. Белякова Г.С.Славянская мифология. М., "Просвещение", 1995, с. 83
  2. Мифи народов мира. т. 1. с. 227
  3. Гальковский Н.М.Борьба христианства с остатками язычества в дрэвней Руси. В 3-х т. 1. с. 1