Kişkunşaq Milli Parkı
Kişkunşaq Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1975 |
Yerləşməsi | |
46°44′24″ şm. e. 19°13′12″ ş. u.HGYO | |
Ölkə | |
knp.nemzetipark.gov.hu | |
|
|
Rəsmi adı | Lake Kolon at Izsák |
Tarixi | 30 aprel 1997 |
İstinad nöm. | 902[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Kişkunşaq Milli Parkı (mac. Kiskunsági Nemzeti Park) ― Macarıstanın Baç-Kişkun medyesində yerləşən bir milli park. 1975-ci ildə yaradılmış və UNESCO tərəfindən biosfer qoruğu elan edilmişdir. Park 570 km² ərazini əhatə edir.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Park tək bir ərazi deyil, bölgəyə səpələnmiş yeddi ayrı hissədən ibarətdir.
Bunlardan biri, köhnə pastoral həyatı və maldarlıq adətlərini canlandıran illik tədbirlərin keçirildiyi Kişkunsaq pustasıdır.[a]
Bunlara həmçinin Kolon gölü də daxildir. Göl bataqlıq tısbağaları, vağlar, geniş qamışlıq və yaxınlıqda böyüyən doqquz səhləb növü ilə məşhurdur. Bölgədəki maraqlı təbiət hadisəsi ərazidə yerləşən qum təpələridir. Onların əlverişli külək şəraitində hərəkət etdikləri deyilir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Parkda qələvi tərkibli bir neçə göl yerləşir. Göllərin misilsiz flora və faunası var. Burada bizdimdik, qaz və qaraqanadlı caydaqcüllüt kimi quşlar yuvalayır. Göllər on minlərlə köçəri quş üçün müvəqqəti sığınacq rolunu oynayır. Bu ornitoloq cənnəti həm də UNESCO-nun biosfer qoruğudur. Milli parkın daxilində çox sayda turist və təhsil cığırı və izləmə yeri var. Milli Parkın "Təbiət Evi" adlanan əsas ziyarətçi mərkəzi Keçkemetdə yerləşir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Parkın ərazisində açıqhava muzeyi
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Pusta Pannoniyada və ya digər adı ilə Ortadunay ovalığında yaranmış birillik ot bitkilərindən ibarət əraziyə spesifik ekosistemdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Lake Kolon at Izsák". Ramsar Service. 25 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2018.
- ↑ 1 2 http://www.unesco.org/mabdb/br/brdir/directory/biores.asp?code=HUN+03&mode=all.