Qaraçı pankı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaraçı pankı
Yarandığı dövr 1992
Ölkə

 

Qaraçı pankıromani pankı — ənənəvi qaraçı musiqisi ilə pank rokun kəsişdiyi hibrid musiqi janrı. Pank və qaraçı musiqisinin elementlərini özündə birləşdirən ilk rok qruplarından biri əsasən 1990-cı illərin əvvəllərində aktiv olan "Motherhead Bug" idi. "Gogol Bordello" qrupu "Gypsy Punks: Underdog World Strike" albomunu buraxdıqdan sonra daha geniş auditoriya bu janrdan xəbərdar olmuşdur. Qrupun solisti Yevgeni Hütz onların performansını "qaraçı pankı kabaresi" kimi təsvir etmişdir.[1]

Qaraçı pank qrupları adətən rok ritmlərini və alətləri zərbəçi dəsti, buben, akkordeon, skripka, trubasaksofon kimi daha ənənəvi qaraçı alətləri ilə birləşdirir.[2]

Vətənləri Hindistandan köçdükdən sonra romanilər dünyada o qədər yayılmışlar ki, onların "vətənləri yoxdur". Qaraçı pankı təkcə qaraçı mədəniyyəti ilə deyil, həm də onun olmaması ilə bağlıdır. Qaraçılar üçün musiqi "mədəni ifadənin əsas forması" kimi müəyyən edilmişdir.[3]

Qaraçı pankından təkcə qaraçı, yaxud "qaraçı" mədəniyyətinə mənsub insanlar istifadə və ifa etmirlər. Pank "üsyan, anarxiya və müqaviməti" əhatə edir. Bu fikirlər daha sonra "Gypsy Punk"ın hibrid janrına köçürülür. Bu onu göstərir ki, qaraçı tamaşaları və musiqi özü janrda iştirak edənlər üçün azadlığı təbliğ edir və əsl "qaraçı"nın həyatının romantikləşdirilmiş versiyasına xidmət edir. "Rus", "yəhudi", "Şərqi Avropa" və ya oxşar etiketlərlə eyniləşdirmək əvəzinə, ifaçılar "vəhşi və sərgərdan qaraçı kimi çıxış edərək öz şəxsiyyətlərini ifadə edə bilərlər". Həqiqi qaraçı mədəniyyətini olmayan bir şey kimi göstərərək, "o, qaraçı təmsilçiliyinin həqiqiliyini nəzərə almır, əksinə, qaraçı olmağın nə demək olduğunun ideallaşdırılmış və xəyal edilmiş versiyasını təkrarlayır".[4]

  1. [1] Arxiv surəti 31 dekabr 2005 tarixindən Wayback Machine saytında Arxivləşdirilib dekabr 31, 2005, at the Wayback Machine
  2. Ben Sisario, "The Rise of Gypsy Punkers" Arxiv surəti 23 yanvar 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-01-23 at the Wayback Machine, The New York Times, 2 July 2005
  3. Alan Ashton-Smith. "Colonized Culture: The Emergence of a Romani Postcolonialism" (PDF). Journal of Post-Colonial Cultures and Societies. 1. April 2010: 73. 2016-01-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-08-13.
  4. Jablonsky, Rebecca. "Russian Jews and 'Gypsy Punks': The Performance of Real and Imagined Cultural Identities Within a Transnational Migrant Group." Journal of Popular Music Studies 24, no. 1 (2012): 3–24.