Meril Strip
Bu məqaləni vikiləşdirmək lazımdır. |
MERİL STRİP | |
---|---|
ing. Mary Louise "Meryl" Streep | |
Doğum adı | Meri Luiz Strip |
Doğum tarixi | |
Doğum yeri | Nyu-Cersi, ABŞ |
Uşaqları |
|
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1971-bu günə qədər |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000658 |
Vikianbarda əlaqəli mediafayllar |
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Strip-ə çevrilib.
Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu. Bu filmdə Meryl ikinci dərəcəli rolda çıxış edirdi. Məhz bu rolu ona "Ən yaxşı ikinci dərəcəli aktrisa" nominasiyasında Oskara namizəd etdi, lakin o, bu mükafatı qazana bilmədi. Bir il sonra Dustin Hoffman ilə birlikdə rol aldığı "Kramer Kramerə qarşı" (Kramer vs. Kramer) filmi ona "Ən yaxşı ikincidərəcəli aktrisa" nominasiyasında Oskarı qazandırdı. 1982-ci ildə "Sofinin seçimi" (Sophie’s Choice) filmindəki baş roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında Oskarı əldə etdi. Bu artıq aktrisanın ikinci Oskar uğuru idi. Aktrisa filmlərdən əlavə, televiziya seriallarında da rol alırdı. "Holocaust" adlı serialdakı roluna görə 1978-ci ildə ilk Emmy mükafatını qazandı.
1980-ci illərdə aktrisa "Fransız leytenantın qadını" (The French Lieutenant’s Woman) (1981), "Silkvud" (Silkwood) (1982), "Afrikadan kənarda" (Out of Africa) (1985), "Qanqal" (Ironweed) (1987), "Qaranlıqda ağlamaq" (A Cry in the Dark) (1988) kimi bir çox uğurlu filmlərdə rol alır. 1984–1990-cı illər aralığında Meryl "ən yaxşı aktrisa" nominasiyasında 6 dəfə "People's Choice" mükafatını qazanır. 1990-cı ildə isə dünyanın ən çox tərcih edilən aktrisası seçilir.
1990-cı ildən sonra aktrisa özünü fərqli rollarda sınamağa başladı. "Uzaqdan açıqcalar" (Postcards from the Edge), "Ölüm onunladır" (Death Becomes Her), "Kabusların evi" (The House of the Spirits), "Madison qraflığına körpülər" (The Bridges of Madison County), "Qəzəbli çay" (The River Wild), " Şeytan qadın" (She-Devil), "Marvinin otağı" (Marvin's Room), "Qəlbin musiqisi" (Music of the Heart) kimi filmlərdə fərqli-fərqli rolları üstələndi. "Qəlbin musiqisi" filminə görə isə skripka çalmağı belə öyrəndi.
Aktrisalıqdan əlavə Meryl Streep "Simpsonlar" (The Simpsons Movie) və "Dağ kralı" (King of the Hill) animasiya filmlərində və Steven Spielberg`in "A. İ" filminin səsləndirmələrində də iştirak etmişdir. 2002-ci ildən sonra "Uyğunlaşma" (Adaptation), "Saatlar" (The Hours) kimi məşhur filmlərdə və Al Paçino ilə "Amerikadakı mələklər" (Angels in America) adlı serialda öz ustalığını nümayiş etdirir. Bu serialdakı rolu aktrisaya ikinci Emmy mükafatını qazandırır. "Şeytan Prada geyinir" (The Devil Wears Prada) filmindəki roluna görə isə o, komediya janrında "Ən yaxşı aktrisa" nominasiyası üzrə 2007-ci ildə "Qızıl Qlobus" mükafatını qazanır.
Aktrisa film və seriallardan başqa bir çox brodvey (teatr tamaşasının bir forması) layihələrində də iştirak edib. 1976-cı ildə "27 Vaqon dolusu pambıq" (27 Wagons Full of Cotton) adlı layihədəki iştirakından sonra brodvey karyerasına Anton Çexovun "Gilas bağı" (The Cherry Orchard) pyesi, "Xoşbəxt sonluq" (Happy End) müziklındakı iştirakı ilə davam etdirdi. Teatrda göstərdiyi müvəffəqiyyəti də aktrisaya bir çox prestijli mükafatlar qazandırdı, amma aktrisa filmlərə daha çox önəm verdi. Uzun bir müddət sonra, 2001-ci ildə yenidən teatra qayıtdı.
Anton Çexovun "Qağayı" (The Seagull) tamaşasında Philip Seymour Hoffman, Natalie Portman və "Sofinin seçimi" filmində həmkarı Kevin Kline səhnədə aktrisayla birgə iştirak edir. 2006-cı ilin sentyabr ayında isə yazıçı Bertolt Brecht`in "Ananın qoçaqlığı və onun uşaqları" tamaşasında yenə də Kevin Kline`la birlikdə rol alır. Tamaşa o qədər müvəffəqiyyətli oldu ki, tamaşaçılar yağış altında saatlarca növbədə gözləyirdilər. Aktrisa 3 saat yarım davam edən tamaşada mahnı da oxuyurdu. Aktrisa 2006-cı ildən sonra bir çox filmlərə çəkilir. 2011-ci ildə baş rolunu ifa etdiyi "Dəmir qadın" (The İron Lady) filmindəki rolu ona 3-cü Oskar mükafatını qazanadırır.
