Lotay Tserinq
Lotay Tserinq | |
---|---|
dz. བློ་གྲོས་ཚེ་རིང་ | |
Butan Krallığının Baş naziri | |
7 noyabr 2018 – h.h | |
Əvvəlki | Tserinq Tobqay |
Butan Birləşmiş Partiyasının Prezidenti | |
14 may 2018 – h.h | |
Əvvəlki | Tandi Dorci |
Butan Milli Məclisinin üzvü | |
31 oktyabr 2018 – h.h | |
Əvvəlki | Yeşi Zimba |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Thimphu, Butan |
Fəaliyyəti | siyasətçi, cərrah, həkim |
Həyat yoldaşı | Uqyen Dema |
Uşağı | 3 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lotay Tserinq (dz. བློ་གྲོས་ཚེ་རིང་; 10 may 1969, Thimphu) — 7 noyabr 2018-ci ildən etibarən Butanın hazırkı Baş naziri və siyasətçi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Tserinq 10 may 1969-cu ildə sadə bir ailədə anadan olub. Thimphu şəhərinin Daluxa kəndində böyüyüb.[2]
İlk təhsilini Punaxa Liseyində almış və Şerubtse Kollecini bitirmişdir. Banqladeşdəki Dakka Universitetinin nəzdindəki Mymensinq Tibb Kollecini bitirmiş və 2001-ci ildə magistr dərəcəsi almışdır. Banqladeşin Dakka şəhərindəki Banqabandu Şeyx Mucib Tibb Universitetində cərrahiyyə ixtisasını bitirmişdir. 2007-ci ildə ABŞ-nin Viskonsin Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının ona verdiyi maddi dəstəyin sayəsində urologiya təhsili aldı. Butana qayıtdıqdan sonra ölkəsində təcrübə keçən yeganə uroloq idi. 2010-cu ildə Sinqapurun Sinqapur Ümumi Xəstəxanasında və Yaponiyanın Okayama Universitetində endourologiya ixtisası üzrə kurs aldı. 2014-cü ildə Avstraliyanın Kanberra Universitetindən magistr dərəcəsi alıb.[3]
Tserinq həkim Uqyen Dema ilə evlidir. Cütlüyün iki qızı var. Monqar Regional Referral Xəstəxanasında işlədiyi müddətdə bir qız və bir oğlan övladlığa götürdü.[4] Tserinq dzonqxa, lotşamxa, benqali və ingilis dili daxil olmaqla bir neçə dildə danışır.
Professor fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Tserinq CDVMRX və Monqar Regional Referral Xəstəxanasında məsləhətçi cərrah vəzifəsində çalışmış və eyni zamanda 11 il CDVMRX-da uroloq məsləhətçi kimi xidmət etmişdir.[3]
Kral Dövlət Xidməti Komissiyasına təqribən 6.2 milyon nqultrumu ödədikdən sonra 2013-cü ildə siyasətə qoşulmaq CDVMRX-dan ayrıldı.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Tserinq 2013-cü il Milli Məclis Seçkilərində iştirak etdi, lakin partiyası ilkin mərhələdə məğlubiyyətə uğradı.[5]
14 may 2018-ci ildə Tserinq 1.155 səs aldı və Milli Məclisə 3-cü çağırışdan cəmi beş ay öncə Butan Birləşmiş Partiyasının Prezidenti seçildi.[6]
Butan Milli Məclisinə 2018 Butan Milli Məclisi seçkilərində Cənubi Thimphu seçki dairəsindən BBP namizədi olaraq seçildi. BBP-ın namizədi Kinli Tseringqi məğlub edərək 3.662 səs aldı. Partiyası 2018-ci il Milli Məclis seçkilərində ən çox yer qazandı və Tserinqi Baş nazirliyə gətirdi, bununla da Butan Birləşmiş Partiyası ilk dəfə hökumətə başçılıq etməyə başladı.[7]
Baş nazir fəaliyyəti
[redaktə | mənbəni redaktə et]7 noyabr 2018-ci ildə Tserinq Tobqayı əvəzlədi və Butanın 3-cü demokratik yolla seçilən Baş naziri seçildi.[8]
27 dekabr 2018-ci ildə vəzifəyə başladıqdan sonra ilk xarici səfərində Hindistana getdi.[9]
13 aprel 2019-cu ildə Kral adından rəsmi səfərə və daha sonra 24 mart 2021-ci ildə Banqladeşin müstəqilliyinin Qızıl Yubileyini qeyd etmək üçün Banqladeşə getdi.[10]
Kabineti
[redaktə | mənbəni redaktə et]Tserinq kabinetindəki 10 naziri 3 noyabr 2018 tarixində açıqladı.[11]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 1991: Şerubtsedəki akademik fəaliyyətinə görə "Ata Uilyam Makki" qızıl medalı ilə təltif edildi.[4]
- 2005: 14-cü Dalay Lama tərəfindən "Unsunq Şəfqət Qəhrəmanı" mükafatına layiq görüldü.[3]
- 2017: Kral Ciqme Xesar Namqyel Vanqçuk tərəfindən Tsava-Suma fədakar və sədaqətli xidmətinə görə "İldırım Əjdaha Sevgisi" medalı ilə təltif edildi.[4]
- 2018: Kral Ciqme Xesar Namqyel Vanqçuk tərəfindən Baş nazir təyin edilməsi üçün" Narıncı Kabni" təltif edildi.[12]
- 2020: Kral Ciqme Xesar Namqyel Vanqçuk tərəfindən Baş nazir olaraq davam edən pandemiya ilə mübarizədəki sarsılmaz səyləri və töhfələri üçün "Ağ Kabni" ilə təltif edildi.[13] Tserinq keçmiş Baş nazir Daşo Tserinq Tobqaydan sonra 1952–1972-ci illərdə 3-cü Butan Krallı tərəfindən bu mükafat yaradıldığı gündən bu şərfə layiq görülən ikinci şəxsdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2019-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2018-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2021-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "Arxivlənmiş surət". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.