Mo-tszı
Mo-tszı | |
---|---|
çin. 墨子 | |
Doğum tarixi | e.ə. 470 |
Vəfat tarixi | e.ə. 391 |
Fəaliyyəti | filosof, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Mo-di(çin. 墨翟), Ustad Mo, Mo-tszı (çin. 墨子; e.ə. 470 – e.ə. 391) — Çin filosofu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Qədim Çində biz despotizmin klassik nəzəriyyələrindən biri ilə rastlaşırıq. Çin despotik siyasi təfəkkürü üçün fəlsəfi əsasların başlanğıcını Mo-tszı qoydu. O, bunu özünün belə bir sadə ideyası ilə etdi: İnsanlar bərabərdir, dövlətin idarə olunmasında da bərabər hüquqla iştirak etməlidirlər. Siyasi fəaliyyət üçün yararlılıq meyarını heç də insanların hansı zümrəyə aid olmasında deyil, onların fərdi qabiliyyətlərində və xalqa xidmət etmək məramında axtarmaq lazımdır. Mo-tszının bu fikirləri xüsusən müasir liberal dəyərlər baxımından gözəl səslənir. Amma bu gözəl səslənən fikirlər gerçəkləşdirilərkən eyni ilə gözəl ola biləcək siyasi gerçəkliyi yaradacaqmı? Bu suallara cavab tapmaq ümidi ilə Mo-tszını Konfusi və konfusiçiliklə və həm də daosizmlə müqayisə edək.
Mo-tszı cəngavərliyi və zadəgan mədəniyyətini ifadə edən konfusiçiliyin ideya düşməni idi. Konfusidə Talenin təcəssümü olan, cəngavərliyin dünyagörüş zəmini olan, cəngavərə güc verən, təpər verən, dünyanı nizamasalma fəaliyyətində zadəgana arxa olan, ədalətlilik kimi ilahi bir hissi ona bəxş edən Səmavi İradə Mo-tszıda determinizmin ontoloji dayağına çevrilir. Konfusi Səmavi İradəni insanın daxilində görür, insan ürəyinin səsində eşidir, insana ürəyin qəhrəmanlıq çağırışına etibarı təlqin edir, ürəyin ədalət hissinə ehtiramı tərbiyə edir. Mo-tszı isə Səmavi İradənin fövqəlbəşəriliyini bəyan edərək, onu insanın fövqündə axtarır, insanı dünyanın mütləq mahiyyətindən ayıraraq dəyərsizləşdirir. Konfusinin Səmavi İradəsi insana qüdrət verən başlanğıc kimi, Mo-tszı Səması isə insana mükafat və cəza verən başlanğıc kimi qiymətləndirilir. Mo-tszı Səmavi İradənin deterministik təsvirini verməklə, əslində konfusiçilik tərəfindən arxa plana sıxışdırılmış icma mənşəli Di kultunu bərpa edir və yenidən həyata qaytarır. Di, artıq məlum olduğu kimi, qədim Çin dilində Yer mənasını verir və cəngavər mədəniyyəti nöqteyi-nəzərindən Yerin ruhu kimi, Yerə canlılıq verən başlanğıc kimi qavranılır. Cəngavər mədəniyyəti baxımından Yerin immanent mahiyyəti kimi anlaşılan Di, icma mədəniyyəti baxımından nəzərdən keçirildikdə isə transsendent xarakter alır, Yerdən kənar və Yerin fövqündə duran Tanrı mənasını kəsb edir.
Di kultu insana bəndə statusunu verir. Əgər cəngavər Səmavi İradə kimi dərk etdiyi mahiyyətdən qüdrət aldığına, güc aldığına, təpər aldığına əmindirsə, bəndə burada Yerin hökmdarı kimi dərk etdiyi Tanrının himayəsinə sığındığına əmindir. Zadəgan dünyanı ədələtliləşdirmək və gözəlləşdirmək üçün onu Səmavi İradəyə uyğun şəkildə qurur, dünyanı Səmavi İradənin mücəssəməsinə çevirir, bəndə isə Tanrıdan faydalanmaq üçün, onu mərhəmətə gətirməkdən ötrü ona səcdə edir, əgər belə demək mümkündürsə, qılığına girir. Əgər Tanrı konfusiçilik üçün Səmavi İradə olmaqla dünyaya və insana ruh, qüdrət verən, dünyanı və insan həyatını həqiqiləşdirən bir başlanğıcdırsa, Di icma mədəniyyəti nöqteyi-nəzərindən transsendent Tanrı olmaqla dünya və insan üzərində hökmranlıq edən bir başlanğıcdır.
