Elmira Şahtaxtinskaya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elmira Şahtaxtinskaya
Elmira Həbibulla qızı Şahtaxtinskaya
Elmira Şahtaxtinskaya 1960-cı illərdə
Elmira Şahtaxtinskaya 1960-cı illərdə
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri
Dəfn yeri Fəxri xiyaban
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Oqtay Sadıqzadə
Uşağı
Atası Həbibulla bəy Şahtaxtinski
Fəaliyyəti rəssam
Təhsili
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d]
Janrlar portret, peyzaj
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1977 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1963
"Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmira Həbibulla qızı Şahtaxtinskaya (25 oktyabr 1930, Bakı13 oktyabr 1996, Moskva) — Azərbaycan SSR xalq rəssamıəməkdar incəsənət xadimi.[1]

Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu[1] (1956) bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır.[1] XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır.[2] Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.[1]

Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.[3]

E.Şahtaxtinskaya "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, 1963-cü ildə əməkdar incəsənət xadimi[1], 1977-ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür.[4]

Tarixi şəxsiyyətlərin portreti

[redaktə | mənbəni redaktə et]

Digər əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 М. Тарланов – Эльмира Шахтахтинская, Баку, 1969
  2. 1 2 Эльмира Габибулла кызы Шахтахтинская (1930-1996) // Азербайджанский конгресс (газета). № 45 (434). — 2015. — 4 dekabr.
  3. Elmira Şaxtaxtinskaya. Kitab – albom (Mətnin müəllifi G. Qacar, tərtibçilər T. Qorçu və A. Sadıqzadə), (Azərbaycan, rus və ingilis dillərində), Bakı, 2001
  4. Эльмира Шахтахтинская (каталог выставки), Москва, 1981
  5. Respublikanın təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 5 dekabr 1977-cü il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]