Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Marvel Super Heroes vs. Street Fighter

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Marvel Super Heroes vs.
Street Fighter
Üzərində müxtəlif personajların təsvir edildiyi reklam fleyeri.
Üzərində müxtəlif personajların təsvir edildiyi reklam fleyeri.
Hazırlayan Capcom
Yayımlayan Arkada və Sega Saturn
Capcom
PlayStation
Seriya Marvel vs. Capcom
Street Fighter
Buraxılış tarixi
Janr faytinq, krossover
Prodüserlər Kenci Kataoka
Bəstəkarlar
  • Yuki İvay
  • Yuko Kadota
Texniki məlumat
Platformalar
Oyun rejimləri birnəfərli, çoxnəfərli
İnterfeysin dili ingilis dili
İdarəetmə coystik
Korpusun növü şaquli[1]
Displey Rastr (horizontal)[1]
Arkada platforması CP System II[1]
Səs QSound

Marvel Super Heroes vs. Street Fighter[a] — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. "Marvel vs. Capcom" videooyun seriyasındakı 2-ci əsas epizoddur və 1996-cı ildə satışa çıxarılan "X-Men vs. Street Fighter" videooyununun davamıdır. Videooyun ilk dəfə 1997-ci ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1998-ci ildə Sega Saturn, 1999-cu ildə isə PlayStation üçün satışa çıxarılmışdır.

"Marvel Super Heroes vs. Street Fighter" videooyununun geympleyi və estetikası "X-Men vs. Street Fighter" videooyununa çox oxşayır. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. Videooyun əvvəlki buraxılışdakı İks-adamlar heyətinin çoxunu digər "Marvel" mülklərindən olan personajlarla əvəz edir. Əlavə olaraq, videooyun "Dəyişkən yardım" adlı yeni geympley mexanikası təqdim edir, hansı ki, növbəti "Marvel vs. Capcom" buraxılışlarında istifadə olunmuşdur.

Əvvəlki buraxılışda olduğu kimi "Marvel Super Heroes vs. Street Fighter" videooyunu da geympleyi, kəskin animasiyaları, personaj reyestrinə görə ümumiyyətcə müsbət rəylər almışdır. Oyunun 4 MB RAM genişləndirmə kartricindən istifadə edən Sega Saturn versiyası arkada kimi möhtəşəm bir konversiyasına görə təriflənmişdir. PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə, teq-tim döyüşləri portdan yığışdırılmışdır. Bu da portun qarışıq rəylər almasına səbəb olmuşdur. Oyunun sikveli olan "Marvel vs. Capcom: Clash of Super Heroes" 1998-ci ildə buraxılmışdır.

Blekhart Şuma-Qoratı çağırır ki, Çun Liyə hücum etsin.

"Marvel Super Heroes vs. Street Fighter" videooyunu "Marvel vs. Capcom" ikiölçülü faytinq videooyunları seriyasının ikinci buraxılışıdır.[2] Videooyun "X-Men vs. Street Fighter" videooyunundakı eyni təkbətək teq-tim komanda formatından istifadə edir.[3] Oyunçular iki döyüşçüdən ibarət komanda seçirlər. Döyüşçülərin hər birinin özlərinə xas sağlamlıq sayğacı var. Matçın başlanğıcında birinci seçilən personaj oyunçu tərəfindən idarə edilir, ikinci seçilən personaj isə ekrandan kənarda, köməkçi personaj rolunu canlandırır. Oyunçu coystik hərəkətlərindən və düymə sıxmaqdan ibarət kombinasiyalardan istifadə edərək müxtəlif döyüş fəndlərini icra etməlidir ki, rəqib komandanın sağlamlıq sayğaclarını tükətsin. Rəqibin sağlamlıq sayğacı tükədən birinci oyunçu matçın qalibi olur. Əgər vaxtölçən sıfıra çatırsa, bu zaman sağlamlıq sayğacı ən yüksək olan oyunçu matçın qalibi olur.[4]

"Marvel Super Heroes vs. Street Fighter" videooyunundakı ən diqqət çəkən dəyişiklik "Dəyişkən yardım" funksiyasıdır. Dəyişkən yardım ilə oyunçular ekrandan kənarda olan personajlarını hal-hazırda istifadə etdikləri personajları dəyişmədən xüsusi fənd icra etmələri üçün çağıra bilərlər. Bu da döyüş zamanı fənd kombinasiyaları həyata keçirmək və köməkçi personajın rolunu daha əhəmiyyətli etmək üçün yeni mümkünatlar yaradır.[5] Dəyişkən yardım funksiyası daha sonra növbəti "Marvel vs. Capcom" seriyasında buraxılışlarda istifadə edilən bir geympley elementi olmuşdur.[6]