Dünyanın mahiyyətində immanent Səmavi İradəni görən dünyagörüş aristokratik siyasi doktrinanın, dünyanın mahiyyətində əksinə olaraq transsendent Tanrını, Dini görən dünyagörüş isə despotik siyasi doktrinanın ontoloji əsasını verirdi. Zadəgan Səmavi iradənin təcəssümüdür, dünyanı eybəcərliklərdən xilas etməyə, gözəlləşdirməyə, ədalətliləşdirməyə can atır. Despot isə transsendent Tanrının, Dinin mücəssəməsidir. O, bir tərəfdən, insanı cəza ilə hədələyərək qorxu altında saxlayırsa, digər tərəfdən, onu mükafatla şirnikləndirərək özünə baş əyməyə, kölələşdirməyə təhrik edir.
Mo-tszının təlimində utopiya
[redaktə | mənbəni redaktə et]Mo-tszının təlimində utopiya ünsürlərini də görmək olar. Mo-tszı xüsusilə bu gündə çox aktual səslənən təmtəraqlı dəfn mərasimlərinin qəti əleyhinə çıxmışdır. O, xüsusi seçmə dəfn mərasimlərinin əleyhinə çıxmaqla əslində cəmiyyətdəki sosial bərabərsizliyə qarşı tənqidi fıkirlərini bildirirdi, onu ifşa edirdi. Beləliklə Lao-tszmin təlimində olduğu kimi Monun da təlimində bu kimi utopik ünsürlər qeyd olunur. Monun utopiyası onun müharibəyə münasibətində də özünü göstərmişdir. O müharibədən qaçmağa hücum etməməyə çağırırdı. O müharibəyə qarşı çıxıtdı və hesab edirdi ki, qonşu ölkələrə hücum edib onları talan və qarət etmək olmaz. Mo öz siyasi traktatmda ədalətsiz adlandırdığı viranedici müharibələri pisləyən ideyalarla çıxış edir. Onun fıkrincə müharibələr həm basqm edən, həm də basqma məruz qalan ölkələrin xalqlarmm mənafeyinə qarşı çevrilir. Ona görə də Mo-tszı soyğunçu və işğalçı müharibələrin qatı əleyhdarı kimi çıxış edirdi. Bunula yanaşı o maraqlı bir məqamı da qeyd edir o deyirki zülmkarlara qarşı aparılan müharibələr ədalətli müharibələrdi. Mo öz kitabmda ədalətsiz xalqlarm mənafeyinə zidd olan müharibələr haqqmda maraqlı bir mülahizə yürudur.
Mo-tszının təlimlərində dövlət idarəçiliyi
[redaktə | mənbəni redaktə et]Mo-tszının təlimlərində dövlət idarəçiliyi məsələsi xüsusi yer tutur. Bu təlimə görə adamlar siyasi həyatda bəarbər hüquqlardan istifadə etməli, dövlətin idarə olunmasında iştiraka cəlb edilməlidirlər. Burada əsas kriteriya isə adamların mənşəyi deyil, onların dövləti idarə etmək qabiliyyəti və xalqa xidmət etmək istəyi əsas kriteriya olmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, ümumilikdə moizm konfutsiçiliyə yönəlmiş bir təlimdir. Amma Konfutsi məktəbinin moizim siyasi doktirinasına az da olsa təsiri olmuşdur. Məsələn: Mo xalqın rifahını son məqsəd və müdrik inzibati rəhbərliyin mühüm kriteriyası kimi qiymətləndirirdi. Bunun üçün idarəetmə işlərinə qabiliyyətli və ləyaqətli adamların irəli çəkilməsi, onlardan bacarıqlı istifadə olunması zəruridir. Belə adamlar nəinki idarəetmə hüququna malik olmalıdırlar, həm də onlar ümumini qəbul etdiyi prinsiplərə arxalanaraq, hökmdarların özünü idarəçilik funksiyasını düzgün mecraya yönəltməlidirlər.
Moizmin irəli sürdüyü ideaya görə dövləti güclü, qüdrətli etmək üçün dövlət idarəçiliyinin qohumluq, mənşə prinsipi üzrə təşkil olunmasından, dövlətin vəzifələrini ayrı-ayrı şəxslərin mənşəyinə görə bölüşdürməkdən imtina etmək lazımdır. Zülmün meydanda olması onunla əlaqədardır ki, hökmdarlar bu prinsip üzrə işləyir, adamları dövlət işlərinə nəsil nəcabətinə görə cəlb edirlər. Vəzifəyə təyin edilən şəxslər cəmiyyət tərəfindən qiymətləndirilməlidir. Mounun konsepsiyasına görə ali hakimiyyət, hökmdarı seçmək və onun hakimiyyətinə nəzarət etmək kimi yüksək hüquqlar xalqa məxsus olmalıdır. Mahiyyət etibarilə Moizmin siyasi doktirinası konfutsiçiliyin fatalizminə qarşı çevirilmişdir. Mo-tszı belə hesab edir ki, insan xoşbəxtliyi zəhmətdən asıılıdır. Belə ki, hər şey xalqın əməli sayəsində yaradılır. Əgər xalq öz mənafeyi uğurunda mübarizə aparırsa, o öz gücü ilə azadlığa, ədalətə, vardövlətə və müstəqilliyə nail ola bilər.
