Dialektologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Dialektologiya — (yunan dilində διάλεκτος, dialektos, "danışma, dialekt"; və -λογία, -logia "elm") — dilçilikdə dialektşivəni öyrənən elm sahəsidir. O, ilk növbədə coğrafi paylanmaya və onların əlaqəli xüsusiyyətlərinə əsaslanaraq dildəki variasiyaları öyrənir. Dialektologiya iki yerli dialektin ortaq əcdaddan ayrılması və sinxron variasiya kimi mövzularla məşğul olur. Dialektoloqlar son nəticədə regional ərazilərə uyğun gələn qrammatik, leksik və fonoloji xüsusiyyətlərlə məşğul olurlar. Beləliklə, onlar adətən nəinki müəyyən ərazilərdə nəsillər boyu yaşamış əhali ilə deyil, həm də dillərini yeni ərazilərə gətirən miqrant qrupları ilə məşğul olurlar.

Dialektologiyanın əsas anlayışları

[redaktə | mənbəni redaktə et]

Dialekt anlayışı altında dilçilikdə dilin məhdud ərazidə işlədilən növü (variantı) nəzərdə tutulur. Dialekt bütün dilə xas olan əlamətlərlə yanaşı, eyni zamanda özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Dialektologiyanın əsas anlayışları və terminləri bunlardır: şivə, şivələr qrupu, ləhcə, dialekt, keçid (aralıq) şivə və izoqloss.

Şivə dilin dialekt bölünməsinin ən kiçik vahididir. O, bir və ya bir neçə yaşayış məntəqəsi sakinlərinin nitqində meydana çıxır. Əsas dil xüsusiyyətləri yaxın və ümumi olan bir neçə şivə şivələr qrupunu əmələ gətirir. Ləhcə dilin dialekt bölünməsinin ən böyük vahididir. Dilin tərkib hissəsi kimi çıxış edən 7 ləhcə bir neçə şivələr qrupunun məcmusudur. Dialekt termini məhdud ərazidə işlədilən ünsiyyət formasının adıdır. Keçid şivə termini isə dilin ərazi cəhətdən əlaqədə olan iki müxtəlif dialektin sərhəd zonasında yerləşən və həmin dialektlərin xüsusiyyətlərini özündə əks etdirən şivələrə aid edilir. Belə şivələrlə əlaqədar bəzən aralıq şivələr termini də işlədilir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Məmmədli, Məhərrəm. AZƏRBAYCAN DİALEKTOLOGİYASI (az.) (Məmmədəli Dünyamalı oğlu Qıpçaq). Bakı: Zərdabi LTD. 2019. 6, 7.