Leandro Bassano

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Leandro Bassano
Leandro Bassano
Doğum tarixi
Doğum yeri Venesiya
Vəfat tarixi 15 aprel 1622(1622-04-15)[1][2][…] (64 yaşında)
Vəfat yeri Venesiya
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leandro Bassano (doğum 10 iyun 1557-ci il, Venesiya - ölüm 15 aprel 1622-ci il, Venesiya) Leandro dal Ponte adı ilə də tanınan Bassano del Grappadan olan italyan rəssam. Adlarını şəhərlərinin adından götürən Yasopo Bassanonun üçüncü oğlu, Fransesko Bassanonun isə kiçik qardaşıdır. Leandro atasının emalatxanasında öz qardaşı ilə öyrənməyə başlamışdı, amma Fransesko Venesiyada sex açdıqdan sonra Leandro emalatxananı ələ keçirdi. Leandro atasının dini işlər ənənəsini davam etdirirdi, bununla yanaşı, o, yaxşı portret rəssamı kimi də tanınmışdı.

1575-ci ildə Leandro qardaşının Venesiyaya köçməsi ilə atasının əsas köməkçisi oldu. Leandronun emalatxanada işi davam etdirməsi atasının arzusu idi. Atasının ölümündən və qardaşı Franseskonun intiharından sonra Leanrdo Venesiyada emalatxananı ələ keçirdi. Orada o, Tintoretto üslubunda işləyərək uğurlu portretçi oldu.

Leandro öz üslubunu təkmilləşdirirdi. Onun uğuru Venesiyada əhəmiyyətli dərəcədə artmışdı. Hətta 1590-cı illərdə Venesiya Doju Marino Grimani onu cəngavər elan eləmişdi[3] və o, ömrünün qalan hissəsini şəhərdə keçirmişdi. Bununla, Leandro "Eques" adı ilə imzalamağa başladı.[4] Onun əsərlərinin çoxunun dəqiq tarixi bilinmir və o əsərlər bəzən digər rəssamların əsərləri ilə səhv salınır. Onun əsərləri dünyada bir çox muzeylərdə sərgilənir: Uffitsi qalereyası, Ermitaj muzeyi, Luvr muzeyi, London milli qalereyası və s.

Portretlər

Dini əsərlər

Other

  • La Riva degli Schiavoni, Kətan üzərində yağlı boya, (Real Academia de Bellas Artes de San Fernando)
  • Konsert, Kətan üzərində yağlı boya, (Uffitsi qalereyası)
  • Mətbəx epizodu, Kətan üzərində yağlı boya, (İndiana Universiteti İncəsənət Muzeyi)
  • Berenice, Kisə üzərində yağlı boya, (Ca' Rezzonico)
  • Dəniz kənarında balıq mağazası, təxminən 1578, Kətan üzərində yağlı boya, (Musée des beaux-arts, Angoulême)
  • Yer elementinin alleqoriyası, təxminən 1580. Uolters İncəsənət Muzeyi.
  1. Leandro Bassano (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  2. Bibliothèque nationale de France Leandro Bassano // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. [C. Ridolfi,Le meraviglie dell'arte, overo le vite degl’illustri pittori veneti e dello Stato, II, Venetia, Gio. Battista Sgava, 1648 (ed. D.F. von Hadeln, Berlin 1914-1924), p. 166]
  4. ""Leandro Bassano", Nicolas Pioch, WebMuseum, Paris, 2007, <>". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.