Girdə evkalipt
Girdə evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Girdə evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Girdə evkalipt (lat. Eucalyptus globulus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür. Meyvələri oturaq, şarvari və ya enli boruvari, tükcüklü, dördhissəli, 10-15 mm uzunluqda və 13-30 mm enindədir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Abşeronun torpaq-iqlim şəraitinə - istiyə, soyuğadavamlı, rütubətə tələbkar ağacdır. Yerüstü hissəsi şaxtadan məhv olarsa, yazda pöhrələr vasitəsi ilə bərpa olur.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Quru-subtropik zonalarda, o cümlədən Lənkəranda becərilir, park və bağlarda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Nektarlı bitkidir. Yaşıllaşdırmada istifadə üçün əlverişlidir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Homotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Eucalyptus maidenii subsp. globulus (Labill.) J.B.Kirkp.
Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Eucalyptus gigantea Dehnh.
- Eucalyptus glauca A.Cunn. ex DC.
- Eucalyptus globulosus St.-Lag.
- Eucalyptus globulus subsp. globulus
- Eucalyptus perfoliata Desf.
- Eucalyptus pulverulenta Link