Staniol

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Staniol (lat. stanpit-qalay) — qalaydan və ya onun qurğuşunla ərintisindən hazırlanan nazik (0.008–0.12 mm) vərəq, yaxud lent. Elektrotexnikada kondensator hazırlanmasında, yeyinti məhsullarının qablaşdırılmasında və s. istifadə olunur. Sənaye praktikasında staniol alüminium folqa ilə əvəz olunur.[1]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 24.