Barquzin çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Barquzin çayı
bur. Баргажан мγрэн
Ölkə  Rusiya
Mənbəyi  
 • Yüksəkliyi 2050 m
Mənsəbi Baykal
 • Yüksəkliyi 456 m
Uzunluğu 480 km
Su sərfi 130 m³/s
Hövzəsinin sahəsi 21100 km²
Barquzin çayı (Buryatiya)
mənbəyi
mənsəbi
Barquzin çayı Buryatiyanın fiziki xəritəsində:

55°05′41″ şm. e. 111°50′52″ ş. u.HGYO

53°25′30″ şm. e. 108°59′50″ ş. u.HGYO
DSR[rus.] 16040000212116300003961
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barquzin çayı (bur. Баргажан мγрэн) — Buryatiyanın Kurumkan və Barquzin rayonlarından axan çay. Baykal gölünə axan ən böyük çaylardan biridir.

Uzunluğu 480 km, hövzəsinin sahəsi 21 100 km²-dir. Başlanğıcını İkat və Cənubi Mui silsilələrinin qovşağından götürür. İkat silsiləsinin yamaclarından aşağı doğru axan çay Amut vadisində Balan-Tamur gölünü əmələ gətirir. Çuxurdan keçərək çay tədricən dərin dərəyə çevrilən, güclü drenajlarla nisbətən sadə sürtgəclər təşkil edən tayga bataqlıq vadisindən axır. Barquzinin yuxarı axarının əksər hissəsi Cergin dövlət təbiət qoruğunun ərazisindən keçir. Barquzin vadisinə daxil olduqdan sonra çay düz bir xarakter alır və geniş bir dərədən Barguzin kəndinə qədər axır. Sonra Barquzin silsiləsinin dalından keçərək yenidən astanalarl dolu bölgədən axmağa başlayır. Ust-Barquzin kəndindən 1,5 km məsafədə tək bir qol şəkilində Barquzin buxtasına tökülür. Baykala çox sayda lil və qum çöküntüləri gətirir. Çayın axdığı ərazinin iqlimi kəskin kontinentaldır, şiddət və quraqlıq ilə xarakterizə olunur. Şaxtasız dövr orta hesabla 83 gün davam edir. Çayın axdığı böılgənin çoxu meşələrlə örtülüdür. Şaquli zonallıq səciyyəvidir. 500–1200 m yüksəklikdə çöl sahələri ilə növbələşən tozağacı və qaraşam meşə-çölləri üstünlük təşkil edir; şam və ağcaqovaq meşələrinə rast gəlinir.

Çay əsasən yağışla qidalanır. Ağızdakı orta illik su axını 130 m³/s təşkil edir.

Əsas qolları: Qaqra, Arqada, İna — sol; Ulyon — sağ.

Barquzin çay vadisi ehtimal ki, BuryatlarBarqutlar tayfalarının məskunlaşdığı ənənəvi yerlərdən biri olmuşdur. Çayda öz adını bu tayfalardan almışdı[1]. “Barquzin-Tokum” adı ilə bir çox tarixi qeydlərə daxil oldu.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

çayda gəmiçilik yalnız Qarqi çayının mənsəbinə qədər mümkündür (249 km). Daimi olaraqa isə Moqoyto körpüsünə (226 km) qədər müntəzəm olaraq nəqliyyat hərəkət edir. Çay boyunca ilk gəmi 1928-ci ilin yayında hərəkət etmişdir. Selenqa Dövlət Dəniz Gəmiçiliyinin "Barguzin" gəmisi 59 sərnişin və 5 ton yük daşımışdır[2]

Çay suları suvarma üçün istifadə olunur.

Çayın aşağıaxarlarında yerləşən kəndlərin sakinləri: Ust-Barquzin, Makarinino, Adamovo, Zorino; "nizovski" olaraq adlandırılır. Balıqçılıqla məşğul olurlarr. Barquzin vadisində, daha yüksəkdə yerləşən kəndlərin sakinləri əkinçiliklə məşğul olurdular. Onlara "Verxovskys" deyirdilər[3].

  1. Статейнов А. П. Топонимика Сибири и Дальнего Востока. — Красноярск: Буква С, 2008. — С. 106.
  2. Первый пароходный рейс по р. Баргузину // Бурят-Монгольская правда. Верхнеудинск. № 177 (1445). 4 августа 1928 года. стр. 4
  3. Башарин И. П. Русская промысловая культура Восточного Прибайкалья : (конец XIX-начало XX в.) / Ин-т монголоведения, буддологии и тибетологии СО РАН. — Улан-Удэ : Изд-во Бурят. науч. центра СО РАН, 2005, стр.17-18