Hindistan erməniləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hindistan ermənilərindən olan Erməni milli hərəkatının rəhbərlərindən biri Yozef Emin.

Hindistan erməniləri - Hindistanda yaşayan etnik ermənilərə verilən ümumi ad. Hindistanda ermənilərin məskunlaşması XVII əsrin ortalarından başlamışdır. İlk vaxtlar ermənilər, Hindistana ticarət məqsədilə gəlmişdilər. Erməni mənbələrində, tacirlərin Hindistana ilk dəfə X əsrdə getmələri qeyd olunmuşdur. Tacirlər əsasən dəyərli daş-qaş və parça ticarəti ilə məşğul olurdular. 1956-cı ildə Yeni Dehli şəhərinin arxiv idarəsi, ermənilər haqqında bəzi sənədləri açıqlamışdır. Həmin sənədlərdə, ermənilərin Hindistana 780-cı ildə gəldikləri göstərilmişdir. Tarixi baxımdan təsdiqini tapmamış, məlumatlardan birində isə Vasko da Qamanın Hindistana 1498-ci ildə təşkil etdiyi səfər zamanı, erməni tacirləri ilə qarşılaşmışdır. Hindistanda ermənilərə məxsus ilk dini ibadətgah 1562-ci ildə inşa olunmuşdur. 1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Cenay şəhərində mətbəə yaratmışdır. Dünyada ilk erməni dilində qəzet olan Azdararda 1794-cü ildə Hindistanda çap olunmuşdur. Qəzetin nəşr olunmasında, Aratun Şumovyan rolu böyük olmuşdur.

Azdarar qəzeti bir neçə səhifədən ibarət idi. Qəzet əsasən, Hindistanda yaşayan və işləyən erməni tacirləri, gündəlik xəbərlər haqqında məlumatlandırmaq məqsədi daşıyırdı. 1815-ci ildə Bombey şəhərində Erməni dərnəyi yaradıldı. Dərnək əsasən, erməni gənçləri təhsilə cəlb olunması ilə məşğul olurdu. 1821-ci ildə Kəlkütə şəhərində bu gündə fəaliyyət göstərən Erməni kolleci yaradıldı. Hindistan erməniləri mədəni sahədədə bir sıra işlər görmüşdülər. Sezarın ölümü tamaşası, erməni dilinə tərcümə olunmuş və səhnələşdirilmişdir. 1947-ci ildə Pakistanın Hindistandan ayrılması ilə Hindistandanda yaşayan ermənilər, müharibə təhlükəsi ilə üzləşdilər. Bu səbəbdən bir çox erməni ailələrində olan uşaqlar, sistemli şəkildə ABŞAvstraliyada olan erməni məktəblərinə göndərildi. Zamanla Hindistanda yaşayan ermənilərin sayı sürətlə azalmağa başladı. XIX əsrin ortalarında 18 min nəfər olan erməni əhalisi 1990-cı illərdə min nəfərə qədər azalmışdır. Ermənilərin böyük bir qismi ABŞ-yə köçmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]