Taur Matan Ruak
Joze Mariya Vaşkunseluş | |
---|---|
Şərqi Timor Demokratik Respublikasının Baş naziri | |
22 iyun 2018 – h.h | |
Əvvəlki | Mari Alkatiri |
Şərqi Timor Demokratik Respublikasının Prezidenti | |
20 may 2012 – 20 may 2017 | |
Əvvəlki | Joze Ramuş-Orta |
Sonrakı | Fransişku Quterriş |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Baquya İnzibati Postu, Portuqaliya Timoru (indiki Şərqi Timor) |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | İzabel da Kosta Ferreyra |
Dini | Roma-Katolik kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Taur Matan Ruak (port. José Maria Vasconcelos; tetum José Maria Vasconcelos; 10 oktyabr 1956[1][2], Osso-Una[d], Baukau bələdiyyəsi[d]) — 22 iyun 2018-ci ildən etibarən Şərqi Timor Baş naziri vəzifəsini icra edən şərqi timorlu siyasətçi.
2011-ci ildə ordudan ayrılaraq 2012-ci il prezident seçkilərində müstəqil namizəd olaraq iştirak etdi və 2012-ci ilin aprelində keçirilən səsvermənin ikinci turunda qalib gəldi.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]1975-ci il dekabrın 7-də İndoneziya Şərqi Timoru işğal etdi, Taur Matan Ruak isə yenicə qurulan Fretilon ordusu ilə birlikdə dağlara çəkildi. O, Dili, Ayleu, Mobisse, Osso, Venilale, Uato-Lari və şimal-şərq sahilindəki Laqada İndoneziya ordusuna qarşı döyüşlərdə iştirak etdi və qələbə çaldı. General-mayor Ruakın ilk rəsmi Falintil təyinatı 1976-cı ilin sonunda oldu. 1976-cı ildə 1979-cu ilədək iki şərq hərbi sektorunda, Orta Şərq Sektoru və Şərqi Noktada təyinat aldı. Daha sonra, rota komandiri oldu.
Taur Matan Ruak və ordusu ertəsi gün Monte Lequmau bazasında yenidən toplaşdı və 22 noyabr 1978-ci ildə Matebian dağını ələ keçirdi. Komandir Nikolau Lobatu 1978-ci ilin dekabrında missiya əsnasında, 31 mart 1979-cu ildə İndoneziya Ordusu tərəfindən Vikeke bölgəsində əsir alındı. 23 gündən sonra qaçıb digər Falintil qüvvələrinə qoşuldu.
1981-ci ilin martında Falintil qərargah rəisinin köməkçisi təyin edildi, şərq sektorlarının və daha sonra mərkəzi sektorun əməliyyat komandanlığından məsul oldu. Taur Matan Ruak 1983-cü ilin mart ayında Şərq sektorundakı komando əməliyyatlarının strateji planlaşdırılmasından məsuliyyət daşımışdır. 1984–1986-cı illərdə briqada köçürüldü və Qərb sektorunda komando əməliyyatları üzrə hərbi müşavir olaraq xidmət etdi. 10 illik əməliyyat təcrübəsindən sonra Baş Qərargah rəisinin müavini vəzifəsinə yüksəldi. 1986-cı ildən Şərqi Timor boyunca bütün komando əməliyyatlarından məsul oldu.
1992-ci ilin noyabr ayında Baş komandan Şanana Qujmau Dilidə əsir götürüldü. Taur Matan Ruak Baş Qərargah rəisi vəzifəsinə yüksəldi. Ruak 11 mart 1998-ci ildə komandir Konis Santananın ölümündən sonra Falintil komandiri oldu. Şanana Qujmau Falintildən istefa etdi və Taur Matan Ruak Falintilin baş komandanı təyin edildi. 20 may 2002-ci ildə müstəqilliyin bərpasından ilə Silahlı Qüvvələrin rəisi oldu və 2009-cu ildə general-mayor rütbəsi aldı.
General Ruak İzabel da Kosta Ferreyra ilə evlidir.
Müstəqilliyin bərpasından sonra baş verənlər
[redaktə | mənbəni redaktə et]Taur Matan Ruak 2006-cı ildə Şərqi Timor böhranında hökumət tərkibində idi. 2 oktyabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Müstəqil Xüsusi Araşdırma Komissiyası bir neçə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı bir sıra tövsiyələr verdi. Xüsusilə, Daxili İşlər Naziri Rocerio Lobatu, Müdafiə Naziri Roke Rodriges və Müdafiə Qüvvələrinin rəisi Taur Matan Ruakın böhran dövründə mülki şəxslərə silah ötürməkdə qanunsuz hərəkət etdikləri təsbit edildi.[4]
Ruak 1 sentyabr 2011-ci ildə F-FDTL komandiri vəzifəsindən istefa verdi. O zaman prezidentliyə namizədliyini irəli sürməyi düşündüyü barədə fərziyyələr vardı. Ruak 2012-ci ildə seçkilərdə iştirakı ilə bağlı qərar verəcəyini söylədi.[5]
O, 6 oktyabr 2011-ci ildə Prezident Joze Ramuş-Orta tərəfindən rəsmi olaraq istefaya göndərildi.
Prezident fəaliyyəti
[redaktə | mənbəni redaktə et]17 nart və 16 aprel 2012-ci ildə Şərqi Timorda beş illik müddətə prezident seçilmək üçün prezident seçkilərində iştirak etdi. Prezident Joze Ramuş-Orta seçkilərdə namizəd olmaq üçün namizədliyini irəli sürəcəyini açıqladı. Seçkilərə "gənc demokratiya uğrunda" şüarı ilə qatıldı. Taur Matan Ruak ikinci turda Fransişku Quterrişi məğlubiyyətə uğratdı.
Taur Matan Ruak Şərqi Timorun müstəqilliyinin onuncu ildönümünü qeyd etdiyi zaman, 20 may 2012-ci ildə prezident olaraq and içdi.
Nişanları
[redaktə | mənbəni redaktə et]- Şahzadə Henri ordeni (10 may 2012)
- Şərqi Timor ordeni (19 may 2017)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Taur Matan Ruak // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Taur Matan Ruak // Munzinger Personen (alm.).
- ↑ "Arxivlənmiş surət". 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- ↑ "Arxivlənmiş surət". 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- ↑ "Arxivlənmiş surət". 2013-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.