Davao
Davao | |
---|---|
7°04′ şm. e. 125°36′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 29 iyun 1848 |
Sahəsi | 2,443.61 km² |
Mərkəzin hündürlüyü | 13 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1,632,991 nəfər (2015) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +63 82 |
Poçt indeksi | 8000 |
Digər | |
davaocity.gov.ph | |
Vikianbarda əlaqəli mediafayllar |
Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi. Yapon mühacir - məskənləri şəhərin ətrafında plantasiya təsərrüfatı (abaka becərilməsi) yaratdılar.[3]
Davao Manila kəndirinin ixracı üzrə dünyada ən böyük mərkəzə çevrildi. 1936-cı ildə şəhər statusu aldı. 1941–44-cü illərdə Yaponiya qoşunları tərəfindən işğal edildi. 20-ci əsrin ikinci yarısından Filippinin cənubunda regional iqtisadi artımın əsas mərkəzidir. Şəhərdə katolik kilsəsi (1847), Lon-Va buddist məbədi; Ratuşa, Sülh və həmrəylik (1998) var.[3]
Mədəni mərkəz
[redaktə | mənbəni redaktə et]Ölkənin iri mədəniyyət və təhsil mərkəzidir. 46 universitet və universitet statuslu kollec, o cümlədən Cənub-Şərqi Filippin Dövlət Universiteti (1978), Ateneo (1948) və Müq. Pyotr (katolik) özəl universitetləri; şəhər, xalq sənəti, Davao tarix cəmiyyəti, yapon icması muzeyləri var.[3]
Davao Mindanao adası və Filippin arxipelaqının cənub hissəsinin başlıca iqtisadi mərkəzi, ölkədə əhəmiyyətinə görə maliyyə-bank xidmətləri və telekommunikasiya biznesi üzrə ikinci yerdədir. Elektron sənayesi (müasir informasiya texnologiyaları bazasında innovasiya sahələrinin inkişaf etdiyi Silikon körfəzi adlanan ərazi); toxuculuq, yeyinti, ağac emalı sənayesi müəssisələri fəaliyyət göstərir, cihaz qayırma inkişaf etmişdir. Davaodan cənub qərbində yerləşən Apo vulkanı (2954 m) Filippinin ən hündür nöqtəsidir.[3]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Davao şəhəri 1930-cu illərdə
-
J. P. Laurel Avenue, Davao şəhəri
-
Şəhərin San Pedro Kilsəsi
-
Davao limanı
-
Çin şəhərində Ana stadionu
-
Davao şəhərinin Çin şəhəri Filippində ən böyük ərazi hesab olunur
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Davao şəhər hökumətinin rəsmi internet saytı Arxivləşdirilib 2017-05-20 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ Geographic coordinates of Davao City, Philippines.
- ↑ 1 2 3 4 5 Davao// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 380.