Mo-tszının doktirinasında dövlət idealı sərt inzibati strukturdan ibarətdir. Bu ideal çərçivədə xalq parçalanır, ənənəvi ailə-icma əlaqələrindən məhrum olur, bütövlükdə özünü rəhbərliklə eyniləşdirir. Loyallıq nümaiş etdirmək, qonşudan xəbərçilik etməkdə ləngimək rəhbərliklə əlbir işləmənin, əlbir idarəetmənin mühüm şərtlərindən biri kimi irəli sürülür.
Mo-tszi xüsusilə siyasi münaqişələrin müharibə yolu ilə həll edilməsini tənqid edir və bildirirdi ki, bütün göy altındakı insanları müxtəlif xəstəliklərə görə bir dərman içməyə məcbur etməyə bərabərdir. Ondan yalnız 3–4 nəfər xeyir əldə edəcək. Monun bu fikri baxmayaraq ki, aralarında xeyli zaman fərqi var, amma bizim eranın XVII–XVIII əsr mütəfəkkirlərinin müharibə haqqında fikirləri ilə üst-üstə düşür. O müharibənin humanizm prinsipinə tabe olunmasını tələb edirdi. Monun bu fikirləri bu günümüz üçün də çox aktualdır. Bügün ki müharibələrdə, terorlarda arakəsilmədən tələfatlar baş verir. Mo-tszı qədim dövr mütəfəkkiri olsa da onun ideyaları bizim bugünkü həyatımızla səsləşir, onun fikirləri müasir fikir adamlarının fikirləri ilə üst-üstə düşür. İstər müharibə mövzusunda, istərsə də dövlətin mənşəyi, istərsə də dövlətin idarəedilməsi haqqında. Onun təbii hüquqlar haqqında ideyaları onun dövlətin mənşəyinə dair müqavilə nəzəriyyəsi ilə bağlı idi.
Mo-tszı bu mülahizələrə uyğun olaraq öz dövründən əvvəlki hökmdarlara öz dövründəkiləri də müqayisə edir və onların fərqli cəhətlərini aşkara çıxarır. O deyir: "İndiki hökmdarlar fikirləşirlərki xalqı ölüm və hədə ilə tabe etmək və hakimiyyətə nail olmaq olar. Millət böyük arzu ilə doğulur amma böyük nifrətlə ölür. Çünki, o arzu etdiyini ala bilmir, yalnız nifrət etdiyini alır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Adil Əsədov. Çin fəlsəfəsi və Çin gerçəkliyi. Birinci məqalə: Başlanğıc. – Qanun, 2000. № 2.- s.37–39.
- Adil Əsədov. Mo-tszı. – Təhsil, 06 aprel 2002-ci il, № 9, s. 7
- Adil Əsədov. 117. Çin fəlsəfəsi Çin mədəniyyətinin özünüdərk forması kimi. – Şərq fəlsəfəsi problemləri. Beynəlxalq elmi-nəzəri jurnal. – Bakı, 2002. – s. 7–14.
- Чепурковский Е. М. Соперник Конфуция (библиографическая заметка о философе Мо-цзы и об объективном изучении народных воззрений Китая).Харбин, 1928.
- Титаренко М. Л. Мо-цзы и ранние моисты о процессе познания // Вопросы философии.1964.№ 11.
- Титаренко М. Л. "Древнекитайский философ Мо Ди, его школа и учение". М., "Наука", 1985.
- Спирин В. С. "Любовь" и математика в "Мо-цзы" // Письменные памятники и проблемы истории культуры народов Востока. X. М.,1974.
- Спирин В. С. Четыре вида "тождества" в "Мо-цзы" и типы гексаграмм "И цзина" // Письменные памятники и проблемы истории культуры народов Востока. XXIV.Ч.1. М.,1991.
- Дёмин Р. Н. Карнеадовский пробабилизм и поздние моисты // Универсум платоновской мысли: платонизм и античная психология. Материалы VII Платоновской конференции. СПб.,2000.
- Рыков С. Ю. Учение о знании у поздних моистов // Общество и государство в Китае: XXXIX научная конференция / Институт востоковедения РАН. — М., 2009. С.237–255.- ISBN 978-5-02-036391-5 (в обл.)
- А. Швейцер о Мо-Цзы и Лао-Цзы — из статьи "Христианство и мировые религии"