52°30′15″ şm. e. 13°20′20″ ş. u.HGYO

Europa-Center

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Europa-Center
Europa-Center

52°30′15″ şm. e. 13°20′20″ ş. u.HGYO


Tikilmə tarixi 1963
Texniki göstəriciləri
Mərtəbə sayı 22
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Europa-CenterBerlinin Çarlottenburq-Vilmersdorf bölgəsində yerləşən ticarət mərkəzidir. 1963-1965-ci illərdə tikilmiş, bu gün tarixən qorunan bir binadır. Kompleksdən əlavə üzərində Mersedes emblemi olan bir göydələn yerləşir. Kurfürstendam və Kaiser Vilhelm yaxınlığındakı bu bina mühafizə altına alınmışdır.

Qərbi Berlinin simvolu kimi görünən bu kompleks ticarət dükanları və kafeləri ilə çox sayda turisti özünə cəlb edir. İçində yerləşən su saatı və su hovuzu bir çox insanın diqqət mərkəzindədir[1].

Kompleksdən əvvəl

[redaktə | mənbəni redaktə et]

Bu gün Europa-Center-in yerləşdiyi ərazidə əvvəllər 1916-cı ildən bəri yazıçıların, rəssamların və teatr aktyorlarının görüşdüyü "Romanische" adlı kafe var idi. İkinci Dünya Müharibəsi illərində bir bombardman zamanı 21 noyabr 1943-cü ildə bina dağıntıya çevrildi. O zamandan sonra ərazidə çox vacib binalar tikilmədi.

Bina haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

1961-ci ildə Berlin divarı tikilməsindən və şəhərin parçalanmasından sonra Qərbi Berlinin görünüşü dəyişməyə başladı. Yeni binalar siyasət tərəfindən axtarılırdı və dəstəklənirdi, çünki bunun səbəbi Qərbin gücünü və həyatda qaldığını göstərmək idi. Breitesçedeplatz bu proses üçün ideal bir yer olaraq təyin olundu, çünki yeni Kaiser-Vilhelm-Gedachtniskirche-nin (türk.) inşası başa çatmışdı. Binanın inşasını Karl Heinz Peppe öz üzərinə götürdü və professor Helmut Heinrich və mühəndis Hubert Petsçniq-dən Amerika nümunəsində bir ofis və ticarət mərkəzi qurmağı istədi. Eqon Eyerman Gedachtniskirche-nin memarı olaraq bu layihədə iştirak etdi. Binanın tikintisi 1963-cü ildə başlamış və 2 aprel 1965-ci ildə Berlin bələdiyyə başçısı Villy Brandt tərəfindən açıldı.

Ümumi dəyəri 80,000 m² olan kompleks iki mərtəbəli bir alt hissədən, bir kinoteatrdan, oteldən və göydələndən ibarət idi. Göydələn 86 metr hündürlükdə, 26 mərtəbəli və 13,000 m² ofis otaqlarından ibarət idi. Hazırda kompleksin gün ərzində 20,000 ilə 40,000 arasında ziyarətçi var, içərisində 100 mağaza və ticarət mərkəzi yerləşir[2].

  1. "Europa-Center". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
  2. "BerlinOnline". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.