"Marvel Super Heroes vs. Street Fighter" videooyununun arkada, "Sega Saturn" və "PlayStation" versiyalarında həm arkada, həm də ki qarşı-qarşıya rejimi var.[7] Arkada rejimində oyunçular süni intellekt tərəfindən idarə edilən rəqib komandalar dalğası, bir müddət irəlilədikdən sonra isə "X-Men vs. Street Fighter" videooyununda da görünən boss personaj Apokalipsisə qarşı döyüşürlər. Oyunçu Apokalipsisi məğlub etdikdən sonra oyunçu axırıncı boss – Kiber-Akuma ilə döyüşməlidir.[5] Oyunun "PlayStation" versiyasında üç eksklüziv oyun rejimi var. Onlar: Məşq, Qəhrəman döyüşü və Kross-overdir. Qəhrəman döyüşü dözümlülük rejimidir. Burada oyunçu seçmədiyi personajlara qarşı döyüşməlidir.[8][9] Kross-over rejimində oyunçu və rəqibi olan kompüter eyni personajlarla döyüşürlər. Oyunçu matçın qalibi olarsa, kompüter hər iki komandadan bir personajı bir-birləri ilə əvəz edir.[8] Oyunun "PlayStation" portunda Qalereya rejimi də var. Burada oyunun reklam və personajlar üçün nəzərdə tutulmuş rəsm əsərləri var. Bu rəsm əsərlərinin kilidini açmaq üçün müxtəlif tapşırıqları yerinə yetirmək lazımdır.[9]

Oyunçu personajlar

[redaktə | mənbəni redaktə et]

"Marvel Super Heroes vs. Street Fighter" videooyununda 17 personajdan ibarət döyüşçü reyestri var. Onlardan 9-u "Street Fighter" kainatından, 8-i isə "Marvel Comics" kainatındandır.[8] "X-Men vs. Street Fighter" videooyununda olan bütün İks-adamlar personajları[b] Kapitan Amerika, Hörümçək-adamHalk kimi digər "Marvel" mülklərinə aid olan personajlarla əvəz edilmişdir.[5] "Street Fighter" personajlarının əksəriyyəti[c] əvvəlki buraxılışdan qayıdır.[10] "Marvel Super Heroes vs. Street Fighter" videooyununun Yaponiya arkada və konsol versiyalarında Norimaro (憲磨呂ノリマロ) adlı eksklüziv personaj var.[11] Norimaro Yaponiya komiki Noritake Kinaşi tərəfindən yaradılmış orijinal bir personajdır. Bu personajın sahibi də məhz odur və personaj nə "Marvel" nəşriyyatını, nə də ki "Capcom" şirkətini təmsil edir.[11][12] Norimaro lisenziya problemlərinə görə videooyunun beynəlxalq buraxılışlarında görünmür.[13] 17 oyunçu personaja əlavə olaraq, reyestrdə 6 gizli personaj var.[14] Gizli personajlar mövcud personajların fərqli fənd dəstlərinə sahib palitra dəyişikliyidir. Məsəlüçün, Kapitan Amerikanın palitra dəyişikliyi "ABŞ agenti", Blekhartın palitra dəyişikliyi isə "Mefisto"dur.[1][11]

"Marvel Super Heroes vs. Street Fighter" videooyununun personaj reyestri belədir:
"Marvel" personajları "Street Fighter" personajları
Blekhart  • Halk  • Hörümçək-adam  • Kapitan Amerika  • Qırmızı Omeqa  • Siklop  • Şimal porsuğu  • Şuma-Qorat Akuma  • Çun Li  • Dan Hibiki  • Dalsim  • Ken Masters  • M. Bayson  • Ryu  • Sakura Kasuqano  • Zangiyev

İstehsal və buraxılış

[redaktə | mənbəni redaktə et]

"X-Men vs. Street Fighter" videooyununda olduğu kimi "Marvel Super Heroes vs. Street Fighter" də ilkin olaraq, "CP System II" arkada sistem lövhəsi üçün istehsal edilmişdir. Oyun 1997-ci ildə YaponiyaŞimali Amerika arkadalarında debüt etmişdir.[1][15] Bundan bir müddət sonra sonra, 22 oktyabr 1998-ci il tarixində videooyunun Sega Saturn portu satışa çıxarılmışdır. Oyunun Sega Saturn portu 4MB RAM genişləndirmə periferiyasını dəstəkləyirdi. Bu isə istehsalçılara içərisində orijinal kadr tezliyi və teq-tim sisteminin də olduğu bir konversiya yaratmaq imkanı vermişdir.[13] Oyun daha sonra, 1999-cu ilin fevral ayın PlayStation konsoluna portlaşdırılmışdır.[16] Teq-tim formatı konsolunun məhdud RAM tutumluğuna görə "Street Fighter" kimi digər faytinq oyun seriyalarında istifadə edilən daha ənənəvi raund formatı ilə əvəz edilmişdir.[14] Teq-tim geympleyin yerini doldurmaq üçün oyuna Qəhrəman döyüşü və Kross-over kimi bir neçə yeni oyun rejimi əlavə olunmuşdur.[16]

Keçmiş "Capcom USA" icma meneceri və faytinq oyunu məsləhətçisi Set Killiana görə, "Marvel Super Heroes vs. Street Fighter" üçün nəzərdə tutulmuş əsas hədəflərdən biri də ekranda baş verən "dəliliyin dərəcəsini" "X-Men vs. Street Fighter" videooyunu ilə müqayisədə azaltmaq idi.[10] İstehsalçılar bunu personaj reyestri vasitəsilə tənzimləndirmək istəyirdilər. Əvvəlki buraxılış çox oyunçu tərəfindən "xarab" adlandırılırdı, çünki personajlar bir və ya daha çox sonsuz kombinasiya edə bilirdi. Buna baxmayaraq, həmin dəyişikliklər oyunun oyunçulara daha az azadlıq verməsindən şikayətlənən azarkeşlər tərəfindən müsbət qəbul edilməmişdir.[6][11] Bu, "Capcom" şirkətinin dəlilik mövzusunu seriyanın əyar möhürü kimi qəbul etməsinə və növbəti "Marvel vs. Capcom" epizodlarının diqqət mərkəzinə çevirməsinə gətirib çıxarmışdır.[10]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Videooyun rəy toplayıcısı "GameRankings" portalına görə, "Marvel Super Heroes vs. Street Fighter" videooyununun Sega Saturn versiyası "müsbət" rəylər, PlayStation versiyası isə "ortabab" rəylər almışdır.[17] "GameSpot" işçisi Ceff oyunun Sega Saturn portunu geympleyinə, personaj reyestrinə, qrafikalarına, kəskin animasiyalarına və əlavə RAM dəstəyinə görə tərifləmiş, onu "arkada qədər möhtəşəm bir konversiya" adlandırmışdır. Buna baxmayaraq, Gerstmann onu "X-Men vs. Street Fighter" oyununun "demək olar ki, karbon kopyası" adlandırmışdır.[13] Həmçinin, oyunun PlayStation portu geympleyinə və personaj reyestrinə görə təriflənmiş, ancaq konsolun yaddaş məhdudiyyəti ilə bağlı yaranan problemlərə görə müxtəlif tənqidlər almışdır. "GameSpot", "IGN" və "Game Revolution" oyunda orijinal versiyanın teq-timə əsaslanan geympleyinin olmamasına görə pisləmişdir.[8][14][18] "IGN" mütəxəssisi Rendi Nelson qeyd etmişdir ki, "teq-tim döyüşlərinin olmaması "Capcom" şirkətinin "Versus" seriyasının əsas elementlərindən birinin rədd edilməsidir". Bu isə "doğrudan da xüsusi və ya fərqli olmayan" bir videooyunun yaranmasına gətirib çıxarmışdır.[18] "GameSpot" yazıçısı Rayan MakDonald portun aşağı qrafik keyfiyyətinə və animasiyaların zəif kadr tezliyinə görə məyus olduğunu bildirmişdir.[8] Əlavə olaraq, "Game Informer" portalı da kadr tezliyində yavaşlamaya şahid olduğunu qeyd etmiş və bundan şikayətlənmişdir. Edilən tənqidlərə baxmayaraq, resenziya müəllifləri oyunun "X-Men vs. Street Fighter" oyununun tənqidi baxımdan uğursuz olan PlayStation portundan daha yaxşı olduğunu iddia etmişdir.[8][19]

"Marvel Super Heroes vs. Street Fighter" videooyununun sikveli "Marvel vs. Capcom: Clash of Super Heroes" 1998-ci ildə YaponiyaŞimali Amerika arkada sistemləri üçün buraxılmışdır. Oyun personaj reyestrini "Street Fighter" seriyasından kənara, "Darkstalkers" və "Mega Man" kimi digər "Capcom" videooyun franşizalarına doğru genişləndirmişdir.[20] Videooyunun geympleyi oxşar qalsa da, "Clash of Super Heroes" dəyişkən yardım funksiyasını yığıdırır və onu yeni bir sistem ilə əvəz edir. Videooyun 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation konsoluna portlaşdırılmışdır.[21] Oyunun yüksək dəqiqlikli versiyası "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3Xbox 360 konsolları üçün satışa çıxarılmışdır.[22]

  1. yaponca: マーヴルスーパーヒーローズバーサスストリートファイター Hepbörn: Māvuru Sūpā Hīrōzu bāsasu Sutorīto Faitā?, azərb. Marvel super qəhrəmanları küçə döyüşçülərinə qarşı
  2. SiklopŞimal porsuğu istisna olmaqla.
  3. KammiÇarli istisna olmaqla. Onlar DanSakura tərəfindən əvəz edilmişdir. Həmçinin, Çarlinin oyunda olmasına baxmayaraq, o, gizli personajdır.
  1. 1 2 3 4 5 "Marvel Super Heroes Vs. Street Fighter". arcade-museum.com (ingilis). Killer List of Videogames. 2010-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
  2. Çappell, Qaret. "Marvel Super Heroes Vs Street Fighter (Part 7)". retrogamer.net (ingilis). Retro Gamer. 7 may 2009. 24 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.
  3. "Coin Operated". Sega Saturn Magazine (ingilis). No. 24. Emap International Limited. Oktyabr 1997. 90–92. İstifadə tarixi: 2 mart 2020.
  4. Sony Playstation - Manual // Marvel Super Heroes Vs. Street Fighter (PDF) (ingilis). Capcom. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 mart 2020 – gamesdbase.com vasitəsilə.
  5. 1 2 3 Edvards, Mett. "Retrospective: Street Fighter (Page 4)". eurogamer.net (ingilis). Eurogamer. 15 fevral 2009. 2009-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.
  6. 1 2 Ko, Frans. "A History Of Tag Team Fighting Game Innovations". shoryuken.com (ingilis). Shoryuken. 16 mart 2012. 2020-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.
  7. Perri, Duqlas K. "Marvel Super Heroes vs. Street Fighter (Preview)". ign.com (ingilis). IGN. 4 yanvar 1999. 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.
  8. 1 2 3 4 5 6 MakDonald, Rayan. "Marvel Super Heroes vs. Street Fighter Review (PS)". gamespot.com (ingilis). GameSpot. 16 fevral 1999. 2020-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.
  9. 1 2 IGN staff. "Marvel Over These Shots". ign.com (ingilis). IGN. 10 dekabr 1998. 2020-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.
  10. 1 2 3 Killian, Set. "Marvel vs Capcom: A history of the Vs fighting series". youtube.com (ingilis). YouTube. 14 fevral 2011. 2021-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020GamesRadar vasitəsilə.
  11. 1 2 3 4 Elston, Brett. "Marvel vs Capcom: a history of the Vs fighting series (Page 2)". gamesradar.com (ingilis). GamesRadar. 12 fevral 2011. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
  12. "Top Comedian Gets Hidden in Capcom's New Fighter". Electronic Gaming Monthly (ingilis). No. 93. Ziff Davis. Aprel 1997. səh. 20.
  13. 1 2 3 Gerstmann, Ceff. "Marvel Super Heroes vs. Street Fighter (Import) Review (Saturn)". gamespot.com (ingilis). GameSpot. 30 noyabr 1998. 2017-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
  14. 1 2 3 Clint. "Marvel Super Heroes Vs. Street Fighter Review (PS)". gamerevolution.com (ingilis). Game Revolution. Mart 1999. 25 oktyabr 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
  15. McLaughlin, Rus. "IGN Presents the History of Street Fighter (Page 7)". IGN. 16 fevral 2009. 2016-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2016.
  16. 1 2 Perry, Douglass C. "First Look: Marvel Super Heroes vs. Street Fighter". IGN. 14 oktyabr 1998. 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2016.
  17. Sitat səhvi: Yanlış <ref> teqi; GRPS adlı istinad üçün mətn göstərilməyib
  18. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; IGNReview adlı istinad üçün mətn göstərilməyib
  19. Sitat səhvi: Yanlış <ref> teqi; GIReview adlı istinad üçün mətn göstərilməyib
  20. Gerstmann, Ceff. "Marvel vs. Capcom [Clash of Super Heroes] Review (DC)". gamespot.com (ingilis). GameSpot. 2 aprel 1999. 2016-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
  21. Danhem, Ceremi. "Marvel vs. Capcom: Clash of Super Heroes Review (DC)". ign.com (ingilis). IGN. 7 oktyabr 1999. 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
  22. İn-Pul, Uizli. "Marvel vs. Capcom Origins announced with debut trailer, screens". eurogamer.net (ingilis). Eurogamer. 5 iyul 2012. 2018-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]