Tomas Erpenius

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tomas Erpenius
nid. Thomas Erpenius
Doğum tarixi 11 sentyabr 1584(1584-09-11)[1] və ya 9 sentyabr 1584(1584-09-09)[2]
Vəfat tarixi 13 noyabr 1624(1624-11-13)[3][1][…] (40 yaşında)
Vəfat yeri
Elm sahəsi teologiya
İş yeri Leyden Universiteti
Təhsili
Tanınmış yetirmələri Yakobus Qolius
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Erpenius (11 sentyabr 1584[1] və ya 9 sentyabr 1584[2]13 noyabr 1624[3][1][…], Leyden, Hollandiya qraflığı[4]) — holland naşiri, ilahiyyatçı və şərqşünas.

Leyden Universitetində ilahiyyatı, sonralar Yaxın və Orta Şərq ölkələri dillərini öyrənmişdir. Misir, İngiltərə, Fransa, Almaniyaİtaliyaya səyahətlər edərək alimlərlə görüşmüşdür. Venesiyada fars, türk və həbəş dillərini, Parisdə isə ərəb dilini təkmilləşdirmişdir. 1612-ci ildə Leyden Universitetinin ərəb və digər Şərq dilləri üzrə professoru olmuşdur. Birləşmiş Əyalətlər Respublikasının (Niderland) rəsmi tərcüməçisi idi. 1612-ci ildə Leydendə mətbəə açmış və ərəb dilində kitab çap etmək məqsədilə şrift nümunələri hazırlamışdır. 1613-cü ildə ərəb dilinin qrammatikasına dair kitablar nəşr etmiş, 1615–22-ci illərdə dini kitablar buraxmışdır. "Qurani-Kərim"in nəşrini latın dilində şərhlərlə hazırlamış, lakin həyata keçirə bilməmişdir. Ölümündən sonra 1625-ci ildə Elzevirlər ailəsi onun mətbəəsini alaraq kitab işini davam etdirmişdir.

  1. 1 2 3 4 Thomas Erpenius. 2009.
  2. 1 2 Leidse Hoogleraren (nid.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #100124356 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.