46°21′52″ şm. e. 14°05′41″ ş. u.HGYO

Bled gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bled gölü
Blejsko jezero
Ümumi məlumatlar
Mütləq hündürlüyü 475 m
Eni 1.380 m
Uzunluğu
  • 2.120 m
Sahəsi
  • 1,45 km²
Dərin yeri 30,6 m
Yerləşməsi
46°21′52″ şm. e. 14°05′41″ ş. u.HGYO
Ölkə
Bled gölü xəritədə
Bled gölü
Bled gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bled gölü (sloven. Blejsko jezero) — Alp dağlarının ətəyində dəniz səviyyəsindən 475 km yüksəklikdə yerləşir. Ümumi 1,45 km² sahəyə malik olan bu gölün uzunluğu 2,1 km, eni isə 1,4 km-dir. Maksimum dərinliyi 30 m-dir. Göl, Lyublyana Beynəlxalq Hava Limanından 35 km və paytaxt Lyublyana şəhərindən 55 km məsafədə yerləşir. Gölün ətrafını bir saata gəzmək mümkündür. Dağlar və meşələrlə əhatələnən bu göl gözəl mənzərəyə malikdir. Gölün üzərində Bled adası (Sloven. Blejski otok). yerləşir. Bu göl beynəlxalq Akademik avarçəkmə müsabiqəsinin (1966, 1979, 1989, 2011) keçirildiyi bir məkandır.[1]

Bled gölü buzlaşma dövründə yaranmış bir göldür. Bu səbəbdən Bled adasında həmin dövrdən əvvələ aid insan izləri aşkar edilməyib. Bu göl buzlaqtektonik tipli göllərə aid edilir. Göl ilk əvvəl daha böyük idi və ondan 30 km aralıda olan Bohinj vadisinə doğru axırdı. Gölü əhatə edən yüksək dağlar soyuq havanın axmasına imkan vermir və vadidə xüsusi mikroiqlim yaranmasına səbəb olur.[2] İyul və avqust aylarında gölün temperaturu 25 ° C-ə qədər yüksəlir. Göldə 19 balıq növü müəyyən edilmişdir.

Gölün mərkəzində kiçik Bled adası yerləşir. Adada bir neçə tikili vardır ki, bunlardan ən çox ziyarət edilən məkanlardan biri də Məryəm kilsəsidir. Bled adasına getmək üçün "pletna" adlanan 20 sərnişin oturacağından ibarət ənənəvi taxta qayıqdan istifadə edilir.[3]

Sloveniyanın ən qədim qalalarından olan Bled qalası gölün şimal sahilində yerləşir. XI əsrə təsadüf edən qala 130 metrlik qayaların üzərində inşa edilmişdir.

Sloveniyanın şirniyyat mətbəxi Habsburq dövrünə təsadüf etsə də, hazırkı "rəsmi" resept 1953-cü ildə Hotel Park's şirniyyat evinin köhnə meneceri Ištvan Lukačević tərəfindən yaradılmışdır.[4] Burada hər il şirniyyat festivalı keçirilir. Məkana məxsus məşhur şirniyyat "kremsnita" (Sloven:kremna rezina və ya kremšnita) kremli tortudur.

  1. "2011 Media Guide. Results & statistics" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-05-08.
  2. Блейско озеро и остров Блед: сказочные места Словении Arxivləşdirilib 2016-11-04 at the Wayback Machineproboating.ru. Дата обращения 3 ноября 2016.
  3. "The Pletna boat — Bled Arxivləşdirilib 2019-09-25 at the Wayback Machine www.bled.si. Retrieved 2018–10–24.
  4. "A Slovenian resort is synonymous with a cream cake :: Prvi interaktivni multimedijski portal, MMC RTV Slovenija" Arxivləşdirilib 2014-10-22 at the Wayback Machinewww.rtvslo.si. Retrieved 2018–10–24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "The Pletna boat – Bled"
  2. "Lake Bled Cream Cake: A Confection Straight from the Storybooks" Arxivləşdirilib 2018-10-24 at the Wayback Machine
  3. Блейско озеро и остров Блед: сказочные места Словении.
  4. Lake Bled Tourism