43°14′ şm. e. 18°43′ ş. u.HGYO

Voluyak dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Voluyak dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2336 m
Yerləşməsi
43°14′ şm. e. 18°43′ ş. u.HGYO
Ölkə  Bosniya və Herseqovina
Voluyak dağı xəritədə
Voluyak dağı
Voluyak dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VoluyakBosniya və Herseqovinanın Monteneqro ilə sərhəddində yerləşən dağ massivi. Geoloji baxımdan Voluyak Dinar Alplarının bir hissəsi hesab olunur. Əsasən çöküntü, əhəng daşlı və dolomit mənşəli süxurlardan ibarətdir. Voluyak cənub-qərb istiqamətində, Suxaya vadisi boyu silsilə şəkilində uzanır. Massiv Bosniya və Herseqovina sərhhədindən iti bucaq formasında dönərək Manteneqro ərazisinə keçir. Dağ massivinin Bosniya və Herseqovina ərazisinində olan hissəsi Suteska Milli Parkının ərazisinə daxildir. Monteneqro daxilində də massiv qorunan statusuna malikdir.

Ən yüksək zirvələri Voluyak (2337 m), Studenak (2296 m) Badnine (2245 m) və Trnovaçki Durmitordur (2232 m). Dağ massivinin şimal ətəklərində Trnovaçko gölü yerləşir. Voluyak silsiləsi şimal-şərqdən Suxaya vadisi və Maqliç dağı ilə, cənub-qərbdən İzqori vadisi və Lebrşnik dağları ilə, şimal-qərbdən isə Sutess çayı vadisi ilə həmsərhəddir. Voluyak Bosniya və Herseqovinada ikinci ən yüksək zirvədir. Voluyak zirvəsindən turistlər ətrafdakı Maqliç, Böyük Vitao və Durmitor zirvələrini seyr edə bilirlər.

Voluyak dağının ən cunub hissəsini, Voluyak və Durmitor zirvələri ilə birlikdə bəzi mütəxəssislər Vlasuliya dağ sistemi kimi adlandırırlar. Bəziləri isə Voluyak zirvəsini Vlasuliya kimi adlandırırlar. Digərləri isə ümumən dağ massivini Dinar Alplarının bir hissəsi hesab edirlər.[1][2][3]

Bosniya müharibəsi zamanı dağ ərazisi döyüş bölgələrindən kənarda qalmış və mina təhlükəsi ehtimalı çox aşağıdır.[4] O üzdən bu bölgə turistlərin sevimli məkanıdır. Sərhəd zonası olduğuna görə turistlərə üzərində xarici pastortlarını götürməyi məsləhət bilinir. Meşə ərazilərində ayıya, vəhşi atlara rast gəlmək mümkündür.

  1. See the Volujak overview on http://www.summitpost.org/volujak/498416 Arxivləşdirilib 2021-02-02 at the Wayback Machine, citation of Mr Božidar Cerovic, a Montegrin mountain writer.
  2. Several maps, f.i. Freytag & Berndt: Bosnia Hercegovina 1:500 000 road map
  3. Matias Gomez: Forgotten Beauty, a hiker's guide to BiH's 2000 meter peaks, page 85 to 86, ISBN 978-9958-630-59-0, Buybook, Sarajevo, 2005
  4. BiH Mine Action Centre (Annually updated) Mine Map