Keçi doqquzdonu
Keçi doqquzdonu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Keçi doqquzdonu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4-10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2-3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır. Bir çiçəyin ömrü 3-4 gündür, ümumiyyətlə, çiçəkləmə təxminən 3 həftə davam edir. Uzun erkəkcikləri dəstələrə yığılmışdır və yuxarı birləşən yarpaqların qoltuqlarında yerləşir, içərisi ağ və ya sarımtıl, üstü al-qırmızı çalarlı və ya bənövşəyi-qırmızı zolaqlıdır. Arılarla tozlanır. Dörd yaşından hər il meyvə verir. Meyvələri tədricən iyulun ikinci yarısından-avqustun birinci yarısına qədər yetişir. Narıncı-qırmızı giləmeyvələri çox qısa saplaqlarda elə bil yarpağa bitişmişdir. 50 il və daha çox yaşayır. Toxumlarla, qələmlərlə, zoğlarla çoxaldılır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Qışda birillik zoğları donur, ancaq tez bərpa olunurlar.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Kiçik və Böyük Qafqazda meşə və kolluqlarda təsadüf edilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Yaşıllaşdırmada, müxtəlif kompozisiyaların qurulmasında istifadəsi məqsədyönlüdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 173.