Ox formalı qanad
Ox formalı qanad və ya Ox bucaqlı qanad yüksək sürətli təyyarələrdə istifadə olunan bir qanad növüdür və adını yuxarıdan baxıldıqda qanadlarının ucları geriyə çəkilmiş bir ox formasında olmasından almışdır. Geriyə çəkilən qanadlar geriyə çəkilmiş ox bucağını ifadə edərkən, irəliyə çəkilmiş ox formalı qanadları olan təyyarələr də tarixdə görülmüşdür. Ox formalı qanadların mövcudluğunun səbəbi səs sürətinə yaxın bir sürətdəki havanın aerofoildəki davranışıdır.
Faydaları və tarixi
[redaktə | mənbəni redaktə et]Ox formalı qanadlar əsasən hərbi təyyarələrdə olmaqla, məsələn təyyarələr, iş təyyarələri və ticarət təyyarələri olmaqla uçuşunun bir hissəsini səs sürətinə yaxın sürətlərdə yerinə yetirən təyyarələrdə görülür. Ox bucağının təyin edilməsinin əsas səbəbi kritik mach sayını artırmaqdır. Kritik mach sayı səs sürətinə yaxın sürətlə hərəkət edən havanın qanad profilinin yuxarı səthində sürətləndikdə və səs sürətinə çatdıqda təyyarənin çatdığı sürətə deyilir. Kritik mach sayında hərəkət edən bir təyyarənin qanadında oblik (əyri) bir şok dalğası müşahidə edilir. Bu, sürüklənməni artıran səbəblərdən biri olaraq həm daha çox yanacaq istehlakına, həm uçuş zamanı səbəb olduğu sarsıntılara görə qanad gərginliyinə və ya idarəetmənin itirilməsinə səbəb ola bilər.
Ox bucağının iş prinsipi, ən sadə mənada həndəsə ilə əlaqədardır. Bir ox bucağı olmayan qanadlarda axıntı tamamilə qanada dik gəlir və qanad üstündə sürətlənərək axıb gedir, lakin bir ox bucağı olan qanadlarda hücum kənarı ilə qarşılaşan hava kənara dik deyildir və burada nəzərə alınacaq axıntının sürəti də axıntının öz sürəti deyildir, kənara dik uzanan sürət komponentidir. Beləliklə, nəzərə alınacaq təyyarənin kritik mach sayı, təyyarənin, daha dəqiq desək təyyarənin içərisində hərəkət etdiyi havanın hücum kənarına çatma sürəti deyil, bu sürətin ox bucağının kosinusu ilə vurulmasının məhsuludur.
Məsələn, bir təyyarədə ox bucağı yoxdursa, onun kritik mach sayı 0,85 M-dir. Bu qanadlara 10 dərəcə bir ox bucağı verilərsə, 0.8631 olur. (0.85/cos10)
İrəli çəkilmiş ox bucaqlı qanad
[redaktə | mənbəni redaktə et]Tərsinə ox bucaqlı təyyarəni konstruksiya etmək, istehsal etmək və hətta uçurmaq mümkünsüz deyildir, həmçinin belə bir təyyarənin sabit olmaması gözlənilən bir sonluqdur. Ümumiyyətlə, yanlarda sabitləşmə problemlərinə tez-tez rast gəlinir. Digər tərəfdən, qeyri-sabit davranış göstərən tərsinə ox bucaqlı qanadlara malik olan təyyarələr, həmkarları ilə öz aralarında çeviklik və manevr baxımından bir fərq yarada bilirlər. 1984-cü ildə bu texnologiyanı sınaqdan keçirmək üçün Grumman X-29 layihəsini həyata keçirmiş və təyyarənin təkmilləşdirilmiş manevr qabiliyyətinə sahib olduğunu müəyyən etmişdir. Yenə də Su-47 Berkut döyüş təyyarəsi də bu texnologiyanı istifadə edir; və balanssızlıq kompüter sistemləri və elektronik sistemlərlə təchiz edilmiş (simli) uçuş sistemi ilə düzəldilmişdir.
Tərs ox bucaqlı qanadlar, ifrat bucaq verilmədən bu gün tandem təyyarələrdə, planerlərdə, ağırlıq mərkəzinin irəliyə doğru və daşınma mərkəzinə yaxın bir mövqeyə çəkilməsi üçün istifadə edilə bilinər.
Tarixçə
[redaktə | mənbəni redaktə et]Ox formalı qanadlar 1910-cu illərin əvvəllərində John William Dunne tərəfindən sınaqdan keçirildi və 1920-ci illərin sonlarında və 1930-cu illərdə inkişaf etdirilmiş uçan qanad və quyruqsuz təyyarə dizaynlarında yerlərini almışdır.
O dövrdə səs sürətinə yaxın uça bilən bir çox təyyarə olmadığından maraq yalnız akademik səviyyədə qalmışduı. İkinci Dünya müharibəsinin sonlarında ortaya çıxan təyyarələrdə görünməyə başlanmışdır və daha sonra çox vacib bir ixtira olduğu başa düşülmüşdür.