Kastos
Kastos adası | |
---|---|
yun. Καστός | |
Ümumi məlumatlar | |
Sahəsi | 5,9 km² |
Uzunluğu |
|
Eni | 1 km |
Hündür nöqtəsi | 142 m |
Əhalisi | 80 nəfər (2011-ci il) |
Yerləşməsi | |
38°34′00″ şm. e. 20°55′00″ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kastos (Yunanca: Καστός)- Yunanıstanda yerləşən adadır. Ada Lefkada və İon adasından şərqdə yerləşmişdir. 2011-ci ildən yerli idarətmə islahatlarından sonra adanın bələdiyyəsi Lefkada bələdiyyəsinin tabeliyinə keçib.[1] Ada Lefkada prefekturasına daxil olmazdan əvvəl, yəni 1974-cü ilə qədər Çefaloniya prefekturasının tabeliyində olub.[2] Adaya ən yaxın ada Kalamos adasıdır. Ada təxminən Aetoliya- Akarnaniya regionundan 5 km şimalda yerləşmişdir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Adanın yalnız bir kəndi Kastos adasının şərq sahilində yerləşmişdir. Əsasən balıqçılıq və turizm xidmətləri ilə məşğul olan adanın 80 nəfər əhalisi var. Adada Kastrioti diasporu yay ərzində mövsümi xarakter daşıyan, yaxta ilə gələn qonaqlar üçün bayramlar təşkil edirlər. Adanın şimaldan cənuba doğru uzunluğu 7 km, eni isə 800 m-dir. Sahəsi 5,901 kvadrat kilometr, ən yüksək nöqtəsi isə Aralıq dənizi səviyyəsindən 142 m hündürlükdədir. Kastos adasından iki kilsə yerləşir. Agios İoannis Prodromos kilsəsi kəndin mərkəzində, Agios Emilianos kilsəsi isə kənddən 4 km şimalda yerləşmişdir. Agios İoannis kilsəsinin divarları görkəmli rəssam Spiridon Gizasın rəsmləri ilə bəzədilib. Həmçinin adada iki yel dəyirmanı və üç zeytun fabriki fəaliiyyət göstərirdi. Lakin onların heç biri hal-hazırda fəaliyyət göstərmir.[3].
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Adanın əhalisi |
---|---|
1981 | 68 |
1991 | 50 |
2001 | 120 |
2011 | 80 |
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Ada əsasən kənd təsərrüfatı və balıqçılıq, taxıl və üzümün yetişdirilməsi, eləcə də şərab istehsalı ilə məşğul olur. Bu da əhəmiyyətli turizm potensialıdır. Adanın şərq sahilində, dənizə yaxın ərazidə liman fəaliyyət göstərir.[4].
Flora və fauna
[redaktə | mənbəni redaktə et]Adada ən geniş yayılmış ağac növü zeytun ağacıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kallikratis law Arxivləşdirilib 2017-04-27 at the Wayback Machine Greece Ministry of Interior
- ↑ EETAA local government changes
- ↑ "Arxivlənmiş surət". 2015-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-15.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-15.