Meryl Streep bütün dövrlərin ən istedadlı və seçilən aktrisalarından biri olduğunu qazandığı mükafatlar da təsdiq edir. Film, teatr və seriallardakı iştirakına görə müxtəlif nominasiyalarda namizəd görüldüyü 140-dən çox mükafatın 100-ə yaxınını qazanıb. Bunlardan 3-ü Oskar mükafatıdır və aktrisa hələ də Oskara ən çox namizəd olan (19 dəfə) biri kimi öz liderliyini qoruyur. O, həmçinin, Qızıl Qlobus mükafatını da ən çox alanlar siyahısında birincidir.
Aktrisa "Maral ovçusu" filmində onunla birgə rol almış həmkarı John Gazale ilə nişanlanır, lakin 1978-ci ildə nişanlısı xərçəng xəstəliyi səbəbindən həyatının itirir. Eyni il, Meryl aktyor Don Gummer ilə evlənir. 4 uşaqları olur: 1979-cu ildə Henry, 1983-cü ildə Mamie, 1986-cı ildə Grace və 1991-ci ildə Louisa. Mamie Gummer da anası kimi aktrisa olmağa qərar verir və özünü 2005-ci ildə bir tamaşa oyunundə ilk dəfə sınayır.
Aktrisanın Hollivudun məşhurlar səkisində bir ulduzu var. Demokrat partiyasının üzvüdür. 2001-ci ildə Norveçdəki Nobel Sülh Mükafatının aparıcılığını edib. Aktrisa bir çox tənqidçi tərəfindən ən yaxşı aktrisa sayılır. Onun müxtəlif dilləri mükəmməl şəkildə danışmaq bacarığı var.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Meryl Streep 1,68 sm. boya malikdir. Vertolyotlardan qorxur. Robert De Niro Meryl`in birlikdə işləməyi ən çox sevdiyi aktrisa olduğunu deyir. Hollivudun Şöhrət Xiyabanında öz ulduzu olan aktrisa Meril Strip helikopterlərdən çox qorxur. Məşhur ulduza çevrilməzdən əvvəl ofisiant işləyən Meril Strip eyni anda səkkiz masaya qulluq etdiyini deyir. "İllər keçsə də, heç nə dəyişməyib. Yenə də masalara qulluq edirəm. Amma bu dəfə ailəmə, dostlarıma və sevimli qonaqlarıma"-aktrisa belə deyir. 17 dəfə Oskar mükafatına nominant olan aktrisa bu məsələdə bütün xanım həmkarlarını geridə qoyub. Özünün ilk Oskar mükafatını ayaqyolunda unudan aktrisa növbəti mükafatlarını qətiyyən əlindən buraxmayıb. Toyu zamanı əlini pirotexniki vasitələrlə yandıran Meril Strip, bundan heyrətlənən qonaqlarına və həyat yoldaşı Dona üzünü tutaraq zarafatla deyib ki, əgər əri ona pis ömür-gün yoldaşı olsa onun da aqibəti belə olacaq. Lakin 40 ilə yaxındır ki, onlar xoşbəxt ailə həyatı sürürlər. Dünyada milyonlarla insanın kumiri olduğu Meril Stripin pərəstişkarları arasında Amerika prezidenti Barak Obama da var. Meril Strip istənilən ləhcəni, danışığı anındaca mükəmməl şəkildə təkrarlamaq qabiliyyətinə malikdir. Uşaq vaxtı opera müğənnisi olmağı arzulayan Strip, 12 yaşında artıq vokal dərsləri də alırdı. 27 dəfə Qızıl Qlobus mükafatına nominant olan Meril Strip onlardan ancaq 8-ni ala bilib. 3 BAFTA, Kann və Berlin festivalları laureatı Meril Strip, Penelopa Krusun ən sevimli aktrisasıdır. "Sofinin seçimi" filmi üçün aktrisa polyak və alman dillərini öyrənib. Heç vaxt plastik əməliyyat etdirməyən aktrisa, üzünü və bədənini korlamaq fikrində olmadığını deyir. "Şeytan Prada geyinir" filmindəki roluna görə Meril Strip 8 kilo arıqlamalı olub. Baxmayaraq ki, adi həyatda aktrisa heç vaxt pəhriz saxlamır, sadəcə düzgün qidalanır. Yeri gəlmişkən bu filmdə Strip parik taxır. Aktrisanın şərəfinə mayın 27-si Nyu-York şəhər, Manhetten rayon rəhbərliyi tərəfindən Meril Strip günü elan edilib.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Kramer Kramerə qarşı (film, 1979)
- Afrikadan (film, 1985)
- Adaptasiya (film, 2002)
- Saatlar (film, 2002)
- Şeytan Prada geyinir (film, 2006)
- Mamma Mia! (film, 2008)
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi saytı Arxivləşdirilib 2012-02-25 at the Wayback Machine
- Meril Strip — IMDb səhifəsi
- Yaşayan insanlar
- 22 iyunda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Yel Universitetinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- "İncəsənət və ədəbiyyat" ordeni komandorları
- Prezident Azadlıq medalı ilə təltif edilənlər
- Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri
- Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı qalibləri
- Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- ABŞ aktrisaları
- Oskar mükafatı laureatları