Shenyang FC-31
Naviqasiyaya keç
Axtarışa keç
Shenyang FC-31 | |
---|---|
Tipi | Hərbi təyyarə |
Hazırlayan | ÇXR |
İstehsalçı | Shenyang Aircraft Corporation |
İlk uçuş | 31 oktyabr 2012 |
Status | Təkmilləşdirilmə mərhələsindədir |
İstismarçılar | Çin Hərbi Hava Qüvvələri |
Buraxılış sayı | 3 ədəd prototip |
Vikianbarda əlaqəli mediafayllar |
Shenyang J-31 və ya FC-31 — NATO kod adı Gyrfalcon olan Çinin iki mühərrikli, V nəsil çoxməqsədli döyüş təyyarəsi layihəsidir. İlk uçuşunu 2012-ci ilin noyabr ayında edən təyyarənin 2018 və ya 2019-cu ildə istehsalına başlaması gözlənilir. Amerikalı hərbi rəsmilər J-31-in F-35-in surəti olduğunu və onun F-35 layihəsində iştirak edən bir Avropa ölkəsindən F-35 texnologiyalarının oğurlanması ilə hazırlandığını iddia edirlər. Çin Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğu 500 ədəd FC-31 təyyarəsi ilə yanaşı, Çinin təyyarədaşıyan gəmiləri üçün 120 ədəd FC-31 istehsalı, həmçinin də digər ölkələrə ən azı 600 ədəd təyyarənin ixracı planlaşdırılır.
Ümumi xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Ekipaj: 1 |
Uzunluq: 17.3 m |
Hündürlük: 4.8 m |
Qanad uzunluğu: 11.5 m |
Maksimum yükgötürmə qabiliyyəti: 28,000 kg |
Güc mənbəyi: 2 × RD-93 85 kN (19,000 lbf) və ya 2 x WS-13 (təkmilləşdirmə mərhələsindədir) |
Maksimum sürət: 1.8 Mach (2,200 km/h) |
Əməliyyat mənzili: 1250 km daxili yanacaq çəni ilə və ya 2000 km xarici yanacaq çənləri ilə |