10°29′00″ c. e. 121°54′00″ ş. u.HGYO

Savu adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Savu adası
ind. Pulau Sawu
Ümumi məlumatlar
Sahəsi 420 km²
Hündür nöqtəsi 100 m
Əhalisi 62.000 nəfər (2008-ci il)
Yerləşməsi
10°29′00″ c. e. 121°54′00″ ş. u.HGYO
Ölkə  İndoneziya
Savu adası xəritədə
Savu adası
Savu adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Savu adası (ind. Pulau Sawu, həmçinin Sabu, Sawoe, Havu, Hawu, Hawoe) — İndoneziyaya məxsus olan ada. Timor adasından qərbdə, Sumba adası ilə Timor adasının arasınmda yerləşir. Ada Şərqi Nusa Tenqara vilayəti ərazisinə daxildir. 2008-ci ilə olan məlumata görə adad 62000 əhali yaşayır.

Eyni adlı arxipelaqın ən iri adasıdır. Onun sahəsi 420 km² təşkil edir. Arxipelaqın sahəsinə görə ikinci ən böyük adası Raycuadır. Onun sahəsi 36 km², əhalisi isə 6000 nəfərdir. Yaxınlığında Timor, Sumba, FloresSolor adaları yerləşir. Bu adalar birlikdə Kiçik Zond adaları qrupuna daxildir. Adanın şimal sahilləri Savu dənizi, cənub sahillərini isə Hind okeanı yuyur.

Geoloji aktivlik

[redaktə | mənbəni redaktə et]

Ada geoloji baxımından aktiv bir zonada yerləşir. Burada Hind-Avstraliya və avrasiya tavaları toqquşur. Ərazisdə tez-tez zəlzələlər müşahidə edilir. Sonuncu güclü zəlzələ 1977-ci ildə müşahidə edilmişdir. Zəlzələnin gücü rixter şkalası ilə 7,9 bal olmuşdur[1].

İlin böyük qismi adada quru iqlim hakim olur. Bunun səbəbi isə Avstraliya qitəsindən gələr isti vəı qurui havadırref name="photos">"Sawu Island" (ingilis). Indonesianphoto. Images of Indonesia. 2012-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.</ref>. Bununla belə burada il ərzində 1019 mm yağıntı düşür. Bu yağılntının 82 % — 94 % arası yağışlar mövsümündə müşahidə edilir (noyabrdan-marta qədər)[2].

Koloniyalaşmaya qədər adada altı siyasi dövlət mövcud olmuşdur: Terivu, Liae, Dimu, Menia, Seba və Mesaya. Bu kiçik dövlətlər bir-birinə üstün gələrək ərazilərini mənimsəyirdilər. Belə ki, artıq XX əsrin əvvəllərində cəmi dörd belə qurum qalmışdır: Liae, Dimu, Seba və Mesara. XX ərin əvvəllərindən 1949-cu ilə qədər ada Niderland Ost-Hindinin ərazisi olmuşdur. 1942–1945-ci illər ərzində isə yaponların işğalı altında idi. 1949-cu ildə müstəqil İndoneziya Respublikasının tərkib hissəsinə çevrilmişdir.

Ada iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Yerli əhali taxıl, düyü əkib-becərməklə məşqul olur. Üstəlik ətlik-südlük istiqamətli maldarlıq, donuzçuluq, quşçuluq inkişaf etmiş və keçi saxlanılır. Dənizdən yosunlar toplanılır. Onların əsas alıcıları yaponlardır. Qonşu Raycuma adasında pambıq əkilir. Əkinlər noyabrdan marta qəədər davam edir.

Xalq arasında palma içkisi də məşhurdur.

  1. "Savu Islands" (ingilis). Lavalon. NTT Tourist Information Center. 2012-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-28.
  2. "Savu Island" (ingilis). Republik Indonesia. 2011-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-28.