Ramiz Bəkirov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ramiz Bəkirov
Ramiz Alı oğlu Bəkirov
Şəxsi məlumatlar
Doğum tarixi (68 yaş)
Doğum yeri Gürcüstan Respublikası Bolnisi rayonunun Kvemo- Bolnisi ( Kəpənəkçi) kəndi
Dini İslam

Ramiz Alı oğlu Bəkirov (tam adı:Bəkirov Ramiz Alı oğlu;) — Gürcüstanın parlamentinin deputatı (1995-2004)[1]

Bəkirov Ramiz Alı oğlu 9 iyul 1956 – cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Kvemo- Bolnisi ( Kəpənəkçi) kəndində kəndli ailəsində anadan olub. 1973 – ci ildə Həmin kəndə olan orta məktəbi bitirib. 1973- 1977 – ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix Fakültəsində təhsil alıb. 1977 – ci ildə Bakalavr təhsilimi başa vurub. 1977 – ci ilin avqust ayından noyabr ayına qədər Quba şəhəri 103 nömrəli Texniki Peşə məktəbində müəllim işləyib. 1977 – ci ilin noyabrından – 1979- cu ilin iyuluna qədər Sovet Ordusu sıralarında xidmət edib. 1979 – cu ilin sentyabrından - 1980 – ci ilin 1 oktyabrına qədər Kvemo- Bolnisi kənd məktəbində Tarix müəllimi kimi fəaliyyət göstərib. 1980 – 1989 – cu illərdə LKGİ (Lelin Komunist Gənclər İttifaqı) Bolnisi rayon komsomol komitəsində Komsomol təşkilatının katibi , 2-ci katib vəzifələrində çalışıb. 1989- cu ilin sentyabr ayından 1991- ci ilin noyabr ayına qədər Kvemo Bolnisi Üzümçülük Solxozunun Direktor müavini vəzifəsində çalışıb. 1991- ci ilin noyabrından 1994 – ci ilin noyabrınadək Kvemo Bolnisi Kənd məclisinin katibi kimi fəaliyyət göstərib. 1995 -ci il oktyabr ayından 2004 -ci il aprelin 23 – dək Gürcüstan Parlamentinin proporsional seçki üzrə seputatı olub. Parlamentin üzvü olduğu zaman Gürcüstan parlamentinin Aqrar siyasət komisyasının sədrinin birinci müavini vəzifəsində çalışıb. Hal- hazırda təqaüdcüdür. 2005- 2007 – ci illərdə Kvemo Bolnisi kəndində ilk məscidin inşa olunmasından yaxından dəstək və töhfələrimi verib. Cari mətbuatda müxtəlif publisistik məqalələrlə çıxışlar edib. Gürcüstan və Azərbaycanın müxtəlif təltiflərinə laiq görülüb. Əlavə olaraq bir neçə kitabın redaktoru olub. Gürcüstanda fəaliyyət göstərən qeyri hökumət təşkilatı Gürcüstan Azərbaycanlıları Konqresinin təsisçilərindən biridir və konqresin idarə heyətinin üzvüdür.[2]

Ailəlidir. 3 övladı (2 qız , 1 oğlan), 8 nəvəsi var.