Tripidlər
Tripidlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tripidlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Tripidlər fəsiləsi-(lat. Thripidae) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.
Xarici görünüşü
[redaktə | mənbəni redaktə et]Bığcıqları 6-9 buğumludur. Son buğumlar ensiz olub, qrifel və ya stilus adlanır. Bığcığın 8-ci və 4-cü buğumlarının trixomaları, bir qayda olaraq cütdür və ümumi kökdən kənarlara ayrılır. Qanadları ensiz, ucları itidir. Qanadın kostal kənarında uzun tükcüklərdən saçaq vardır. Qabaq qanadda iki uzununa və bir kənar damar vardır. Qanadsız formalara da rast gəlinir. Yumurtaqoyan aşağı əyilmişdir. Sürfələrin bığcığı 6 buğumlu, yalnız Heliothripinae yarımfəsiləsində 7 buğumludur. 2-ci yaş sürfələrinin bığcığı 1-ci yaşa nisbətən daha az dartılmışdır. Sürfələrin önkürəklərində 4 önkənar, 2 cüt lateral və 6 arxakənar qıllar vardır.[3]
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Növlərlə zəngin olan Thrips cinsi (14 növ) mədəni bitkilərin ziyanvericisidir. Bu cinsdən ən təhlükəli növ – tütün tripsidir. Fəsilənin adi və geniş yayılmış nümayəndələri Fronulinella cinsinə aiddir. Məsələn, F. intonsa Trybon pambıq, dənli, meyvə-tərəvəz bitkilərinin, eləcə də bir çox alaq otlarının çiçəklərində qidalanır. Təbiətdə apreldən oktyabra qədər rast gəlinir.
Yayılması
[redaktə | mənbəni redaktə et]MDB-də 129 növ, Azərbaycanda 7 cinsdən 32 növ yaşayır (Franklinella, Aptinothrips, Kareothrips, Thaeniothrips, Odontothrips, Thrips, Scolothrips cinsləri).
Təsnifatı
[redaktə | mənbəni redaktə et]Cinslər
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Mound L. A. Order Thysanoptera Haliday, 1836. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 201–202. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004