Berlin, Aleksanderplats
Berlin, Aleksanderplats | |
---|---|
alm. Berlin Alexanderplatz | |
Müəllif | Alfred Döblin |
Orijinal dili | alman dili |
Yazılma ili | 1927 |
Nəşr ili | 1929 |
"Berlin, Aleksanderplats. Frans Biberkopfun povesti" (alm. Berlin Alexanderplatz. Die Geschichte vom Franz Biberkopf) — Alfred Döblinin ilk dəfə 1929-cu ildə nəşr olunmuş romanı. Bu, Veymar Respublikasının ən mühüm və yenilikçi əsərlərindən biri hesab olunur.[1] 2002-ci ildə 100 tanınmış yazıçı arasında keçirilən sorğuda kitab bütün zamanların ən yaxşı 100 kitabı sırasına daxil edilmişdir.[2]
Süjet
[redaktə | mənbəni redaktə et]Malyükləyən Frans Biberkopf məşuqəsini öldürdükdən 4 il sonra həbsdən azad edilir. Biberkopf vicdanlı və layiqli bir insan olmağa ümid edir, lakin onun səyləri boşa çıxır. O, bir müddət sonra içki aludəçisi olur və sosial çuxura düşür. O, fahişələrin, sutenyorların, oğruların, qatillərin, siyasi təşviqatçıların və işsizlərin izdihamlı dünyasından keçir. Biberkopf nəticədə polis təqibi zamanı onu maşınına alan dostu Reynholdun dəstəsi ilə qarışır. Biberkopf Reynholddan asılı qalır və onun dəstəsinin üzvü olur. Reynhold Biberkopfun məşuqəsini öldürür, sonra isə onu qətldə ittiham etməyə çalışır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jelavich, 2006. səh. xii; Schoeller, 2011. səh. 339; Sander, 2001. səh. 9, 180; Bernhardt, 2007. səh. 88–9
- ↑ The top 100 books of all time Arxivləşdirilib 2008-09-06 at the Wayback Machine, Guardian Unlimited, May 8, 2002