IANA
IANA IANA | |
---|---|
Yaranma tarixi | 1980 |
Mərkəzi | |
iana.org |
İnternet |
---|
İnternet portalı |
IANA— (ing. Internet Assigned Numbers Authority; azərb. İnternet nömrələrinin verilməsi mərkəzi) — internetdə .com, .net, .org kimi ən yüksək səviyyəli domenlərin inzibati idarə olunmasına cavabdeh olan və ABŞ hökumətinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. IANA qlobal ərazilər üzrə (əsasən Avropa, Asiya və Amerika) adlar fəzasını müəyyənləşdirəcək təşkilatları əlaqələndirir. 1998-ci ilin sentyabrından bu funksiyanı beynəlxalq qeyri-kommersiya təşkilatı olan ICANN öz üzərinə götürüb.
ICANN tərəfindən yaradılan və onun strukturuna daxil olan IANA İnternet səbəkəsində rəqəmli ünvanların paylanması üzrə səlahiyyətli təskilatdır və əsas funksiyası (gTLDs) ümümi istifadəli domenlərin beynəlxalq verilənlər bazasını və (ccTLDs) yüksək səviyyəli milli domenləri dəstəkləməkdən ibarətdir. Bu təşkilatlar internet ictimaiyyətinin maraqlarını təmsil edirlər.
IANA fəaliyyətləri
[redaktə | mənbəni redaktə et]IANA RFC-də müəyyən edilmiş protokollarda istifadə olunan bütün ehtiyatda saxlanılan adların və nömrələrin bölgüsü üçün cavabdehdir.
IP-ünvanların paylanması
[redaktə | mənbəni redaktə et]IANA regionlarda hər bir ölkəyə məxsus olan birinci səviyyəli IP-ünvanları idarə edir. Regional registratorlar da, öz növbəsində, daha kiçik internet-provayderlərə nümayəndə göndərir.
Həmçinin IPv6- ünvanın verilməsilə də məşğul olur.
Domen adları
[redaktə | mənbəni redaktə et]IANA yüksək səviyyəli domenlərin operatorları ilə birgə verilənləri idarə edir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- IANA web saytı
- Numbers Resource Organization
- IANA Functions Purchase Order of the United States Department of Commerce
- USC/ICANN transition agreement
- ICANN contract for IANA, March 2003
- ↑ Contact Us. IANA.