Seyri-süluk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Seyri-sülukərəb sözü olub mənası gəzmək deməkdir.

Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.