Rəşad Nəbiyev
Rəşad Nəbiyev | |
---|---|
Vəzifədədir | |
11 oktyabr 2021-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Vəzifə təsis edilib |
Vəzifədədir | |
1 noyabr 2021-ci ildən | |
Əvvəlki | Rövnəq Abdullayev |
26 yanvar 2021 – 11 oktyabr 2021 | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Ramin Quluzadə |
Sonrakı | Vəzifə ləğv edildi |
24 yanvar 2011 – 26 yanvar 2021 | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1977 (47 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəşad Nəbi oğlu Nəbiyev (26 avqust 1977, Sumqayıt) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri,[1] Azərkosmos ASC-nin sədri (2011–2021).[2]
Karyerası
[redaktə | mənbəni redaktə et]1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır.
2002–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışmışdır.
2004–2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir.[3]
2011–2021-ci illərdə Azərkosmos ASC-nin sədri vəzifəsində çalışmışdır.[4]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilmişdir.
Təhsil
[redaktə | mənbəni redaktə et]1994–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili almış, 2000–2002-ci illərdə isə ABŞ-nin Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir.[5]
Təltiflər
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2014-cü il tarixli Sərəncamı ilə informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[6]
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib". 2021-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ "Rəşad Nəbiyev ASC-nin sədri vəzifəsinə təyin edilmişdir". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ "Arxivlənmiş surət". 2018-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ "Rəşad Nəbiyev "Azərkosmos" ASC-nin sədri təyin edilib". 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
- ↑ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytı https://mincom.gov.az/az/nazirlik/rehberlik/resad-nebi-oglu-nebiyev Arxivləşdirilib 2023-10-14 at the Wayback Machine
- ↑ "Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
- 26 avqustda doğulanlar
- 1977-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Sumqayıtda doğulanlar
- Şərqi Karolina Universitetinin məzunları
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın rabitə nazirləri
- Azərbaycan Cüdo Federasiyasının prezidentləri
- Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirləri