Maykl Keymen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maykl Keymen
ing. Michael Kamen
Ümumi məlumatlar
Doğum adı Michael Arnold Kamen
Doğum tarixi
Doğum yeri Nyu-York, Nyu-York, ABŞ
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri London, Birləşmiş Krallıq
Vəfat səbəbi ürək infarktı
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Sandra Kinan-Keymen
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqi prodüseri, aranjimançı
Fəaliyyət illəri 1967 - 2003
Janrlar film musiqisi, rok, pop
Musiqi alətləri qoboy, piano
Albom şirkəti Atco Records
Əlaqələri New York Rock & Roll Ensemble, Pink Floyd, Metallica, Rocer Uoters, Erik Klepton, Devid Senborn, Brayan Adams
Təhsili Culyard musiqi məktəbi
Musiqi və İncəsənət Ali Məktəbi
michaelkamen.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Arnold Keymen (ing. Michael Arnold Kamen; /ˈmaɪkəl ˈkeɪmən/[1], 15 aprel 1948[2][3][…], Nyu-York, Nyu-York ştatı[4]18 noyabr 2003[2][3][…], London) — amerikalı bəstəkar (əsasən film musiqisi[ing.] bəstəkarı), orkestr aranjimançısı, dirijor və mahnı müəllifi.[5]

70-dən çox filmin yaradılmasında iştirak edib, bunların arasında “Dağlı”[ing.], “Cənab Hollandın Opusu” (Ən yaxşı alətli kompozisiya üzrə «Qremmi»), “Robin Hud: Oğrular şahzadəsi”[ing.], “Braziliya”[ing.], “İks-adamlar”, “Ölümcül Silahın”[ing.] bütün 4 hissəsi və “Məğlubedilməz”[ing.] filmləridir.

Maykl Arnold Keymen Nyu-Yorkda anadan olub[6], dörd qardaşın ikincisidir. Atası Sol Keymen diş həkimi, anası Helen isə müəllim idi[7]. Yəhudi əsilli idi.[8]

Nyu-York şəhərindəki Musiqi və İncəsənət Ali Məktəbində oxuyarkən Keymen “Məxfi materiallar” və digər layihələr üçün mövzu musiqisini bəstələyən Martin Fulterman (sonralar Mark Snou kimi tanınıb) ilə dost oldu. Keymen qoboy üzrə təhsil alarkən sinif yoldaşları Fulterman, Dorian Rudnitski və Toms Riverdan olan Klifton Nivison və Brayan Korriqan ilə birlikdə New York Rock & Roll Ensemble adlı rok-klassik fyujn-qrupu yaratmışdı.[6] Bu qrup 1968-1972-ci illərdə beş albom buraxmışdı (Self-Titled, Reflections, Faithful Friends, Roll Over və Freedomburger). Qrup, adətən klassik musiqiçilər kimi ağ frakla (smokinq yox) çıxış edirdi. Konsertin ortasında Fulterman və Keymen qoboy dueti ifa edirdilər. 1967 ildə Alice Tully Hall'da qrup, rəfiqələri və sinif yoldaşı Cenis Yenın[ing.] konsertində müşayiət etmişdilər.

Ali məktəbi bitirdikdən sonra Keymen Manhettenda yerləşən Culyard musiqi məktəbində təhsil almışdır.[5]

Keymenin bəstələri Hollivuda qədər ilk dəfə 1976-cı ildə "Növbəti adam" filmi ilə yayılır, həmçinin sonra The Wall albomu üçün pop və rok aranjimanları üzrə Pink Floyd qrupu ilə əməkdaşlıq edib.[5] O, bu vaxta qədər əsasən balet musiqisi bəstələyib.[6]

Keymena 1997-ci ildə dağınıq skleroz diaqnozu qoyulmuşdu. O, İngiltərənin paytaxtı Londonda 18 noyabr 2003-cü il tarixində 55 yaşında infarktdan vəfat edib.[5]

Filmin ili Filmin azərbaycanca adı Filmin orijinal adı
1976 q.f Rodin mis en vie
1976 f Növbəti adam The Next Man
1977 f Kaskadyorlar Stunts
1977 f İki xətt arasında Between the Lines
1979 f Taxta səki Boardwalk
1980 f S*H*E
1981 f Poliester Polyester
1981 f İlan zəhəri Venom
1983 f Ölü zona The Dead Zone
1983 f Ancelo, mənin sevgim Angelo My Love
1985 f Braziliya Brazil
1985 f Həyat qüvvəsi Lifeforce
1985 t.s Qaranlığın kənarı Edge of Darkness
1986 f Dağlı Highlander
1986 f Mona Liza Mona Lisa
1986 t.s Heyrətamiz hekayələr Amazing Stories
1986 f Şanxay sürprizi Shanghai Surprise
1987 f Ölümcül silah Lethal Weapon
1987 f Rita, Syu və Bob Rita, Sue and Bob Too
1987 f Dayəliyin macəraları Adventures in Babysitting
1987 f Şübhəli Suspect
1987 f Güvənc yerim[9] Someone to Watch Over Me
1988 f Motor ləqəbli Cekson Action Jackson
1988 f Məğlubedilməz[10] Die Hard
1988 f Səfil Rouni The Raggedy Rawney
1988 f Kraliça və ölkə uğrunda For Queen And Country
1988 f Sadə oğlan Homeboy
1988 f Baron Münxhauzenın macəraları The Adventures of Baron Munchausen
1988 f Kruzo Crusoe
1989 f Rooftops
1989 f Yol kənarı evi Road House
1989 f Mürtədlər Renegades
1989 f Qətl üçün lisenziya Licence to Kill
1989 f Ölümcül silah 2 Lethal Weapon 2
1990 f The Krays
1990 f Məğlubedilməz 2 Die Hard 2
1990 f Soyuq it supu Cold Dog Soup
1991 f Ancaq problemlər Nothing but Trouble
1991 f Hudzon qırğısı Hudson Hawk
1991 f Robin Hud: Oğrular şahzadəsi Robin Hood: Prince of Thieves
1991 f Şirkətin işi Company Business
1991 f Qoy payını alsın Let Him Have İt
1991 f Axırıncı boyskaut The Last Boy Scout
1992 t.f İki yumruqlu hekayələr Two-Fisted Tales
1992 t.s Sərdabədən hekayələr Tales from the Crypt 
1992 f Qaranlıqda işıq Shining Through
1992 f Ölümcül silah 3 Lethal Weapon 3
1992 f Göy buz Blue Ice
1993 f Varislərin bölünməsi Splitting Heirs
1993 f Axırıncı film qəhrəmanı Last Action Hero
1993 f Uaylderlər napalmı Wilder Napalm
1993 f Üç muşketyor The Three Musketeers
1994 f Don Juan DeMarko Don Juan DeMarco
1995 f Dostlar dairəsi Circle of Friends 
1995 f Məğlubedilməz 3: İntiqam Die Hard with a Vengeance
1995 s.f The First 100 Years: A Celebration of American Movies
1995 f Stounvoll Stonewall
1995 f Cənab Hollandın opusu Mr. Holland's Opus
1996 f Cek Jack
1996 f 101 dalmatin 101 Dalmatians
1997 f Abbotları icad edərək Inventing the Abbotts
1997 t.f Kardiocərrah The Heart Surgeon
1997 f Yadındayam? Remember Me? 
1997 f Hadisə üfüqü (film) Event Horizon
1997 f Qış qonağı The Winter Guest
1998 t.s Yerdən Aya From the Earth to the Moon
1998 f Ölümcül silah 4 Lethal Weapon 4
1998 f Qisasçılar The Avengers
1998 f Xəyallar hara gətirə bilər What Dreams May Come
1999 c.f Dəmir nəhəng The Iron Giant
2000 f Radiodalğa Frequency
2000 f İks-adamlar X-Men
2001 t.s Silah qardaşları Band of Brothers
2003 f Açıq vüsət Open Range
2004 f Tale əleyhinə Against the Ropes
2004 c.f Qáyaya qayıdış Boo, Zino & the Snurks / Back to Gaya
2004 f Birinci qız First Daughter
  1. "A Portrait of Michael Kamen". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Michael Kamen // Internet Broadway Database (ing.). 2000.
  4. Deutsche Nationalbibliothek Record #128532793 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 3 4 "Michael Kamen, 55, Award-Winning Composer". The New York Times. November 20, 2003. March 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2013.
  6. 1 2 3 Colin Larkin, redaktorThe Virgin Encyclopedia of Popular Music (Concise). Virgin Books. 1997. səh. 695/6. ISBN 1-85227-745-9.
  7. "Kamen, Helen C. (nee Whitehorn)". The New York Times. May 3, 2003. December 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2013.
  8. "Michael Kamen". Telegraph.co.uk. November 20, 2003. January 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
  9. "Güvənc yerim". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.
  10. "Məğlubedilməz". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]